orta müddətli
perspektivdə ya beynəlxalq
qurumların qeyd olunan ziddiyyətlər önündə çevik islahatlarla yenilənməsi, və ya
beynəlxalq istisadi sferanın yüksələn dəyərləri hesab olunan inkişaf etməkdə olan iqtisadiyyatların öncüllüyündə
alternativ qurumların yaradılması prosesləri müşahidə olunacaqdır.
3.2. Beynəlxalq valyuta sistemində yeni formatlaşma və qütbləşmə
meyilləri
Qlobal iqtisadi güclərin arasında gedən valyuta müharibələri fonunda hal-hazırda
dünyada mövcud olan valyuta
sisteminin yenidən qurulması
önəmli məsələlərdən biridir. Yenidən qurma prosesi zamanı təkcə sistemin müxtəlif
elementləri deyil, həmçinin institutsinal quruluş da yenidən nəzərdən keçirilərək təkmilləşdirilməlidir. Müasir
qloballaşma mərhələsində hec fondlar, transmilliu banklar, kredit dərəcələndirmə təşkilatları da bu qlobal valyuta
müharibələrinin iştirakçısısna çevrilmişlər.
Bretton-Vuds sisteminin çoxdan dağılmış olmasına baxmayaraq dollar-sentrik sistemin elementləri hələdə qalır.
Bunun əsas səbəbləri isə, ABŞ-ın dünya iqtisadiyyatındakı hegemon mövqeyi( dünya üzrə ÜDM həcminin 50%ini
bölüşür), ABŞın iqtisadi qüdrətinin dünya ölkələri üzərində yaratdığı inam və s. dir. Yamayka valyuta sistemi
dolların hegemoniyasına son qoymağa çalışsa da bunu tam olaraq reallaşdıra bilməmişdir. Bu sistem üzən
məzənnəyə keçməklə kapitalın beynəlxalq hərəkətindəki maneələri aradan qaldırmağa, likvidlik və qlobal və
regional səviyyədə maliyyə nəzarətini həyata keçirməyə çalışsada son 40 il ərzindəki hadisə və proseslər bu
planların tam realizə olunmadığını gözlər önünə sərir. Post Bretton-vuds mərhələsində dollar dünya maliyyə
sistemində dominantlığını qoruya bilmişdir. Avro meydana gələndən sonra bu mərkəzçilik müəyyən qədər itirilsə
də, böhrana
qədərki mərhələdə
Dostları ilə paylaş: |