Personal accidents insurance policy wording


PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING



Yüklə 221,52 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix06.05.2017
ölçüsü221,52 Kb.
#16988
1   2   3

PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 13 of 16 

 

 



14.6.2.

 

Sığorta  hadisəsi  hesab  edilə  bilən  hadisə  ilə  bağlı  Sığortalı  və  ya  Sığorta  olunan  barəsində 



həmin  hadisənin  baş  verməsi  ilə  əlaqədar  inzibati  xəta  üzrə  iş  və  ya  cinayət  işi  başlanarsa, 

sığortaçı  müvafiq  sığorta  ödənişinin  verilib-verilməməsi  barədə  qərarını  səlahiyyətli  orqanın 

bu iş üzrə yekun qərar  qəbul edilənədək təxirə sala bilər.  

14.6.3.


 

Bu Qaydalarda və ya müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada  sığorta müqaviləsinə 

xitam vermək və ya onu ləğv etmək; 

14.6.4.


 

Bədbəxt hadisənin baş verdiyi zaman zəruri hallarda Sığorta olunanın alkoqol, narkotik və ya 

toksik maddələrin təsiri altında olub-olmamasının yoxlanılmasını tələb etmək. Bu tələbə etiraz 

edildiyi halda Sığortaçı ödənişdən imtina edə bilər. 

14.6.5.

 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə tutula bilər. 



 

Maddə 15 – Sığorta müddəti ərzində Sığortalının (Sığorta olunanın)  məlumat vermək vəzifələri  

15.1.


 

Sığortalı  sığorta  müqaviləsi  bağlandıqdan  sonra  meydana  çıxan  və  sığortaçının  müqavilədən  imtina 

etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin 

artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat verməlidir.  

15.2

 

Riskin  artmasına  təsir  edən  hallar  barədə  məlumatı  aldıqdan  sonra  Sığortaçı  sığorta  müqaviləsinin 



şərtlərini  dəyişdirə  və  yaxud  bir  aylıq  müddəti  gözləməklə  sığorta  müqaviləsini  ləğv  edə  bilər.  Əgər 

Sığortalı  sığorta  müqaviləsinə  edilən  dəyişikliklərlə  razılaşmazsa  və  yaxud  əlavə  sığorta  haqqı 

ödəməkdən  imtina  edərsə,  Sığortaçı  1  (bir)    aylıq  müddəti  gözləməklə  sığorta  müqaviləsini  ləğv  edə 

bilər. 


15.3.

 

Əgər  Sığortalı  və  ya  Sığorta  olunan  şəxs  riskin  artmasını  qəsdən  doğurmuşdursa,  Sığortaçı  müddəti 



gözləmədən sığorta müqaviləsini ləğv edə bilər. 

 

FƏSİL 3 - ZƏRƏR VƏ ÖDƏNİŞ. 

Maddə 16 - Bədbəxt hadisə baş verdikdə Sığortalının (Sığorta olunanın) vəzifələri 

16.1.


 

Sığortalı  (Sığorta  olunan),  bədbəxt  hadisə  baş  verdiyi  zaman  zərərin  qarşısını  almaq  və  ya  miqdarını 

azaltmaq üçün zəruri və məqsədəuyğun tədbirlər görməlidir. 

16.2.


 

Bədbəxt hadisənin baş verməsi barədə sığortalı və ya sığorta olunan, yaxud faydalanan şəxs hadisədən 

xəbər  tutduqdan  dərhal  sonra  və  ya  mümkün  olan  ən  qısa  müddət  ərzində  sığortaçıya  və  ya  onun 

nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı 

olan  səlahiyyətli  dövlət  orqanlarına  hər  hansı  vasitə  ilə  xəbər  verməlidir  və  qanunvericiliklə  ona  aid 

edilmiş bütün öhdəlikləri yerinə yetirməlidir. 

16.3.

 

Bədbəxt  hadisənin  baş  verməsi  barədə  sığortaçıya  məlumat  vermiş  sığortalı  və  ya  sığorta  olunan, 



həmçinin  faydalanan  şəxs  bu  Qaydaların  16.2.  maddəsində  nəzərdə  tutulmuş  səlahiyyətli  dövlət 

orqanlarına  həmin  hadisə  barədə  xəbər  verməmişdirsə,  Sığortaçı  qeyd  olunan  orqanları  bu  hadisə 

barədə dərhal məlumatlandırmalıdır.  

16.4.


 

Sığortalı (Sığorta olunan) hadisənin yerini, tarixini, səbəblərini və şəraitini bildirməlidir və  siyahısı bu 

Qaydalarda müəyyən edilmiş sənədləri sığortaçıya təqdim etməlidir; 

16.5.


 

Bədbəxt  hadisədən  dərhal  sonra  lazımi  müalicəyə  başlanılmalı  və  xəsarət  alanın  səhhətinin 

yaxşılaşması üçün lazımi tədbirlər görülməlidir.  

16.6.


 

Sığortalı (Sığorta olunan)  ona tibbi yardımın göstərilməsi zamanı müalicə edən həkimin  göstərişlərinə 

əməl etməlidir və tibi yardım göstərən tibb müəssisənin qaydalarına riayət etməlidir; 

16.7.


 

Sığortaçı,  istədiyi  vaxt  xəsarət  alanın  (Sığortalının/Sığorta  olunanın)  müayinə  və  tibbi  vəziyyətinə 

nəzarət  etmək  hüququna  malikdir.  Sığortaçının  bu  müayinə  və  nəzarəti  həyata  keçirməsinə  mütləq 


Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 14 of 16 

 

 



şərait  yaradılmalıdır.  Sığortaçı  həmçinin  özünün  tövsiyə  etdiyi  həkimin  məsləhətinə  müvafiq  olaraq 

Sığortalıya və ya Sığorta olunana tibb müəssisəsini dəyişmək təklif etmək hüququna malikdir. 

16.8.

 

Sığortalı (Sığorta olunan) tərəfindən 16.2, 16.5 və 16.7-ci bəndlərdə göstərilən vəzifələr qəsdən yerinə 



yetirilməzsə,  sığortaçı  bədbəxt  hadisə  nəticəsində  ortaya  çıxan  nəticələrə  və  ya  xəsarətin  daha  da 

ağırlaşmasına görə məsuliyyətdən azad edilir. 



 

Maddə 17 - Sığorta ödənişinin müəyyən edilməsi 

17.1. Sığorta ödənişinin məbləği sığorta müqaviləsinə müvafiq olaraq tərəflərin qarşılıqlı razılığı ilə 

müəyyən edilir. 

17.2. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı 

barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta 

qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.  

17.3. Müstəqil ekspertə çəkilən xərclər ekspertin rəyin müvafiq olaraq ödənilir. Sığorta olunanın Sığorta 

ödənişin məbləği barədə iddiası müstəqil ekspertin rəyi ilə təsdiq olunarsa, müstəqil ekspertin xərclərini 

Sığortaçı ödəyir, əks təqdirdə bu xərclər Sığortalı (Sığorta olunan) tərəfindən ödənilir. 

Maddə 18 - Sığorta ödənişinin həyata keçirilməsi qaydası 

18.1.


 

Sığorta ödənişi aşağıdakı şəxslərə verilir: 

-  Əlilliyin  təyin  edilməsinə,  Sınıqlara,  Yanıqlara,  Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə,  Tibbi 

xərclərə  görə - Sığorta olunana ödənilir. 

-  Sığortalının  (Sığorta  olunanın)  ölümü  halında  –  faydalanana,  bələ  şəxs  olmadıqda  –    vərəsələrinə 

ödənilir. 

18.2.

 

Sığorta ödənişi aşağıdakılara əsasən həyata keçirilir:  



18.2.1.

 

bədbəxt  hadisə  baş  verdikdə,  sığortalının,  sığorta  olunanın  və  ya  faydalanan  şəxsin  sığorta 



müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanlandığı sığorta tələbi ilə birlikdə baş 

vermiş bədbəxt hadisənin  yerini, tarixini, səbəblərini və şəraitini əks etdirən ətraflı məlumat;  

18.2.2.

 

Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət 



orqanına  məlumat  verilməlidirsə,  həmin  orqanın  hadisə  barədə  təqdim  etdiyi  müvafiq  sənəd 

(istehsalatda  bədbəxt  hadisə  haqqında  akt,  cinayət  işi  haqqında  məhkəmənin  hökmü,  bədbəxt 

hadisəsinin  təhqiqatı  haqqında  akt,  cinayət  işin  qaldırılması  və  ya  cinayət  işin  qaldırılmasına 

imtina haqqında qərar və s.);  

18.2.3.

 

Sığortalının (sığorta olunanın) sığorta şəhadətnaməsi; 



18.2.4.

 

Sığortalının (sığorta olunanın) şəxsiyyətini təsdiq edən sənəd; 



18.2.5.

 

Sığortalının  ölümü  halında  –  VVADQ  şöbəsi  tərəfindən  verilən  ölüm  haqqında  şəhadətnamə; 



Sığortalının  ölüm  səbəbi  haqqında  məlumatı  əks  etdirən  sənədin  sürəti  (ölüm  haqqında  tibbi 

şəhadətnamə, arayış, məhkəmə-tibbi ekspertizanın rəyi). 

18.2.6.

 

Əlilliyin təyin edilməsi haqqında müvafiq səlahiyyətli orqanın qərarı; 



18.2.7.

 

Müvafiq  səlahiyyətli  orqan  və  (və  ya)  tibb  müəssisəsi  tərəfindən  əlilliyin  təyin  edilməsi 



səbəblərini müəyyən etməyə imkan verən  sənəd (ambulator kartından çıxarış vərəqəsi, xəstəlik 

tarixi, epikriz və s). 

18.2.8.

 

Yerinə yetirilmiş tibbi manipulyasiyalar haqqında məlumat olan sənəd, reseptlərin əsli; 



18.2.9.

 

Tibbi müəssisənin verdiyi hesabların, dərman preparatları üçün verilmiş qəbzlərin əsli; 



18.2.10.

 

Sığortaçının qərarı ilə digər sənədlər və məlumatlar tələb oluna bilər.  



Sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.  

Maddə 19  – Sığorta ödənişinin verilməsindən imtinanın əsasları   

Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 15 of 16 

 

 



Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:  

19.1.


 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  923.1-ci  maddəsinin  tələblərinə  əməl  edilməməsi 

nəticəsində  sığortaçının  hadisənin  səbəblərini  və  (və  ya)  dəyən  zərərin  həcmini  müəyyənləşdirmək 

imkanından  tam  və  ya  qismən  məhrum  olması  ilə  əlaqədar  olaraq  onun  mənafeləri  əhəmiyyətli 

dərəcədə pozulduqda; 

19.2.


 

Qanunvericilikdə  nəzərdə  tutulmuş  məsuliyyəti  istisna  edən  hallardan  başqa,  sığortalının,  müvafiq 

hallarda  zərərçəkənin  sığorta  hadisəsinin  baş  verməsinə  yönələn  qəsdən  etdiyi  hərəkəti  və  ya 

hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;  

19.3.

 

Müqavilə  və  ya  qanunla  hərbi  risklərin  sığortalanması  nəzərdə  tutulmadıqda,  hadisənin  baş 



verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;  

19.4.


 

Sığortalının dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri 

görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o 

həcmdə  imtina  edilə  bilər  ki,  sığortalı  mümkün  tədbirləri  görmüş  olsaydı,  zərərin  miqdarı  həmin 

həcmdə azalmış olardı;  

19.5.


 

Sığortaçının  sığorta  hadisəsinin  baş  verməsi  səbəblərini  araşdırmasına  sığortalı  tərəfindən  maneçilik 

törədilməsi,  sığortaçını  hadisənin  səbəblərini  və  ya  zərərin  həcmini  müəyyənləşdirmək  imkanından 

tam və ya qismən məhrum etməsi;  

19.6.

 

Mülki Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi 



barəsində  sığortalının  sığortaçıya  qəsdən  yanlış  məlumat  verməsi  nəticəsində  sığortaçının  sığorta 

riskini  qiymətləndirmək,  həmçinin  sığorta  hadisəsinin  səbəblərini  və  (və  ya)  dəyən  zərərin  həcmini 

müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 

19.7.


 

Baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;  

19.8.

 

Sığorta  hadisəsinin  sığorta  haqqı  və  ya  onun  hər  hansı  bir  hissəsinin  qanunvericilikdə  və  ya 



müqavilədə  nəzərdə  tutulmuş  ödənilməsi  müddəti  başa  çatdıqdan  15  gün  sonra,  Mülki    Məcəllənin 

903.5-ci  maddəsində  nəzərdə  tutulmuş  halda  isə  sığortaçının  müəyyən  etdiyi  müddətin  başa 

çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş 

olduqda; 

19.9.

 

 Sığorta hadisəsinin  yaranma  səbəbini, əsasını müəyyən etmək üçün  sənəd və məlumatları  müəyyən 



edilmiş müddətlərdə  təqdim etmədikdə və ya bilərəkdən yanlış məlumat verdikdə; 

19.10.


 

Sığorta  müqaviləsində  qanunvericiliyə  zidd  olmayan  ödəniş  verilməsindən  digər  imtina  əsasları 

nəzərdə tutula bilər.  

 

Maddə 20. Sığorta ödənişin verilməsi haqqında məlumat 

Sığortaçı sığorta  hadisəsi barədə ərizəni (sığorta tələbini)  və ona əlavə olunan  sığorta  hadisəsi ilə əlaqədar 

olan  bütün  zəruri  sənədləri  aldıqdan  sonra  15  iş  günü  ərzində  Sığorta  hadisəsi  haqqında  Akt  tərtib  edir.  

sığorta  hadisəsi  haqqında  Aktın  Sığortalı  və/və  yaxud  Sığorta  olunan    (faydalanan,  vərəsə)  tərəfindən 

imzalandığı tarixdən etibarən 30 gün müddətində sığorta ödənişi verilir. 

Sığortaçı sığorta  hadisəsi barədə ərizəni (sığorta tələbini) və ona əlavə olunan  sığorta  hadisəsi ilə əlaqədar 

olan bütün zəruri sənədləri aldıqdan sonra 15 iş günü ərzində sığorta ödənişinin verməkdən imtina olunması 

haqqında qərar qəbul edir və bu haqda Sığortalıya (Sığorta olunana) yazılı məlumat verir. 



FƏSİL 4 - DİGƏR MÜDDƏALAR 

Maddə  21.  Sığorta  müqaviləsinin  şərtlərinin  yerinə  yetirilməməsinə  və  ya  lazımi  qaydada  yerinə 

yetirilməməsinə görə tərəflərin məsuliyyəti. 

Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 16 of 16 

 

 



Sığorta müqaviləsinin şərtlərinin yerinə  yetirilməməsinə və ya lazımi qaydada yerinə  yetirilməməsinə görə 

tərəflər  bu  qaydalarda  müəyyən  olunmuş  məsuliyyət  daşıyırlar.  Bu  qaydalarla  nəzərdə  tutulmamış 

məsuliyyət qanunvericiliyə müvafiq olaraq müəyyən olunur. 

 

Maddə 22 - Sığorta müqaviləsinin Qaydalar üzərində üstünlüyü 

Sığorta  müqaviləsinin  tərəfləri  müqavilədə  bu  Qaydaların  müəyyən  müddəalarının  istisna  edilməsini, 

həmçinin  ona  müəyyən  əlavələr  edilməsini  nəzərdə  tuta  bilərlər.  Bu  halda  konkret  müqavilələrin  şərtləri 

tətbiq edilir. 



Maddə 23. Mübahisələrin həlli qaydası 

Bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsindən irəli gələn mübahisələr ilkin olaraq danışıqlar yolu 

ilə,  pretenziya  qaydasında,  tərəflər  arasında  razılığa  gəlinmədiyi  təqdirdə  isə  qüvvədə  olan  Azərbaycan 

Respublikası  qanunvericiliyi  tətbiq  edilməklə  Azərbaycan  Respublikasının    müvafiq  məhkəmələrində    həll 

edilir. Pretenziyalara baxılma müddəti 20 gündür. 

Maddə 24 - Məlumat və xəbərdarlıqlar 

24.1.  Sığortalının  (sığorta  olunan)  xəbərdarlıq  və  məlumatları  sığorta  şirkətinə  və  ya  sığorta  müqaviləsinin 

bağlanmasına vasitəçilik edən agentə və ya brokerə sifarişli məktubla çatdırılır. 

24.2.  Sığorta  şirkətinin  xəbərdarlıq  və  məlumatları  sığortalının  (sığorta  olunanın)  sığorta  şəhadətnaməsində 

göstərilən hüquqi ünvanına və ya sığorta şəhadətnaməsinin imzalanmasına vasitəçilik edən agent və ya 

brokerin bildirilən son hüquqi ünvanına sifarişli məktubla çatdırılır. 

24.3. Məktublar, elektron məktubları, fakslar vasitəsi ilə edilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub 

vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir. 

 

24.4. Bu müqavilə üzrə tərəflərin bir birinə göndərdikləri və  müqavilə üzrə  tərəfin müqavilə üzrə  tərəfdən 



gəldiyini  dürüst  müəyyən  etməyə  imkan  verən  faksimil  rabitə  və  ya  elektron  poçt  vasitəsi  ilə  

göndərilən və onlarla bağlı olan bütün sənədlər orijinal sənədlər kimi hüquqi qüvvəyə malikdirlər. Bu 

müqavilə üzrə bir tərəf faksimil rabitə və ya elektron poçt vasitəsi ilə sənədləri aldığını, faksimil rabitə 

və ya elektron poçt vasitəsi ilə digər tərəfə sənədin adını, nömrəsini və tarixini göstərməklə təsdiq edir. 



 

Yüklə 221,52 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin