qiymətləndirilməyən
qlobal
likvidlilik səviyyəsinin yüksəldilməsidir. SDR sistemi 1970-ci ildən
bəridir fəaliyyət
göstərir.
BVFdə xüsusi borc alma hesabı yaradılmışdır ki, bunun vasitəsi ilə SDRdən istifadə etməklə
əməliyyatlar
həyata keçirilir.
5. BVF və DB səviyyəsində tam sərbəst üzən valyuta məzənnələrinin rejimlərinin qanuniləşdirilməsinin təmin
edilməsi.
6.Məzənnə rejimlərinin ölkələr tərəfindən sərbəst şəkildə müəyyənləşdirilməsinə icazə verilməsi vəs.
Beynəlxalq valyuta sisteminin təkamül yolunun son mərhələsi olan Yamayka valyuta sistemi bu gündə davam edir
və qlobal səviyyədə öz aktuallığını qoruyub saxlayır. Bütün bu bəhsi keçən mərhələləri ümumilikdə
dəyərləndirsək belə bir ortaq fikrə gələ bilərik ki, beynəlxalq valyuta sisteminin hər bir mərhəlsi özündən əvvəlki
mərhələnin bəzi xüsusiyyətlərini daşıyır və özündən əvvəlki sistemin çatışmazlıqlarının aradan qaldırılmasına
xidmət edir. Misal üçün, Paris valyuta sistemində beynəlxalq hesablaşmaları həyata keçirmək üçün təkcə qızıl
istifadə edilirdi sə, Genuyada qızılla bərabər dollar və funtsterlinqdən də istifadə olunurdu. Bretton Vuds isə qızıl
standartını saxlayır, həmçinin ABŞ dollarını əsas götürürdü. Burada funtsterlinqin istifadə olunmaması Böyük
Britaniyada qızıl ehtiyatlarının yetərli olmaması ilə izah olunurdu. Son mərhələ olan Yamayka valyuta sistemi isə
qızıl standartını ləğv etməsi və yalnız ABŞ dollarını əsas götürməsi ilə xarakterizə olunur. Müasir dövrdə isə
Yamayka valyuta sistemi hələ də təkmişlləşməkdə və bütün valyuta problemlərinin həllini mümkün edəcək
səviyəyə çatmağa çalışmaqdadır. Beynəlxaql Valyuta Fondu isə hər zamankı missiyasını icra etməkdə,
dövlətlərarası valyuta münasibətlərini möhkəmləndirmək və valyuta məhdudiyyətlərinin aradan qaldırılması yolu
ilə valyuta münasibətlərini liberallaşdırmaq yolunda addımlarını atmağa davam etməkdədir.
1.2. Müasir beynəlxalq valyuta sisteminin əsas determinantları
Beynəlxalq valyuta
Dostları ilə paylaş: