6.5. Bədbəxt hadisə nəticəsində Sınıqlar (müqavilə ilə sığorta təminatına daxil edildiyi hallarda)
Creation Date
:
28/01/2009
PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING
Print Date
:
31/03/14
AJ0041-EA01CW
Page 7 of 16
Əgər Sığorta müddəti ərzində Sığortalı (sığorta olunan) təminata daxil olan bədbəxt hadisəyə məruz
qalarsa və həmin hadisədən aldığı zədənin birbaşa nəticəsində hadisənin baş verdiyi tarixdən 30 təqvim
günü ərzində zədə sınıq(lar) ilə nəticələnirsə, müqavilədə (şəhadətnamədə) şərtləşdirilmiş sığorta məbləği
Sınıqlar üzrə Ödəniş cədvəlində göstərilən nisbətlərə uyğun olaraq Sığortalıya (sığorta olunana) ödənilir
(sığorta müqaviləsində (şəhadətnamədə) azadolma məbləği və ya Gözləmə müddəti nəzərdə tutulduğu
halda, müvafiq olaraq azadolma məbləğini və ya Gözləmə müddəti ərzində çəkilən xərcləri aşan hissəsində).
Müqavilədə Sınıqlar üçün ayrı sığorta məbləği müəyyən edilə bilər. Belə olduğu halda Sınıqlar üzrə
Ödəniş cədvəlində göstərilən % nisbətləri Sınıqlar üçün ayrıca müəyyən edilmiş sığorta məbləğinə tətbiq
ediləcəkdir.
Sınıqlar üzrə Ödəniş Cədvəli
Sınıq növü
sığorta məbləğinin
% nisbəti
1.
Omanın və ya çanağın Sınıqları (büzdüm və ya bud istisna olmaqla):
a) Çoxsaylı Sınıqlar (ən azı bir mürəkkəb və bir tam)
b) Bütün digər mürəkkəb Sınıqlar
c) Çoxsaylı Sınıqlar, ən azı biri tam sınıq olmaqla
d) Bütün digər sınıqlar
100
50
30
20
2.
Bud və ya Daban Sınıqları:
a) Çoxsaylı Sınıqlar (ən azı bir mürəkkəb və bir tam)
b) Bütün digər mürəkkəb Sınıqlar
c) Çoxsaylı Sınıqlar, ən azı biri tam sınıq olmaqla
d) Bütün digər sınıqlar
50
40
30
20
3.
Baldırın, Körpücüyün, Aşıq Sümüyünün, Dirsək oynağı sümüklərinin,
Bazunun və ya bazuönü sümüklərin sınığı (bilək sınıqları daxil olmaqla,
Kolles tipli Sınıq istisna olmaqla):
a) Çoxsaylı Sınıqlar (ən azı bir mürəkkəb və bir tam)
b) Bütün digər mürəkkəb Sınıqlar
c) Çoxsaylı Sınıqlar, ən azı biri tam sınıq olmaqla
d) Bütün digər sınıqlar
40
30
20
12
4.
Alt Çənə Sümüyünün Sınıqları:
a) Çoxsaylı Sınıqlar (ən azı bir mürəkkəb və bir tam)
b) Bütün digər mürəkkəb Sınıqlar
c) Çoxsaylı Sınıqlar, ən azı biri tam sınıq olmaqla
d) Bütün digər sınıqlar
30
20
16
8
5.
Kürək Sümüyünün, Diz qapağının, Döş sümüyünün Xəncərəbənzər
çıxıntısının, Əl Sümüklərinin (barmaq və bilək sümükləri istisna
olmaqla), Ayaq sümüklərinin (barmaq və daban sümükləri istisna
olmaqla) sınıqları:
a)
Mürəkkəb Sınıqlar
b)
Digər Sınıqlar
20
10
6.
Bazuönü sümüklərin Kolles Tipli Sınıqları
Creation Date
:
28/01/2009
PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING
Print Date
:
31/03/14
AJ0041-EA01CW
Page 8 of 16
c)
Mürəkkəb Sınıqlar
d)
Digər Sınıqlar
20
10
7.
Onurğa Sütununun – Fəqərələrin Sınıqları (Büzdüm istisna olmaqla)
a)
Bütün kompression sınıqlar
b)
Bütün çıxıntıların (düz və ya köndələn fəqərə çıxıntılarının)
sınıqları
c)
Digər fəqərə sınıqları
20
20
10
8.
Bir və ya bir neçə qabırğanın, Almacıq Sümüyünün, Büzdümüm, Əng
Sümüyünün , Burun Sümüyünün, Bir və ya bir neçə ayaq barmaqlarının,
Bir və ya bir neçə əl barmaqlarının sınıqları
a) Çoxsaylı Sınıqlar (ən azı bir mürəkkəb və bir tam)
b) Bütün digər mürəkkəb Sınıqlar
c) Çoxsaylı Sınıqlar, ən azı biri tam sınıq olmaqla
d) Bütün digər sınıqlar
16
12
8
4
Xüsusi Şərtlər:
1)
Həkim tərəfindən sınığın mahiyyəti və diaqnozu qoyulmadan öncə heç bir ödəniş verilməyəcəkdir.
2)
Eyni bir hadisə nəticəsində əmələ gələn bir neçə sınıqlara görə ayrı-ayrılıqda hesablanan ödənişlərin
cəmi məbləği sığorta şəhadətnaməsində şərtləşdirilmiş sığorta məbləğindən (əgər Sınıqlar üçün ayrı
sığorta məbləği müəyyən edilibsə - Sınıqlar üzrə Sığorta məbləğindən) artıq olmamaqla ödənilir.
3)
Bu sığorta növü üzrə Sınıqlara görə ödəniş almış Sığortalıya (sığorta olunana), həmin Sınıqlar əlilliklə
nəticələnirsə, Sınıqlara görə verilmiş ödəniş ilə əlillik təminatı ödənişi arasındakı fərq (əgər belə fərq
yaranarsa) ödənilir. Əgər sığorta müqaviləsi ilə Əlillik Təminatı sığorta təminatına Variant 2 üzrə daxil
edilibsə və bədbəxt hadisə nəticəsində əmələ gələn Sınıqlar hadisənin baş verdiyi tarixdən etibarən bir il
ərzində əlilliklə nəticələnirsə və Sınıqlar təminatı üzrə ödəniş məbləği Əlillik təminatı üzrə ödəniş
məbləğindən artıq olmuşdursa, Əlilliyə görə ödəniş aparılmayacaqdır.
4)
Sığortalı ilə razılaşdırıldıqda Sınıqlar üzrə Ödəniş cədvəlində dəyişikliklər edilə bilər.
6.6. Bədbəxt hadisə nəticəsində Yanıqlar (müqavilə ilə sığorta təminatına daxil edildiyi hallarda)
Əgər Sığorta müddəti ərzində Sığortalı (sığorta olunan) təminata daxil olan bədbəxt hadisəyə məruz
qalırsa və həmin hadisədən aldığı zədənin birbaşa nəticəsində xəsarət ikinci və ya üçüncü dərəcəli
yanıqlarla nəticələnirsə, müqavilədə (şəhadətnamədə) şərtləşdirilmiş sığorta məbləği Yanıqlar üzrə Ödəniş
Cədvəlinə uyğun olaraq Sığortalıya ödənilir.
Müqavilədə Yanıqlar üçün ayrı sığorta məbləği müəyyən edilə bilər. Belə olduğu halda Yanıqlar üzrə
Ödəniş cədvəlində göstərilən % nisbətləri Yanıqlar üçün ayrıca müəyyən edilmiş sığorta məbləğinə tətbiq
ediləcəkdir.
Yanıqlar üzrə Ödəniş Cədvəli
Təsviri
Faiz
Bədən sahəsinin 27%-dən çox tutan ikinci və ya üçüncü dərəcəli yanıqlar
100%
Bədən sahəsinin 18%-dən çox 27%-dən az tutan ikinci və ya üçüncü dərəcəli
yanıqlar
60%
Creation Date
:
28/01/2009
PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING
Print Date
:
31/03/14
AJ0041-EA01CW
Page 9 of 16
Bədən sahəsinin 9%-dən çox 18%-dən az tutan ikinci və ya üçüncü dərəcəli
yanıqlar
30%
Bədən sahəsinin 4.5%-dən çox 9%-dən az tutan ikinci və ya üçüncü dərəcəli
yanıqlar
16%
Bu sığorta növü üzrə Yanıqlara görə ödəniş almış sığortalıya (sığorta olunana), həmin bədən xəsarəti
əlilliklə nəticələnərsə, Yanıqlara görə verilmiş ödəniş ilə əlillik təminatı ödənişi arasındakı fərq (əgər belə
fərq yaranarsa) ödənilir.
Əgər sığorta müqaviləsi ilə Əlillik Təminatı sığorta təminatına Variant 2 üzrə daxil edilibsə və bədbəxt
hadisə nəticəsində əmələ gələn Yanıqlar hadisənin baş verdiyi tarixdən etibarən bir il ərzində əlilliklə
nəticələnərsə və Yanıqlar təminatı üzrə ödənilmiş məbləğ Əlillik təminatı üzrə ödəniş məbləğindən artıq
olmuşdursa, Əlilliyə görə ödəniş aparılmayacaqdır.
6.7. Bir Sığorta olunan ilə baş verən Bədbəxt hadisə nəticəsində Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə
və müalicə xərclərinə görə verilən ödəniş həmin hadisəyə münasibətdə Ölüm və ya Əlillik və ya Sınıqlar
və ya Yanıqlara görə verilən ödənişindən çıxılmır, bu şərtlə ki, sığorta ödənişlərinin cəmi məbləği
müqavilədə (şəhadətnamədə) şərtləşdirilmiş sığorta məbləğindən artıq olmasın.
6.8. Sığorta müddəti ərzində hər bir Sığorta olunan ilə baş verə biləcək bütün bədbəxt hadisələrin nəticəsində
yuxarıda 6.1., 6.2., 6.3., 6.4., 6.5., 6.6. maddələrində göstərilən Sığorta təminat növləri üzrə sığorta
ödənişlərinin cəmi məbləği müqavilədə (şəhadətnamədə) şərtləşdirilmiş sığorta məbləğindən artıq ola
bilməz.
6.9. Əgər sığorta müqaviləsində bir hadisə üzrə kumulyasiya limiti nəzərdə tutulubsa, onda bu limitin
məbləği bədbəxt hadisəsinin iştirakçıları olan Sığorta olunanlar arasında hər bir sığorta olunana
münasibətdə veriləcək ödəniş məbləğinin nisbətində bölüşdürüləcəkdir.
Kumulyasiya limiti dedikdə, bir hadisənin iştirakçıları olan Sığorta olunanların sayından asılı olmayaraq
həmin hadisə nəticəsində Sığortaçı tərəfindən ödəniləcək maksimum məbləğdir.
Maddə 7 – Bədbəxt hadisə nəticəsinin ağırlaşmasına görə ödəniş
Bədbəxt hadisəsindən meydana gələn xəsarətlərin nəticəsi bədbəxt hadisəsindən əvvəl mövcud olan və ya
sonradan meydana gələn, lakin hər halda bədbəxt hadisə ilə heç bir əlaqəsi olmayan xəstəlik, daxili
pozuntular və ya sığortalının (sığorta olunanın) təqsiri ucbatından müalicənin düzgün və ya keyfiyyətsiz
aparılmasına görə sığortalının (sığorta olunanın) vəziyyəti ağırlaşarsa, ödənilməli olan ödənişin məbləği
ağırlaşmış nəticəyə görə deyil, eyni hadisənin tamamilə sağlam bir şəxsdə tibbi müalicənin tam və düzgün
bir şəkildə aparılması şərti ilə yaranmış nəticəyə uyğun müəyyən edilir.
FƏSİL 2 - SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI, SIĞORTA MÜQAVİLƏSİ
Maddə 8 - Sığorta məbləği
8.1.
Sığorta məbləği tərəflərlə razılıq əsasında müəyyən olunur. Hər bir Sığorta olunan üçün sığorta məbləği,
sığortanın qüvvədə olduğu müddət ərzində baş verə biləcək bütün bədbəxt hadisələr üzrə sığortaçının
öhdəliyin son həddidir.
8.2.
Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi
həcmində azalmış hesab olunur. Bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı
dəyişiklik etmək vacib deyil.
8.3.
Bu qaydaların 8.2. maddəsində nəzərdə tutulmuş halda sığorta məbləğinin azalmış hissəsinə uyğun
olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği
Sığortaçının razılığı ilə bərpa edilə bilər.
Creation Date
:
28/01/2009
PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING
Print Date
:
31/03/14
AJ0041-EA01CW
Page 10 of 16
Maddə 9 – Sığorta haqqının ödənilməsi qaydası
9.1.
Sığorta haqqının ödənməsi qaydası müqavilədə müəyyən edilir.
9.2.
Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1
aydan gec olmayaraq ödənilməlidir.
9.3.
Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə, sığortaçı onun ödənilməsi üçün bu
Qaydaların 9.2. maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə
bilər.
9.4.
Sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş
ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 9.3.-cü maddəsində nəzərdə tutulmuş
halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında
sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda, Sığortaçı sığorta ödənişinin
verilməsindən imtina edir.
9.5.
Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli
olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
9.6.
Qrup halında sığorta zamanı sığorta müddəti ərzində sığorta olunanların siyahısında dəyişiklik baş
verməsi ilə əlaqədar (sığorta təminatına sonradan yeni şəxslərin daxil edilməsi və təminatda olan
sığorta olunanların sığorta təminatından çıxarılması) sığorta haqqının hesablanması gündəlik pro-rata
əsasında, ödənilmə qaydası isə konkret sığorta müqaviləsi ilə müəyyən olunur.
Maddə 10 – Sığorta müqaviləsinin bağlanması
10.1.
Sığorta müqaviləsi hazırkı Qaydalar əsasında hazırlanmış, Sığortalı və Sığortaçı tərəfindən imzalanan
yazılı sənədin tərtib edilməsi yolu ilə bağlanır.
10.2.
Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə
sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq
sığorta məbləği göstərilməlidir. Tələb edildikdə, bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim
olunmalıdır.
10.3.
Sığortalı, xeyrinə sığorta müqaviləsi bağlanan və sığorta müqaviləsinin bağlanmasına razı olan
Sığorta olunanların siyahısını Sığortaçıya təqdim etməlidir.
10.4.
Sığorta müqaviləsi bağlanarkən Sığortalı (Sığorta olunan) ona məlum olan və sığortaçının
müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə
bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
10.5.
Sığortalının bildirdiyi məlumatların yanlış və ya yarımçıq olması aşkar olunarsa:
10.5.1. Sığortalının (sığorta olunanın) bu hərəkəti qəsdən etdiyi müəyyən olunarsa, Sığortaçı vəziyyəti
öyrəndiyi tarixdən etibarən müqaviləni (şəhadətnaməsini) ləğv edə bilər və sığorta hadisəsi baş
verərsə ödəniş verməz.
10.5.2. Sığortalının (sığorta olunanın) bu hərəkəti qəsdən etmədiyi müəyyən olunarsa, sığortaçı
vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 (bir) ay ərzində müqaviləsini (şəhadətnaməsini) ləğv edə
bilər, sığorta müqaviləsini (şəhadətnaməsini) şərtlərini dəyişdirmək və ya əlavə sığorta haqqı
almaqla sığorta müqaviləsini (şəhadətnaməsini) qüvvədə saxlaya bilər.
Əgər Sığortalı (sığorta olunan) şəhadətnamənin şərtlərinin dəyişdirilməsinə və ya əlavə sığorta
haqqı ödəməyə razı olmazsa, sığorta şəhadətnaməsi bu dəyişikliyin baş verdiyi andan etibarsız
sayılır.
Sığortalı (sığorta olunan) 15 gün ərzində əlavə sığorta haqqını ödəməzsə sığorta şəhadətnaməsi
ləğv edilmiş hesab olunur.
Creation Date
:
28/01/2009
PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING
Print Date
:
31/03/14
AJ0041-EA01CW
Page 11 of 16
Maddə 11 – Sığorta müqaviləsinin qüvvəyə minməsi,
sığortanın müddəti
Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam
ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqının ödənildiyi gün onun Sığortaçının bank hesabına
daxil olduğu və ya nağd ödəmə zamanı Sığortaçının kassasına daxil olduğu gün hesab olunur.
Əgər sığorta müqaviləsində (şəhadətnaməsində) başqa cür nəzərdə tutulmayıbsa, sığorta təminatı onun
başlanma tarixində saat 00:00-da başlayır və sona çatma tarixində saat 24:00-da sona çatır.
Maddə 12 - Sığorta müqaviləsinə əlavə və dəyişikliklər edilməsi qaydaları:
Sığorta Müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi tərəflərin qarşılıqlı razılığı ilə yazılı formada edilə
bilər.
Maddə 13 - Sığorta müqaviləsinə xitam verilməsi
13.1. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi aşağıdakı hallarda mümkündür:
13.1.1
Sığortalının (Sığorta olunanın) ölümü;
13.1.2
müqavilənin etibarsız olması haqqında məhkəmənin qərar qəbul etməsi;
13.1.3
qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada Sığortaçının ləğv edilməsi;
13.1.4
Sığortalı - hüquqi şəxs ləğv edildikdə;
13.1.5
Sığortalının sığorta haqqını ödəmədiyi halda;
13.1.6
Sığortaçının və ya Sığortalının tələbi ilə. Bu halda tərəflər müqaviləni ləğv etmək haqqında
niyyətini bir-birinə ən azı 30 gün ərzində yazılı şəkildə bildirməlidirlər;
13.1.7
Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə;
13.1.8
Sığorta marağı artıq mövcud olmadıqda;
13.1.9
qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
13.2. Sığorta müqaviləsinin (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir Sığorta olunana
münasibətdə) Sığortalının təşəbbüsü ilə xitam olunması halında, sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərcləri və Sığortalı ilə baş vermiş sığorta hadisəsi nəticəsində verilən və yaxud veriləcək
ödənişlərin məbləğini çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında
sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını)
qaytarır. Müqavilənin qurtarmamış müddəti üzrə sığorta haqları gündəlik prorata əsasında aşağıdakı
şəkildə müəyyən olunur: ümumi sığorta haqqının məbləği sığorta müddətinin günlərinin sayına bölünür
və sığorta müddətinin istifadə olunmamış günlərin sayına vurulur.
13.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir Sığorta olunana
münasibətdə) Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında
sığorta zamanı həm də müqavilənin hər hansı bir Sığorta olunana üzrə ödənilmiş sığorta haqlarını)
bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə
yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri və Sığortalı ilə baş
vermiş sığorta hadisəsi nəticəsində verilən və yaxud veriləcək ödənişlərin məbləğini çıxılmaqla,
müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də
müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Müqavilənin
qurtarmamış müddəti üzrə sığorta haqları bu qaydaların 13.2 bəndində göstərilmiş qaydada hesablanır.
Maddə 14. Tərəflərin hüquq və vəzifələri
14.1.
Sığortalının hüquqları:
Creation Date
:
28/01/2009
PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING
Print Date
:
31/03/14
AJ0041-EA01CW
Page 12 of 16
14.1.1
Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən
Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
14.1.2
Bu Qaydalarda və ya müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Sığorta müqaviləsinə
xitam vermək və ya onu ləğv etmək;
14.1.3
Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə tutula bilər.
14.2. Sığortalının vəzifələri:
14.2.1.
Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
14.2.2.
Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan məlumatları Sığortaçıya təqdim etmək;
14.2.3.
Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanılmasını təmin etmək;
14.2.4.
Sığorta olunanları sığorta təminatının həyata keçirilməsi daxil olmaqla sığorta müqaviləsinin
şərtləri və ona edilmiş bütün dəyişikliklər ilə tanış etmək;
14.2.5.
Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanların siyahısında və siyahıda
göstərilən məlumatlara edilən dəyişikliklər barədə Sığortaçıya dərhal məlumat vermək;
14.2.6.
Sığorta müqaviləsinin müddəti bitdikdə və ya Sığorta olunan sığorta olunanların siyahısından
çıxarıldıqda, müvafiq sığorta şəhadətnaməsini (və ya şəhadətnamələri) 7 (yeddi) təqvim günü
ərzində Sığortaçıya qaytarmaq;
14.2.7.
Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə tutula bilər.
14.3. Sığorta olunanın hüquqları:
14.3.1.
Sığorta hadisəsi baş verdiyi zaman onun xeyrinə bağlanmış sığorta müqaviləsi üzrə
öhdəliklərin yerinə yetirilməsini Sığortaçıdan tələb etmək;
14.3.2.
Sığorta şəhadətnaməsi itirildikdə onun dublikatını almaq;
14.3.3.
Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə tutula bilər.
14.4. Sığorta olunanın vəzifələri:
14.4.1.
Sığorta sənədlərinə qayğı ilə yanaşmaq;
14.4.2.
Sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tələb etdiyi hallarda Sığortaçının təyin etdiyi
tibb müəssisində ilkin tibbi müayinədən keçmək;
14.4.3.
Sığorta müqaviləsinə tibbi xərclər təminatı daxil edildiyi hallarda bədbəxt hadisənin baş
verməsi zamanı müalicəni almaq üçün tibb müəssisəsinin seçimində Sığortaçının təklifini
nəzərə almaq;
14.4.4.
Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə tutula bilər.
14.5.
Sığortaçının vəzifələri:
14.5.1.
Müəyyən edilmiş müddətdə sığorta şəhadətnamələrini Sığortalıya vermək;
14.5.2.
Sığorta müqaviləsi ilə müəyyən olunduqda, sığorta şəhadətnamələri sığorta olunanlara vermək;
14.5.3.
Qanunvericiliyə zidd olmayan hallarda Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
14.5.4.
Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarla və müqavilədə
müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya
qaytarmaq;
14.5.5.
Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə tutula bilər.
14.6.
Sığortaçının hüquqları:
14.6.1.
Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən
Sığorta müqaviləsinin qaydalarına riayət edilməsini özünün zəruri hesab etdiyi vasitələrlə
yoxlamaq;
Creation Date
:
28/01/2009
Dostları ilə paylaş: |