* * * Onun nənəsinin dediyinə görə, bir dəfə onların həyətinə
“məməbədüş” gəlir. Onun da ən çox qorxduğu iynə imiş. İynəni
onun boynuna sancanda yalvarır ki, nə desələr edər. Əhvalat qış
vaxtı olubmuş. Nənəsigilin də odunları yox imiş. “Məməbə-
düş”ə deyirlər ki, həyəti odunla doldursun. O da az müddətdə
bu işi görür. İş başa çatan kimi yalvarır ki, iynəni onun bədənin-
dən çıxarsınlar. İynəni çıxaran kimi, həmin anda həyətə gətiri-
lən bütün odunlar yox olur” (S: 4; T: 2).