Plan: Amerika regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 75,35 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix16.12.2023
ölçüsü75,35 Kb.
#181656
1   2   3   4   5   6
BTC-movzu16

Vaşinqtonda
Kapitoliya - ABŞ Konqresinin binası (1793-1865). Ağ Ev - ölkə prezidentinin rəsmi 
iqamətgahı (1792-1829), Corc Vaşinqtonun möhtəşəm abidəsi, Yunan üslubunda tikilmiş Avraham 



Linkolnun abidə-məbədi, Arlenqton xatirə qəbristanlığı, Mum fıqurları milli tarixi muzey, Milli incəsənət 
qalereyası (Ame-rika Luvru), ABŞ Milli Muzeyi, Milli hava uçuşları və kosmonavtika muzeyi şəhərin 
görməli yerlərindəndir. 
Nyu-Yorkda
Fransa tərəfindən hədiyyə edilmiş və ABŞ-ın simvoluna çevrilmiş Azadlıq abidəsi 
(1886) Manhettenin göydələnləri (onların arasında hündürlüyü 500 m olan Empayr-Steyt-Bildinq (1930-
1931), BMT-nin mənzil-qərargahı burada yerləşir); Rokfeller mərkəzi (1931-1940) - 15 göydələndən 
ibarətdir, burada mədəniyyət və ticarət müəssisələri yerləşir. Beynəlxalq ticarət mərkəzində yerləşən iki 
göydələn (1971-1973) 11 sentyabr '2001-ci il tarixdə misli görünməmiş terror aktı nəticəsində dağılmış, 
400-dən çox ofisin yerləşdiyi 110 mərtəbəli binaların qalıqları altında minlərlə insan həlak olmuşdur. 
Şəhərin əsas teatrlarının yerləşdiyi Taymskver, Linkoln incəsənət mərkəzi, Metropoliten muzeyi, Müasir 
incəsənət muzeyi, Solomon Quqqenheym muzeyi (impressionizmdən müasirliyədək, bədii əsərlər toplusu) 
və s. şəhərin görkəmli yerləridir. 
ABŞ-da turizm əsasən üç regionda Şimal-Şərq, Florida və Kaliforniya bölgələrində cəmləşmişdir. 
Ölkə əhalisinin 40%-i bu hissədə yerləşən Nyu-York, Pensilvaniya, Virciniya, Men, Nyu-Hempşir
Vermont, Massaçusets, Konnektikut, Rod-Aylend, Nyu-Cersi, Delaver, Merilend və Qərbi Virciniya 
ştatlarında yaşayır. 
Şimal-Şərq regionu mərkəzi Nyu-York sayılan dar sahil zolağı boyu yerləşən şəhərlər aqlomerasiyalarını 
əhatə edir. Bu region rəngarəng turizm ehtiyatları ilə məşhurdur. Buranın iqlimi yayda dəniz sahili 
istirahətin, qışda isə idmanın qış növlərinin təşkili üçün yararlıdır. Şimali Amerika tarixi abidələrlə zəngin 
olmasa da, onların çox hissəsi bu regionda yerləşir. Avropadan gələn piliqrimlər Boston yaxınlığında sahilə 
çıxmış (1620-ci ildə) və məskən salmışlar. Onların bir neçə evdən ibarət yaşayış binaları indiyədək 
saxlanılır. Bir sıra qədim şəhərlərdə küçələr öz ilkin görünüşlərində olduğu kimi saxlanılmışdır. Bu region 
öncə Nyu-York olmaqla müasir mədəniyyət və biznes mərkəzi kimi tanınır. 
Çimərliklər zolağı şimalda Keyp-Koddan başlayaraq, cənubda Keyp-Xatterasa qədər uzanır. Bu 
ərazidə sahillər qumludur. Norfolk və Lonq-Aylend şəhərləri arasında Virciniya-Biç, Oşn-Siti, Uildud və 
Atlantik-Siti kimi kurort şəhərləri şəbəkəsi uzanır. Lonq-Aylenddən şimaldakı sahillər yelkənli qayıqsürmə 
idmanı ilə məşğul olmaqüçün çox əlverişlidir. Nyuport rayonunda Nyu-Yorkun varlı sakinlərinin şəxsi 
çimərlikləri ilə birgə bahalı və zəngin villaları da yerləşir. Men ştatının sahilləri daşlı-kəsəkli olduğundan 
turizm üçün əlverişli deyil. Burada yerləşən Arkadi Milli parkı ölkənin tanınan parkıdır və ildə 4 mln.-a 
yaxın qonaq qəbul edir. 

Yüklə 75,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin