40
ciddi Quluya təklif edir ki, könlü istəyirsə, danaların xayalarını
götürsün. Kabab bişirib yeyər. Qulu cin atına minir:
– Apar, ver dədənə ! Belə şeyləri о xoşlayandır.
Bakı yaxĢı Ģəhərdir
Coxdan Bakıda olmayan Qulu şəhərə gəlir və yolunu bir
vaxtlar çarıq satdığı Kömürçü bazarına salır. Könlünə əncir dü-
şür. Kiloqramı 2 manata xeyli əncir alıb yeyir. Az sonra qarnı
agrıyır Qulu ha axtarırsa, rahatxana tapa bilmir. Yoldan keçən-
lərdən soruşur. Bir nəfər rahatxanamn yerini göstərmək üçün 6
manat istəyir. Qulu razılaşır. Evə gələndə arvadı soruşur:
– A kişi, sən Allah, de gürüm, Bakı necə şəhərdir?
Qulu:
– Arvad, Bakı yaxşı şəhərdir. Amma əncir yemək ənciri-
nöz qiymətindən iki dəfə bahadır.
Çox ətirlənir
Qulu eşşəyin belində yol gedir. Çər dəymiş də harda pe-
yin görürüsə, xeyli iyləyir. Qulu axırda təngə gəlib başlayır
uzunqulağı vurmağa. Uşaqlar soruşurlar:
– Qulu dayı, yazıq heyvanı niyə döyürsən ?
– Günahkar özüdür, bu qədər də ətirlənərlər ?!
Dostları ilə paylaş: