Plan: Avropada beynəlxalq turizmin inkişafını şərtləndirən amillər hansılardır?


Ölkənin şimal bölgələri turizm bölgəsi



Yüklə 45,42 Kb.
səhifə13/22
tarix02.01.2022
ölçüsü45,42 Kb.
#34726
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
BTC-movzu2

Ölkənin şimal bölgələri turizm bölgəsi. Sərt təbiəti ilə cəlbedici olmaqla yanaşı dağ-xizək idmanı və balıq ovu üçün əlverişli bölgədir. Ölkənin şimalında əcnəbi və daxili turistlərin toplaşdıqları əsas mərkəzlər - Budö, Narvik, Hammerfest, Kirkenes kimi port şəhərləridir.

Şərqi Vadi meşə turizm bölgəsi. Ölkənin iri turist regionlarından biridir. Norveçin mehmanxana biznesinin yaşayış fondunun 30 faizə qədəri burada cəmləşmişdir. Yaşayış fondunun 10 faizi isə digər məşhur turist regionunda - Bergen şəhəri ətrafındadır. Tronheym şəhərində isə ölkənin yaşayış fondunun 7,4 faizi yerləşir.

Finlandiya. Şimali Avropada yerləşmiş Finlandiya cənubda və şərqdə Rusiya, şimalda Norveç, qərbdə İsveçlə həmsərhəddir. Qərbdə Fin körfəzinə çıxışı var. Ölkə ərazisinin üçdə biri Qütb dairəsi hüdudlarındadır. Finlandiyanın tərkibinə daxil olan Aland adaları xüsusi siyasi-inzibati vahid statusuna malikdir. Əhalinin böyük əksəriyyəti cənub-qərb bölgəsində məskunlaşmışdır. Ölkənin relyefində təpəlik ərazilər üstünlük təşkil edir. Ucqar şimalda əraziyə Skandinaviya dağları daxil olur.

Finlandiyanı meşə, göl və bataqlıqlar ölkəsi adlandırırlar. Ərazinin təxminən 70%-i meşə ilə örtülüdür. 60 mindən artıq olan göllər ölkə ərazisinin təxminən onda birini tutur. Göllər suyunun şəffaflığı və bol balıq ehtiyatı ilə seçilirlər.

Atlantik Okeanın Holfstrim mülayim cərəyanı ölkənin kontinental iqlimini bir qədər yumşaldır. Skandinaviya dağları isə onu Arktikanın soyuq küləklərindən qoruyur.

Finlandiya inkişaf etmiş bazar iqtisadiyyatına malik sənaye ölkəsidir. Finlandiyanın daxili və xarici turizmində, İsveçdəki analoji vəziyyət müşahidə edilir. Yəni, ölkəyə gələn əcnəbi turistlər əsasən paytaxta – Helsinkiyə üstünlük verirlər. Daxili turistlərin üçdə biri fin göllərinin sahillərində istirahətə üstünlük verirlər. Fin turistlərin digər qismi isə şimaldakı ərazilərə, daha dəqiq desək, Laplandiyaya gedirlər. Fin turistlərinin böyük hissəsi qonşu Skandinaviya ölkələrinə səyahət edir. Digər ölkələrdən – Estoniya, Rusiya, Aralıq dənizi sahilləri, Kanar adaları, həmçinin Qərbi Avropaya səfərlər olunur. Finlandiya 2015-ci ildə 2.6 mln. nəfər turist qəbul etmiş, turizmdən əldə etdiyi gəlir isə 2.8 mlrd. ABŞ dolları təşkil etmişdir.



Finlandiya əsas turizm yollarından kənarda qalan ölkələrdəndir. Ona görə də 20-25 il öncə bu ölkənin turizm ehtiyatları, təbiətinin gözəlliyi və özünəməxsus xüsusiyyətləri haqqında informasiya çox bəsit idi. Finlandiyanın turizm mərkəzləri: Helsinki, Turku, Tampere, Lahti və Hyamenlinnadır. Turistlərin əsas toplanış bölgələri - Sayma gölü və Laplandiya tarixi - coğrafı əyalətidir.


Yüklə 45,42 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin