* * * Hacı Ələsgərin gəlni olub. Durub çayniki yaxalasın, gör-
dülər yoxdu. Səhərəcən axtarıllar, tapbiyıllar. Çaarıb dellər ki,
gəl atangildə toydi. (Toy həqiqətən olmalı idi. Gəlirdi ət döymə-
yə). Demə, cinnər aparırdı. Səhərəcən Əminəni tapbiyıblar. Sə-
hər qonşu Əbilin babası Şamaxıdan gəlirmiş. Səfi yurduna ça-
tanda görür ki, bir adam qışın günündə, kolun dibində ağliyır.
“Gətirib məni bıra qoydılar”, qız danışır. “Bismillah dedim,
ayağım daşa dəydi”. Qızı gətirib verdilər atasına.