Plan : GİRİŞ



Yüklə 70,42 Kb.
səhifə2/10
tarix02.01.2022
ölçüsü70,42 Kb.
#34915
1   2   3   4   5   6   7   8   9   10
IH-3

G İ R İ Ş

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Beynəlxalq Dövlətlər Birliyinin tam hüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir.

Məlum olduğu kimi hüquqi islahatların, demokratikləşmə, humanistləşmə proseslərinin və ümumiyyətlə, hər bir dünyəvi, sivil dövlətin ali məqsədi – insan hüquqlarının və azadlıqlarının təmin edilməsidir.

İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin ideologiya və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyəti birləşdirən və onları insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir.

Son illərdə Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamla addımlaması, 2001-ci ilin yanvarında Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul olması və Avropa hüquq zonası ilə birləşməsi Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə tam zəmanət yaratmışdır.

12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk milli Konstitusiyamızın 24-27-ci maddələri ilə müəyyən edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsində inzibati-hüquqi normaların da rolu az deyildir. Bu nöqteyi-nəzərdən mühazirənin mövzusu olan İnzibati-hüquqi normalar həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyəti vardır.

Mövzunun mahiyyəti ondan ibarətdir ki, planına daxil edilmiş sualların açıqlanması vasitəsi ilə birinci növbədə inzibati hüquq norması, onun quruluşunu təşkil edən elementlər və onların növləri, ikinci növbədə inzibati-hüquqi normaların növləri və onların hüquqi xarakteristikası və üçüncü növbədə isə inzibati hüquq normaların həyata keçirilməsi formaları və onların növləri barədə nəzəri bilikləri öyrənmiş olacağıq.

Sual 1.

İnzibati hüquq normaların anlayışı və quruluşu


İnzibati hüquq sahəsini təşkil edən hüquq normalarının təhlili nəticəsində bu hüquq sahəsinin mahiyyəti, onun sosial təyinatı və ictimai münasibətlərin inzibati-hüquqi tənzimlənməsinin özünəməxsusluğa malik olması ilə Azərbaycan Respublikasının hüquq sistemində onun yeri müəyyən olunur.

Hüquq norması öz hüquqi təyinatına görə müəyyən davranış qaydasıdır ki, ona əməl olunması müxtəlif növ təşkilati, izahedici və stimullaşdırıcı vasitələrlə təmin olunur. Ona riayət etməyənlərə qarşı isə hüquqi məcburetmə tədbirləri tətbiq olunur (intizam, inzibati və cinayət məsuliyyəti).

Belə keyfiyyətlər bütünlüklə inzibati hüquq normalara da aiddir.

Dövlət idarəetməsi və icra hakimiyyəti mexanizminin fəaliyyət göstərdiyi sahədə yaranan ictimai münasibətlərdən başqa, inzibati hüquq normaları dövlət hakimiyyəti, məhkəmə və prokurorluq orqanlarında dövlət qulluğu ilə əlaqədar yaranan münasibətləri, həmçinin də idarəetmə xarakterli təşkilatdaxili münasibətləri də tənzimləyir.

İnzibati hüquq normaları, həmçinin də ictimai təşkilatların ixtiyarına verilmiş dövlət idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri də tənzimləyir.

İnzibati hüquq normaların qarşısında aşağıdakı vəzifələr durur:



  1. dövlət idarəetmə sisteminin müxtəlif elementlərinin tənzimlənməsi;

  2. idarəedən və idarəolunan sistemlər arasında yaranan daha məqsədəuyğun və elmi cəhətdən əsaslandırılmış qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi;

  3. idarəetmənin müxtəlif sahələrində dövlət orqanlarının idarə, müəssisə, təşkilat və vətəndaşlarla qarşılıqlı əlaqələrini və idarəetmənin müxtəlif sahələrində əlaqələrin tənzimlənməsi.

İnzibati hüquq sahəsinin normaları onun predmetini təşkil edən ictimai münasibətləri tənzimləyir.

Yuxarıda qeyd olunanlar inzibati hüquq normasına anlayış verməyə imkan verir.



İnzibati hüquq norması - dövlət idarəetməsi və icra hakimiyyəti mexanizminin fəaliyyəti sahəsində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri tənzimləmə məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş davranış qaydasıdır.

İnzibati hüquq norması digər hüquq sahələrinin normaları kimi öz quruluşuna malikdir.

İnzibati hüquq normasının quruluşu dedikdə, onu təşkil edən elementlərin vəhdəti, normanın daxili quruluşu, yəni normanın hansı elementlərdən ibarət olduğu və onların bir-birilə necə qarşılıqlı əlaqədə olduğu başa düşülür.

İnzibati hüquq norması üç elementdən - hipoteza, dispozisiya və sanksiyadan ibarətdir.

Dövlət və hüquq nəzəriyyəsi nöqteyi-nəzərindən - hipoteza (ehtimal) - normada əks olunan qaydanı hansı şəraitdə rəhbər tutmağı göstərən hüquq normasının elementidir.

Hipoteza - inzibati hüquq normasının quruluşunun bir elementi kimi o, özündə həmin normanın realizəsinin faktiki şərtlərini əks etdirir, yəni o, özündə bilavasitə təsir etdiyi ictimai münasibətləri əks etdirir və bu təsir də konkret hüquq münasibətini yaradır.

Deməli, inzibati hüquq normaların hipotezasında nəzərdə tutulan şərtlər inzibati hüquq münasibətləri yaradan, dəyişən və ləğv edən hüquqi faktlardır. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamənin 2-ci bəndinə əsasən, ...2. Azərbaycan Respublikasının hər bir vətəndaşı 16 yaşına çatdıqdan sonra... bir ay ərzində Qanunla müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi almalıdır.... Bununla yanaşı, Azərbaycan Respublikasının 14 iyun 1994-cü il tarixli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanununun 1-ci maddəsində deyilir ki: ...hər bir vətəndaş... şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur.... Digər tərəfdən isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, müvafiq polis orqanlarına səlahiyyət verilir ki, şəxsiyyət vəsiqəsini itirmiş şəxsi inzibati məsuliyyətə cəlb etsin. Bu halda vətəndaşın 16 yaşa çatması (hadisə) və şəxsiyyət vəsiqəsinin itirilməsi (hərəkət) hüquqi fakt kimi çıxış edir.

İnzibati hüquq normasının hipotezası mütləq-müəyyən ola bilər, yəni həmin normada qaydanı rəhbər tutmağa əsas verən faktın olmasını dəqiq göstərər. Məsələn, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsi müəyyən edir ki: 15.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.... Lakin hipoteza nisbi müəyyən də ola bilər, yəni o, vəziyyətin ümumi xarakteristikasını verir ki, bu və ya digər vəziyyət yarandıqda müəyyən qaydada hərəkət etmək lazımdır və ya müəyyən hərəkət etmək olar.


Yüklə 70,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin