Qum terapiyasının xeyirləri:
• Gərginliyi barmaquclarında, əllərdə və bütün bədəndə azldır.
• Travmanı oynayaraq qəbullanmağa kömək edir
• Mən konsepsiyasının pozitiv inkişafına təsir göstərir
• Qərar və hərəkətlərində daha məsuliyyətli olmağı öyrədir
• Özünü qəbullanmada çox böyük rol oynayır
• İnsanın daha çox özünə güvənməsinə kömək edir
• İdarə etməni asanlaşdırır
• Stressli vəziyyətlərə daha davamlı olmağı öyrədir
• Özünü qiymətləndirməni və özgüvəni inkişaf etdirir
Terapiyalarda xüsusi qabda yerləşdirilmiş, qum və müxtəlif kiçik əşyalar istifadə edilir. Bəzən kinestetik qum da istifadə olunur. Eləcə də uşaqların diqqətin çəkmək üçün qıda boyaları ilə qumu rəngləyə bilərsiz. Əsası isə evdə belə bir şey etmək istəyirsizsə təhlükəsizlik üçün 200 dərəcədə 30dəq peçdə bişirməyiniz lazımdır. Qumu yaş istifadə edəcəksizsə bu zaman suyun süzməsindən qorunmaq üçün əlavə altlıq da istifadə edin. Miniatür oyuncaqlar olmasa da əllərlə qumda işləmək belə sizi və uşağınızı rahatladacaq. xüsusilə uşaqların sensomator və kiçik matorikası üçün çox effektivdir.
Qum terapiyasında yaş həddi: Adətən uşaqlar üçün düşünülsə də böyüklər üçün də çox lazımdır. Sadəcə zövq üçün də yararlı olan bu terapiya şüuraltında qalan problemləri, həyatınızda olan lazımsız həyacanı, ümumilikdə isə daxilinizdəki xaosu aradan qaldırmada əvəzsiz üsuldur. Terapiyada mütəxəssisin rolu demək olar ki, sıfır kimi görünür. Beləki qum terapiyasında onun yeganə edə biləcəyi şey çox vacib olarsa suallar verməkdir. Birbaşa kontaktın olmaması, hər şeyi terapiyaya qatılan şəxsin özünün etməsi onun özünün daxili aləminə səyahətlə nəticələnir. Mütəxəsssiz isə terapiya sonlarında lazım bilərsə keçdiyi yol zamanı çəkdiyi şəkillərin vasitəsilə izah verir.
Qum terapiyasının tarixi: 1920-ci illərdən istifadə olunmağa başlayıb. Bu terapiyada oyuncaqlar və miniatürlər Anna Freyd, Erik Erikson tərəfindən yayqınlaşdı. Yung tərəfindən texnikası hazırlanmış olan bu terapiyada “arxaik uşağı” üzə çıxarmaq və onun vasitəsilə insanın özünü anlamasına kömək etmək idi. “Qum terapiyası”-nın müəllifi isə Dora Kalff sayılır. Onun fikrində qum terapiyası insanın daxilini 3D şəklində görməyə kömək edir. “Sandplay”kitabında praktikada olmuş müxtəlif hadisələri qələmə alıb.
Dostları ilə paylaş: |