Plan : GİRİŞ



Yüklə 70,42 Kb.
səhifə4/10
tarix02.01.2022
ölçüsü70,42 Kb.
#34915
1   2   3   4   5   6   7   8   9   10
IH-3

nisbi-müəyyən edilmiş sanksiyalar, bu elə sanksiya-lardır ki, orada tənbehin (cəzanın) aşağı və yuxarı həddi və yaxud ancaq yuxarı həddi müəyyən edilir (məs.: mad.151.1 ... şərti maliyyə vahidi məbləğinin üç mislindən səkkiz mislinədək miqdarda cərimə edilir və ya mad. 151.5 - ... fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır);

  • alternativ sanksiyalarda tənbehin (cəzanın) bir neçə növü göstərilib (məs.: İXM, mad. 296 - Xırda xuliqanlıq, ...şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir, işin hallarına görə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

    İnzibati hüquq sanksiyalar sisteminin xüsusiyyəti - onun çox zəngin inzibati təsir vasitələri ehtiyatına, sanksiyaların növ müxtəlifliyinə malik olması, həmçinin də orqanların və vəzifəli şəxslərin daha məqsədəuyğun və effektli hesab etdikləri təsir tədbirlərinin tətbiqinə qəbul edilmiş hədlərə qədər imkan verilməsini nəzərdə tutur.

    Hüquq norması özünün bilavasitə tənzimləyici funksiyasını (vəzifəsini) onun bütün struktur elementləri olduğu halda yerinə yetirə bilər. Əgər normativ-hüquqi aktların maddələrini təhlil etsək, biz heç də həmişə hüquq normasının hər üç elementini görə bilmərik. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının maddələrində, bir qayda olaraq, hipoteza və dispozisiya olur, sanksiya isə ifadə olunmur. Cinayət qanunvericiliyinin bir sıra maddələrində hipoteza və sanksiya tam həcmdə yazılır, dispozisiya isə ümumi qaydada ifadə olunur. Bu onu göstərir ki, hüquq norması və normativ-hüquqi aktın maddəsi üst-üstə düşmür.

    Hüquq normasının elementləri (hipoteza, dispozisiya, sanksiya) faktiki olaraq, müxtəlif normativ-hüquqi aktların maddələrində ola bilər. Bu, normaların eyni olmayan formalara və ifadə üsullarına malik olması ilə izah olunur. Lakin bu halda da onlar öz məntiqi quruluşlarını itirmirlər.

    Normativ-hüquqi aktın maddəsi dedikdə - hüquq normasının ifadə forması (üsulu) başa düşülür.

    Normativ-hüquqi aktların maddələrində hüquq normalarının aşağıdakı ifadə üsulları mövcuddur:


    • birbaşa ifadə üsulu (maddədə hər üç element mövcuddur);

    • göndərici ifadə üsulu;

    • blanket ifadə üsulu.

    Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, hüquq norması qanunun maddəsi ilə eyni deyil. Hüquq norması məntiqi cəhətdən tamamlanmış davranış qaydasıdır, qanunun maddəsi isə onun ifadə formasıdır.

    İnzibati hüquq normalarında inzibati hüququn tənzimləyici rolu aşağıdakı hallarda özünü göstərir:

    a) inzibati hüquq normaları icra hakimiyyətinin bütün sisteminin və onun ayrı-ayrı hissələrinin təşkili və fəaliyyətini tənzimləmə xarakteri daşıyır;

    b) inzibati hüquq normaları dövlətin mənafeyinə uyğun olan və dövlət idarəetmə sahəsində bilavasitə fəaliyyət göstərən bütün təşkilatların və şəxslərin davranış qaydalarını (variantlarını) müəyyən edir (məs.: şəhər (rayon) icra hakimiyyəti). Lazımi hesab edilən hərəkəti nəzərdə tutur, yəni hansı hərəkətləri etmək olar, hansı hərəkətlərə icazə verilir, hansılardan çəkinmək lazımdır, hansıları qadağan edir, hansıları etmək vacibdir (sərəncam). Davranışa olan idarəçilik təsiri burada açıq şəkildə özünü əks etdirir;

    c) inzibati hüquq normaları dövlət idarəetmə sahəsində fəaliyyət göstərərək, icra hakimiyyəti mexanizminin konstitusion təyinatının səmərəli həyata keçirilməsi təminatı məqsədini daşıyır, yəni Azərbaycan Respublikasının qanunlarına riayət olunması və onların icrasının həyata keçirilməsi. Bununla da onlar vahid dövlət hakimiyyətinin icraedici istiqamətinin mahiyyətini ifadə edirlər;

    ç) inzibati hüquq normaları dövlət idarəetmə sahəsində lazımi sayılan davranışın sərhədini müəyyən edir, dövlət intizamının və qanunçuluq reciminin möhkəmləndirilməsinə xidmət edirlər.



    İnzibati-hüquqi tənzimləmə mexanizmi dedikdə - dövlətin məqsəd və vəzifələrinə müvafiq olaraq dövlət idarəetmə sistemində icra hakimiyyətinin həyata keçirilməsi sahəsində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlərə təsir edən inzibati-hüquqi vasitələr sistemi başa düşülür.

    Ümumi anlayışdan nəticə çıxarmaq olar ki, inzibati-hüquqi tənzimləmənin məzmunu aşağıdakılardan ibarətdir:



    • idarəetmə sahəsində daha məqsədəuyğun münasibətlərin təsis edilməsi və qaydaya salınması;

    • hüquqla tənzimlənən idarəetmə münasibətlərinin mühafizəsi;

    • cəmiyyətin obyektiv inkişaf qanunlarının tələblərinə uyğun olan yeni ictimai münasibətlərin yaradılması və inkişafı;

    • müasir şəraitə uyğun gəlməyən ictimai münasibətlərin dövlət idarəetmə sahəsindən sıxışdırılması (çıxarılması).


    Yüklə 70,42 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin