Plan: Avropada beynəlxalq turizmin inkişafını şərtləndirən amillər hansılardır?



Yüklə 45,42 Kb.
səhifə17/22
tarix02.01.2022
ölçüsü45,42 Kb.
#34726
1   ...   14   15   16   17   18   19   20   21   22
BTC-movzu2

Laplandiya turizm bölgəsi. Laplandiya ildən - ilə Finlandiyanın daha tanınmış turizm mərkəzlərindən birinə çevrilir. Laplandiya 4 ölkənin (Rusiya, Finlandiya, İsveç və Norveç) ərazisində yerləşməsinə baxmayaraq, bütün dünyada qış turizmi mərkəzi kimi əsasən Finlandiya Laplandiyası tanınır. Sərt iqlimi ilə seçilən bu ərazidə tempratur qış vaxtı -50 dərəcəyə qədər düşür, relyefi, iqlimi və infrasturkturu buranı universal qış kurortuna çevirir. Turistlərin ən çox üstünlük verdikləri turizm növləri- dağ-xizək turizmi və ailə turizmidir. Ailəli turistlər üçün daha çox “yeni il” əyləncələri maraqlıdır. Dağ-xizək mövsümü noyabr-may arası davam edir. Bura əsl ekstrim, ekzotik və aktiv turizm mərkəzidir. Turizm burada mövsümi olduğundan hər vasitə ilə gələn turistləri maraqlandırıb, fərqli təkliflərlə saxlamağa çalışırlar. Məsələn buz üzərində balıq ovu, qütb parıltısını izləmə, yerli əhalinin mədəniyyəti və həyat tərzi ilə tanış olma və s. aiddir. Burada hətta qış bayramı Yeni il daha uzun müddətli qeyd edilir. Əsas səbəb çinlilərin Yeni ilinin gec başlamasını hədəf alaraq onları ölkəyə cəlb etməkdir. Laplandiyanın mərkəzi Rovaniemi şəhəridir. Bura ailəvi turistlərin gəldiyi əsas mərkəzdir. Şəhərin ən məşhur muzeyi “Arktikum”dur. Burada küllü miqdarda Laplandiyanın tarixi, saamilər və onların mədəniyyəti haqqında küllü miqdarda eksponatlar, sənəd və şəkillər toplanmışdır. Şəhərdən 8 km məsafədə Santa-Klausun mənzil qərargahı və Santa parkı yerləşir. Qış mövsümündə turistlər bu əraziyə xizək yürüşlərində iştirak etmək üçün gəlirlər. Yay mövsümündə isə Laplandiya şimal təbiətini və balıq ovunu sevənləri cəlb edir.

Danimarka. Danimarka Avropa, Skandinaviya və Baltik regionun qovşağında yerləşir. Paytaxtı – Kopenhagen şəhəri dünyanın ən böyük dəniz və hava limanı mərkəzidir. Danimarka yeganə Skandinaviya ölkəsidir ki, Avropa ilə təbii sərhədə (Yutlandiya yarımadası) malikdir ki, bu da turistlərə həm hava, həm də quru yolla bura gəlmək imkanı verir. Danimarka 2015-ci ildə 10.4 mln. nəfər turist qəbul etmiş, turizmdən əldə etdiyi gəlir isə təxminən 6.7 mlrd. ABŞ dolları təşkil etmişdir.

Danimarkanın əsas turizm mərkəzləri paytaxt Kopenhagen və Zelandiya adası, Bornholm, Fyun və Yutlandiya yarımadasıdır.




Yüklə 45,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin