1
AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI
FOLKLOR ĠNSTĠTUTU
____________________________________________
AZSAYLI XALQLARIN
FOLKLORU
II KĠTAB
BAKI – 2017
2
Layihənin rəhbəri:
Muxtar Kazımoğlu (Ġmanov)
AMEA- nın həqiqi üzvü
Toplayıb, tərtib edən
və ön sözün müəllifləri: AtəĢ Əhmədli
filologiya üzrə fəlsəfə doktoru
DadaĢ Əliyev
AMEA Folklor İnstitutunun
doktorantı
Redaktoru:
Afaq Ramazanova
filologiya üzrə fəlsəfə doktoru,
dosent
Rəyçilər:
Gülsüm Hüseynova
filologiya üzrə elmlər doktoru
Mətanət Yaqubqızı
filologiya üzrə fəlsəfə doktoru,
dosent
Mətnlərin tərcüməsi üzrə məsul Ģəxslər:
1. Dadaş Əliyev (lahıc-tat dilindən)
2. İldırım Məsimov (hapıt dilindən)
3. Elsevər Məsimov (hapıt dilindən)
4. Bəxtiyar Rəhimov (ləzgi dilindən)
Azsaylı xalqların folkloru, II kitab, Bakı, Elm və təhsil,
2017, -196 səh.
Kitaba İsmayıllı rayonunda yaşayan lahıc (tat), ləzgi, rus
(molokan) və hapıtların folklor nümunələri daxil edilmişdir.
folklor.az
A
4603000000 Qrifli nəşr
N-098-2017
© Folklor İnstitutu
3
ÖN SÖZ
İsmayıllı rayon kimi rəsmən 1931-ci ildə təşkil edilmişdir.
Həmin dövrə qədər isə bu ərazi (1867-ci ildən) Göyçay qəzasının
tərkibində Bakı quberniyasının inzibati tabeliyində olmuşdur.
Böyük Qafqazın cənub yamaclarında yerləşən İsmayıllı ra-
yonunun əksər hissəsi dağlıq ərazilərdən ibarətdir. Bu ərazilərin
də ən uca zirvələri (Niyaldağ, Qarabuğra, Babadağ və s.) rayonun
şimal səmtinə düşən silsiləsində yüksəlir. Cənuba doğru uzandıq-
ca get-gedə bu ərazilər alçalır. Buradan da baş alan Şirvan düzü-
nə aid landşaft ətəklərdə (Göyçay ərazisinə ən yaxın hissədə)
Kür-Araz ovalığına qovuşur. Ümumən götürsək, İsmayıllı rayo-
nu orta hündürlüyü 200 m olmaqla (Babadağ zirvəsinədək) dəniz
səviyyəsindən 3629 m hündürlüyədək ərazi fərqi ilə dəyişilir.
Dərin çay dərələri sanki rayon ərazisini ayrı-ayrı şaxələrə
parçalamışdır. Bunun da bir qismi Qanıq-Əyriçay vadisinin cə-
nub-şərq qurtaracağı ilə kəsişir. Kür hövzəsinə aid olan Girdi-
man, Əyriçay, Axox və Göyçay çayları rayonun başlıca su mən-
bələrini təşkil edir. Rayon ərazisi mineral bulaqlarla hədsiz zən-
gindir. Bu cəhəti nəzərə alan yerli sakinlər İsmayıllı toponiminin
də məhz bu səciyyədən qaynaqlandığını, yəni sözün suya meyilli
(“su mayıllı”) ərazi anlamını ifadə etdiyini fərziyyə edirlər.
Topçu və Qalıncaq meşələri İsmayıllının ən mənzərəli
landşaftları sayılır. Şahdağ Milli Parkının ekzotik bir guşəsi də
İsmayıllı ərazisinə düşür. Ecazkar təbii şəraiti, səfalı məkanları
ilə seçilər rayon çox qədim tarixi qatlarla zəngin ərazilərin qo-
vuşuğunda yerləşməsi ilə də diqqəti çəkir.
Arxeoloji araşdırmalar zamanı əldə olunmuş maddi sübutlar
İsmayıllının bir neçə inkişaf mərhələsindən keçdiyini, buradakı
mədəni həyatın və təsərrüfat sahələrinin qədim Daş və Tunc dövr-
ləri ilə ilişgəli olduğunu əsaslandırır. Lahıc yaxınlığında erkən or-
ta yüzillərə aid Girdiman qalası (V əsr), Talıstan ərazisində Ca-
vanşir qalası (VII əsr), Sulut kəndi ərazisində Fit qalası (X əsr),
Basqal, o cümlədən Lahıc qəsəbəsində inşa olunmuş kürəbənd
4
sistemi (IX-X əsr) və başqa tikililərin burada mövcud olması vax-
tilə bu yerlərin siyasi-inzibati mərkəz kimi dövlətçilik tariximizdə
əhəmiyyətli mövqe tutduğunu indilikdə bizə yansıtmaqdadır.
Saf təbiəti, füsunkar mənzərələri, olaylarla zəngin tarixi əs-
lində İsmayıllının vətənpərvər və əməksevər insanlarını daima
qurub-yaratmağa ruhlandırmışdır. Bu insanların daha şövqlə ça-
lışmasına və yaratmasına stimul verən bir mühüm mənbə də dü-
şünürük ki, burada yaşayan fərqli xalqların bir-birinə bəslədiyi
dərin etimaddır. Buna nail olmaq üçün isə yüzillərcə zəhmət
çəkmək lazım gəlmişdir. Önəmlisi odur ki, həmin xalqların ara-
sındakı bu münasibət günümüzdə də davam etməkdədir.
Bu minvalla, əhalisinin əsas hissəsi türk mənşəli olan rayonda
hələ çox qədimdən milli və dini fərqləri ilə seçilən xalqlar da məs-
kunlaşmışdır. Həmin xalqlardan tat, ləzgi, hapıt, slavyan, bir də ki,
daha azlıq təşkil edən yəhudi və kürdləri misal gətirmək olar. On-
ların içərisində kəmiyyətcə üstün mövqedə olanı isə tatlardır. Tatlar
əsasən, Lahıc qəsəbəsi və ona bitişik kəndlərdə məskunlaşmışlar.
Bu kəndlərin sayı təxminən iyirmiyə yaxındır. Onlardan Ərəgit,
Gəndo, Namazgah, Mulux, Qoydan, Müdrisə, Nanıc, Kənəə, Mulux
Əhən, Zərnava, Gideyli, Zarat, Buynuz, Həftəsov, Brovdal, Ağ-
bulaq, Çandahar, Dvoryan və digərlərini qeyd etmək olar.
Bu xalqlardan sayca ikinci sırada mövqe alanı ləzgilərdir.
Ləzgilər Qurbanəfəndi, İstisu, Sumağallı, Qalacıq, Uştalqışlaq,
Çəmənli, Ruşan, Qalınçaq, Qalagah, Vəng kəndlərinin əsas sa-
kinləri sayılır.
Hapıtların isə böyük qrupu Mollaisaqlı və Hacıhətəmli
kəndlərində məskunlaşmışdır. Çox az miqdarda olsa da, digər
kəndlərdə də bu mənşəli əhaliyə rast gəlmək olur.
İstisna olaraq, yalnız malakanlar rayonun bir kəndində
(İvanovkada) məskundurlar. Bundan başqa, sayca sonuncular he-
sab olunan kürdlər və yəhudilər, bir də axır illərdə rayona köçüb
gəlmiş minimal həddə məshəti türkləri də hazırda İsmayıllının
yerli camaatı ilə bir yerdə güzəranlarına davam etməkdədirlər.
