Botnik körfəzi və Baltik dənizi sahilləri turizm bölgəsi. Bu bölgə İsveçin daxili turizm zonasıdır. Stokholmdan şimala bütöv zolaq şəklində (100 km) qumlu çimərliklər uzanır; bu istirahət zonası ən müasir yerləşdirmə vasitələri, yeyinti müəssisələri, əyləncə mərkəzləri və idman tikililəri ilə təchiz olunmuşdur. Daha şimalda, Botnik körfəzi sahillərində isə çoxsaylı kurortlar yerləşir. Bu kurortlar arasında Evle, Ala, Hudiksvall, Sundsvall, Kernosand xüsusi ilə fərqlənir. Ölkə paytaxtından cənubda, Baltik dənizi sahillərində Okselosund, Qamlebü, Karlskruna kimi məşhur kurortlar vardır.