3
Linkolnun abidə-məbədi, Arlenqton xatirə qəbristanlığı, Mum fıqurları milli tarixi muzey, Milli incəsənət
qalereyası (Ame-rika Luvru), ABŞ Milli Muzeyi, Milli hava uçuşları və
kosmonavtika muzeyi şəhərin
görməli yerlərindəndir.
Nyu-Yorkda
Fransa tərəfindən hədiyyə edilmiş və ABŞ-ın simvoluna çevrilmiş Azadlıq abidəsi
(1886) Manhettenin göydələnləri (onların arasında hündürlüyü 500 m olan Empayr-Steyt-Bildinq (1930-
1931), BMT-nin mənzil-qərargahı burada yerləşir); Rokfeller mərkəzi (1931-1940) - 15 göydələndən
ibarətdir, burada mədəniyyət və ticarət müəssisələri yerləşir. Beynəlxalq ticarət
mərkəzində yerləşən iki
göydələn (1971-1973) 11 sentyabr '2001-ci il tarixdə misli görünməmiş terror aktı nəticəsində dağılmış,
400-dən çox ofisin yerləşdiyi 110 mərtəbəli binaların qalıqları altında minlərlə insan həlak olmuşdur.
Şəhərin əsas teatrlarının yerləşdiyi Taymskver, Linkoln incəsənət mərkəzi,
Metropoliten muzeyi, Müasir
incəsənət muzeyi, Solomon Quqqenheym muzeyi (impressionizmdən müasirliyədək, bədii əsərlər toplusu)
və s. şəhərin görkəmli yerləridir.
ABŞ-da turizm əsasən üç regionda Şimal-Şərq, Florida və Kaliforniya bölgələrində cəmləşmişdir.
Ölkə əhalisinin 40%-i
bu hissədə yerləşən Nyu-York, Pensilvaniya, Virciniya, Men,
Nyu-Hempşir,
Vermont, Massaçusets, Konnektikut,
Rod-Aylend, Nyu-Cersi, Delaver, Merilend və Qərbi Virciniya
ştatlarında yaşayır.
Şimal-Şərq regionu mərkəzi Nyu-York sayılan dar sahil zolağı boyu yerləşən şəhərlər aqlomerasiyalarını
əhatə edir. Bu region rəngarəng turizm ehtiyatları ilə məşhurdur. Buranın
iqlimi yayda dəniz sahili
istirahətin, qışda isə idmanın qış növlərinin təşkili üçün yararlıdır. Şimali Amerika tarixi abidələrlə zəngin
olmasa da, onların çox hissəsi bu regionda yerləşir. Avropadan gələn piliqrimlər Boston yaxınlığında sahilə
çıxmış (1620-ci ildə) və məskən salmışlar. Onların bir neçə evdən ibarət yaşayış binaları indiyədək
saxlanılır. Bir sıra qədim şəhərlərdə küçələr öz ilkin görünüşlərində olduğu kimi saxlanılmışdır. Bu region
öncə Nyu-York olmaqla müasir mədəniyyət və biznes mərkəzi kimi tanınır.
Çimərliklər zolağı şimalda Keyp-Koddan başlayaraq, cənubda Keyp-Xatterasa qədər uzanır. Bu
ərazidə sahillər qumludur. Norfolk və Lonq-Aylend şəhərləri arasında Virciniya-Biç,
Oşn-Siti, Uildud və
Atlantik-Siti kimi kurort şəhərləri şəbəkəsi uzanır. Lonq-Aylenddən şimaldakı sahillər yelkənli qayıqsürmə
idmanı ilə məşğul olmaqüçün çox əlverişlidir. Nyuport rayonunda Nyu-Yorkun varlı sakinlərinin şəxsi
çimərlikləri ilə birgə bahalı və zəngin villaları da yerləşir. Men ştatının sahilləri daşlı-kəsəkli olduğundan
turizm üçün əlverişli deyil. Burada yerləşən Arkadi Milli parkı ölkənin tanınan parkıdır və ildə 4 mln.-a
yaxın qonaq qəbul edir.
Dostları ilə paylaş: