Fyordlar turizm bölgəsi. Bu bölgə əcnəbi və daxili turistlərin ən çox toplaşdığı mərkəzlərdəndir. Norveç dənizi sahilləri fyordlarla zəngindir. Lakin, daha mənzərəli və asan keçilə bilənləri Stavangerdən Kristiansuna qədər olan ərazidədir. Norveç fyordlarını görənlərin böyük əksəriyyətinin fikrincə ölkənin ən mənzərəli fyordu, sahilləri alma bağları ilə örtülü olan Hardangerdir. Hardangerdin mənzərəli sahillərində və ona bitişik dağlıq ərazidə Voss, Ulvik, Hinsarvik, Olvik kimi müasir təlabatlara cavab verən dağ-idman kurortları yerləşir.