dalğalanmalarla nəticələnir ki, bu da
resur ixracından asılı iqtisadiyyata sahib ölkələr üçün yaxşı təsirlər
doğurmur. Bütün bu risklərdən uzaqlaşmaq üçün son illər Çin və Rusiya arasındakı dəyəri
400 mlrd.$-dan çox
olan və yuan
və rublla hesablaşmaların ediləcəyi qaz sazişinin bağlanması, Rusiya və İran arasında qarşılıqlı
hesablaşma əməliyyatlarının bütövlükdə dollar dəyərinin milli valyutalara çevrilərək edilməsi haqqında razılaşma,
xüsusilə ən son
Ukrayna böhranı zamanı ABŞ və Avropa kapital bazarlarının rus enerji
şirkət
və banklarına
tətbiq etdikləri sanksiyalardan
qaçınmaq məqsədilə
Rusiyanın xarici ticarətdə
dollardan olan asılılığının
azaldılması səyləri və başqa cəhdlər beynəlxalq valyuta sistemində “dollar renesansının” sonu kimi qiymətləndirilə
bilər (Mallaby S. və Wethington O.,2018).
Beynəlxalq valyuta sistemində bu gün üçün əsas müzakirə mövzularından biri də təkqütblü yanaşmadan
çoxqütblü yanaşmaya keçidlə bağlıdır. Sistemdə təkqütblülüyün möcudluğu bir sıra problemləri özündə
birləşdirir. Bu problemlər əsasən mütləq iqtisadi hökmranlıq və buna bağlı olan qlobal miqyasda sabitliyi təmin
etmək və qorumaq üçün lazımi istəyin olmaması , inhisarçı üstünlükləri istidafə edərək beynəlxalq stabilliyin
pozulması hesabına gücünü artırmaq maraqları və s. ilə müşaiət olunur. Uzun illər ərzində Amerikanın iqtisadi və
maliyyə dominantlığı altında olan və fəaliyyətini sürdürən beynəlxalq valyuta sistemi 2008-ci il böhranı ilə
bərabər çox mərkəzli bir sistemin yaranmasını zəruriliyini dərk etdi.
Qlobal səviyyəəd baş verən proseslər çərçivəsində, “ çoxqütblü” dünya valyuat sisteminin yaradılması bərarində
bir sıra problemlərin yaranma ehtimalını ortaya qoyur. Qısamüddətli məzənnə çaxnaşmaları və valyuata
müharibələrinin genişlənməsi də bu kimi ehtimallar arasında qeyd edilə bilər. Lakin bizim əvvəldə də qeyd
etdiyimiz kimi, beynəlxalq valyuta sistemi təkcə format deyil, həm də institusional baxımdan da islahatlara
ehtiyac duyur (Mark B və Stephen B.,2016).
Dünya maliyyə arxitekturasında müşahidə olunan əsas meyllərdən biri təqütblüyün aradan qaldırılması və dolların
üstünlüyünün sonlandırılması üçün müxtəli ölkə qrupları və ya ölkələr tərəfində addımların atılmasıdır. Hazırki
dünya valyuta sistemində dollardan başqa dünya valyutaasına çevrilmə potensialı ən yüksək olan valyutalat avro
və yuandır. Bu çevrilməsin önündə hələki bir sıra problemlər durur. Avro
Dostları ilə paylaş: |