xərcləri və risk menecmenti vasitəsilə almaq daha
çox
mürəkkəbləşəcəkdir.
qeyd etdiyimiz məsələlərdən belə nəticəyə gələ bilərik ki,
SDR-in səbətinə yeni valyutaların
əlavəsi bir sıra
üstünlüklərlə yanaşı,
bəzi
sistem əhəmiyyətli
çətinlikləri də özündə barındırır.
Bu da mövcud
valyuta sisteminin tamamilə kollapsa məruz qalması ilə
nəticələnə bilər (Emmanuel F. və Matteo M.,2003).
Bütün bunların fonunda 2015ci ildə Beynəlxalq valyuta fondu tərəfindən Çin milli valyutası yuan SDR səbətinə
əlavə olunmuş və ehtiyat valyuta statusu qazanmışdır. Bu statusun qazanılması Çin dövləti tərəfindən uzun bir
dövrü əhatə edən fəaliyyət strategiyasının nəticəsi kimi qiymətləndirilməlidir. Müasir dövrdə Çin beynəlxalq
ticarətdə və finans sistemində güclü paya sahibdir. Sonuncu böhran zamanı aparıcı iqtisadiyyatlar geriləmələr
yaşadığı zaman . Çin öz təsir imkanlarını artırmağa nail olmuşdur. Yuanın SDR səbətinə daxil edilməsi ilə, digər
ehtiyat funksiyası daşıyan valyutalar funt və dolların səbəttəki çəkisində azalma meydana gəldi. Mahiyyət
etibarilə hal-hazırki tərkib beynəlxalq iqtisadi sistemin aparıcı iştirakçıları arasında ədalətli şəkildə bölünməmiş
olsa da, buna gələcəkdə aparılmalı olan islahatlatın bir istiqaməti kimi nəzərə alına bilər.
BVF-nun əsas islahat islahat istiqamətlərindən biri də təşkilati idarəetmə və qərar qəbuletmə sisteminin
təkmilləşdirilməsidir. Səsvermə və kvota sisteminin inkişaf etdirilməsi üçün indiyə qədər bir sıra təşəbbüs
olmuşdur. Lakin elə
Dostları ilə paylaş: |