5
Bildiyimiz kimi, hər bir etnos məskun olduğu ərazinin təbii-
coğrafi şəraiti və relyef xüsusiyyətlərinə uyğun olaraq məişətini və
təsərrüfat həyatını qurur. Milli-etnik identikliyini qorumaqla yana-
şı, istənilən xalq ərazicə ona yaxın yerləşən xalqla sosial-mədəni
əlaqələrə girməyi də zəruri sayır. Bütün bunlar ona gətirir ki, eyni
yaşayış məntəqələrində güzəran sürən fərqli xalqlar (birliklər) mil-
li və dini ayrılmalarına baxmayaraq, heç bir münaqişəyə yönlən-
mir, əksinə iç-içə yaşadıqları mühitdə daha sıx əlaqələr qurur, bə-
zən bu əlaqələri qohumluq münasibətlərinədək inkişaf etdirməyə
meyilli olurlar. Məsələ burasındadır ki, İsmayıllı rayonunda tari-
xən məskunlaşmış etniklər təkcə öz varlıqları ilə deyil, həm də dili,
dini inancları, adət-ənənələri, məişəti, habelə arxaik mədəniyyəti
və onun mühüm tərkibi olan folkloru ilə də bu etnomühiti zəngin-
ləşdirir və inkişaf etdirirlər. Bu da bir neçə mühüm amilə dayanaq-
lıdır. Əvvəla, bu xalqların məskun olduqları ərazilərdə sabitləşmiş
bilinqvizm (ikidillilik) şəraiti hökm sürür. İkincisi, həmin ərazilər-
də hər iki dildən (məs.tat-Azərbaycan) təkcə ünsiyyət vasitəsi kimi
deyil, həm də mənəvi yaradıcılıq sahələrində, özəlliklə də folklor
nümunələrinin ifası və yaradılması prosesində qarşılıqlı şəkildə is-
tifadə olunur. Bir də ki, nümunənin hansı dildə (tat, yoxsa Azər-
baycan dilində) təqdim olunmasını və yaxud da meydana gəlmə-
sini, adətən, belə şəraitlərdə nümunənin hansı janra aid olması da
diktə edə bilir. Məsələn, istənilən nümunəni tat dilində söyləməyə
üstünlük verən lahıclı istisna olaraq, bayatını Azərbaycan türkcə-
sində təqdim edir. Heç şübhəsiz, bunu zəruri edən şərtləri vardır və
daha əsaslı hesab etdiklərimizi burada qeyd etməyi lazım bilirik.
Birincisi, janrın kifayət qədər arxaik olması bu halı şərtləndirə
bilər. Digər halda isə bu vəziyyət, həmin xalqların daha erkən tə-
şəkkül tapmış qonşuluq münasibətlərinə əsaslana bilər. Bununla
belə, həmin xalqlar milli psixologiyasından, inanc sistemindən, ça-
lışdığı məşğulluq sahəsindən asılı olaraq, yaratdıqlarında fərqlilik-
ləri ilə də görünə bilirlər. Bütün bunları nəzərə alıb, polietnik
Azərbaycan cəmiyyəti üçün səciyyəvi olan türk, iran, qafqaz və
6
slavyan mənşəli etnosların folklorunu onlara doğma hesab olunan
İsmayıllı rayonunun folkloru ilə vəhdətdə öyrənməyi qarşımıza
məqsəd qoymuşuq. Hər bir azsaylı xalqın folklorunun öyrənilməsi
əslində Azərbaycan folklorunun öyrənilməsi və sistemləşdirilməsi
kimi başa düşülməlidir. Ümid edirik ki, İsmayıllıda yaşayan az-
saylı xalqların folklorunun öyrənilməsi folklorşünaslığımızda yal-
nız ayrılıqda götürülmüş bir rayonun probleminə yanaşma qismin-
də deyil, Azərbaycan folklorşünaslığında irəliyə doğru atılmış
növbəti bir addım kimi qarşılanacaq.
Kitabın ərsəyə gəlməsində bir çox insanların iştirakı olmuş-
dur və onların bir qismi haqqında söyləyicilər bölümündə məlu-
mat vermişik. Təəssüf doğuracaq haldır ki, həmin insanlardan bə-
ziləri artıq dünyasını dəyişmişdir. Xeyirxah əməl sahibi olduqları
üçün daima yad olunacaqlarına inanır və onlara Uca Tanrıdan
rəhmət diləyirik. Bir qisim insanlar da bu işə köməyini əsirgəmə-
mişdir ki, buna da kitabda münasibət bildirməyi zəruri saydıq.
Söyləyici qismində olmasalar da heç şübhəsiz, onlardan aldığımız
məlumatlar kitabın dolğun hazırlanmasına təsirsiz qalmamışdır.
Zəruri məlumatları bizə təqdim edən belə insanları kitabda infor-
mator qismində göstərməyi münasib sayır və onlara dərin təşək-
kürümüzü bildiririk. Həmin informatorları sizə təqdim edirik:
Dostları ilə paylaş: |