Plan: Avropada beynəlxalq turizmin inkişafını şərtləndirən amillər hansılardır?



Yüklə 45,42 Kb.
səhifə3/22
tarix02.01.2022
ölçüsü45,42 Kb.
#34726
1   2   3   4   5   6   7   8   9   ...   22
BTC-movzu2

Stokholm turizm bölgəsi. İsveçin paytaxtı olan Stokholm, Botnik körfəzinin qayalıq sahilində, bir-biri ilə körpülərlə birləşən çoxsaylı adalarda yerləşir. Stokholm, iri beynəlxalq dəniz, dəmir və hava magistralları qovşağıdır. Şəhər, tarixi-memarlıq abidələri, muzeyləri, teatrları, rəsm qalareyaları ilə çoxsaylı turistlərin diqqətini cəlb edir. Üzərində kilsə qüllələri ucalan sərt formalı binalar, Stokholmun özünəməxsus memarlıq simasını müəyyənləşdirir. Stokholmun tarixi özəyi olan Staden adası şəhərin digər rayonları ilə körpülər vasitəsilə birləşir.

Burada yerləşən əzəmətli Kral sarayı turistlərin marağına səbəb olur. Stadenin yaxınlığındakı adada İsveç parlamentinin binası yerləşir. Şəhərin digər görkəmli yerlərindən, tikintisi 1923-cü ildə başa çatmış möhtəşəm Ratuşa binasını, Kral sarayını, XIII əsrə aid Böyük kilsəni, Cəngavər evini, Birja binasını, Milli muzeyi, Opera teatrının binasını, Kral stadionunu, Konsert evini qeyd etmək olar. Stokholmda İsveç Elmlər Akademiyası, Mühəndis Elmləri Akademiyası, Universitet, Nobel institutu, digər elm və tədris müəssisələri yerləşir. Kral kitabxanasında 1 mln.-dan artıq kitab nüsxəsi vardır.

Stokholmun muzeyləri arasında Dövlət, Dəniz tarixi, Milli, Şimal, Tarix-etnoqrafıya muzeyləri daha diqqətəlayiqdir. Açıq səma altında yerləşən və müxtəlif dövrlərə aid İsveç yaşayış tikililəri toplanmış Sansen muzeyi və Millesin heykəlləri toplusundan ibarət olan Millesqorden muzeyini xüsusilə qeyd etmək lazımdır. Kral opera və dram teatrları Stokholmun məşhur teatrlarıdır.

Stokholmun yaxınlığında yerləşən yüzlərlə kiçik adalar tozağacı meşələri ilə örtülmüşdür. Yusteryö və Urnyö adaları turistlər arasında daha məşhurdur. Stokholmun sakinlərinin əksəriyyəti öz istirahət günlərini və məzuniyyətlərini burada keçirirlər. Bu adalarda çoxlu miqdarda yay tipli evlər və komalar tikilmişdir. Yay aylarında ətraf çəmənliklərdə əlavə olaraq çoxlu turist çadırları da qurulur.

Stokholmdan 70 km şimalda, ölkənin qədim mədəniyyət mərkəzi - Upsala şəhəri yerləşir. Şəhərin tarixi-mədəniyyət abidələri arasında XIII-XV əsrlərdə tikilmiş, İsveç qotikasının görkəmli nümunələrindən olan kilsə xüsusilə seçilir. Şəhərdə, əsası 1477-ci ildə qoyulmuş universitet və XVIII əsrin görkəmli təbiətşünası Karl Linneyin muzeyi fəaliyyət göstərir.


Yüklə 45,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin