22
likdə uşağı niyə öldürdün, onun günahı neydi? Xızır deyir ki,
sən yenə sözüvün üstündə durmadın. Musa yenə yalvarır ki, bir
də olmaz. Gəlib çıxırlar bir səhraya. Görürlər ki, burada bir xa-
rabalıq var. Xızır deyir Musaya ki, daş gətirsin və başlayır hə-
min xarabalığı təzədən tikməyə. Musa yenə səbəbini soruşanda
Xızır deyir ki, sən çox hövsələsiz adamsan və hər dəfə də sözü-
və əməl etmədin. Musa deyir, yaxşı, amma sən o gördüklərimin
səbəbini mənə de, daha heç nə soruşmayacağam. Xızır deyir ki,
o gəmi ki taxtasını çıxartdım, o, kasıb bir qardaşın idi, quldurlar
da onu oğurlamaq istiyirdilər. Taxtasını çıxartdım ki, quldurlar
onun görkəmini görüb, ona dəyməsinlər. O uşağı ki, öldürdüm,
o pis uşaqlara qoşulmuşdu, pis işlər görürdü, oğurluq edirdi.
Allahdan mənə xəbər gəldi ki, gələcəkdə, o, ata-anasını da öldü-
rəcək. Odur ki, onu öldürdüm. Allah onun ata-anasına daha
yaxşı övlad verəcək. Qaldı ki, o divar məsələsi. O yer bir yetim
oğlanın idi. O bir gün böyüyüb, gəlib ona sahib olacaq. Orada
atasından bir xəzinə var, onun yerini oğlu rahat tapsın deyə, o
divarı tikdik. Bu əhvalat haqqında Quranda da yazılıb
.
Dostları ilə paylaş: