Plan: Fənnin məqsədi və vəzifələri



Yüklə 109,3 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix16.12.2023
ölçüsü109,3 Kb.
#181499
1   2   3   4   5   6   7   8   9
BTC-movzu1

1.
 
Avropa – Qərbi Avropa, Şimali Avropa, Cənubi Avropa, Mərkəzi Avropa, Şərqi Avropa və eyni 
zamanda SSSR-nin tərkibinə daxil olan keçmiş respublikalar, Aralıq dənizinin şərqində yerləşən 
İsrail, Türkiyə, Kipr 
2.
 
Amerika - Şimali Amerika, Cənubi Amerika, Mərkəzi Amerika, ada dövlətlər və Karib dənizi 
hövzəsi əraziləri
 
3.
 
Asiya və Sakit okean regionu – Şərqi Asiya, Cənub-Şərqi Asiya, Cənubi Asiya, Avstraliya və 
Okeaniya (Malayziya, Sinqapur, Syanqan (Honkonq), Tailand, Makao, İndoneziya, Koreya Res.) 
 
4.
 
Afrika – Afrika ölkələri (Misir və Liviyadan başqa)
 
5.
 
Yaxın Şərq – Qərbi Asiya, Cənub-Qərbi Asiya ölkələri, Misir və Liviya
 
 
Turist tələbatının struktur dəyişikliklərinin təmayülləri 
Turizm bütün dünyada inkişaf etsə də, müxtəlif regionlar üzrə onun inkişaf səviyyəsi eyni deyil. 
Avropa və Şimali Amerika ölkələri, xarici turistlərin qəbulu və öz vətəndaşlarının xaricə səfərlərə 
göndərilməsi üzrə aparıcı mövqe tutduqlarından Şimali Afrika və Asiya ölkələri, Aralıq dənizi hövzəsindəki 
Cənubi Avropa ölkələrinin əsas rəqibinə çevrilirlər. İnkişaf etmiş sənaye ölkələrində beynəlxalq turizmin 



üçdə iki hissəsini regiondaxili səyahətlər təşkil edir. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində isə 
əksinə. Bu, onunla izah olunur ki, Avropa və Şimali Amerika ölkələrində turist mübadiləsi, əsasən qonşu 
ölkələr arasında baş verir.
Turizmin inkişafı üçün şəhər əhalisinin artımının böyük əhəmiyyəti vardır, belə ki, bütün dünyada 
turist səfərlərinin sayının artmasının ilkin şərtlərindən biri də sənayeləşmədir. Şəhər əhalisinin artımı həm 
daxili, həm də beynəlxalq turizmin artmasına kömək edir. Turist təlabatı strukturunun dəyişilməsi, turist 
xidmətlərində təklifin dəyişməsinə səbəb olur. Qrup halında turist səfərlərinin sayı artmaqdadır. Çünki bu 
cür səfərlər zamanı mehmanxana müəssisələrinin rəhbərliyi tərəfindən qrupların qəbulu zamanı həm 
gecələmək, həm də nəqliyyata güzəştli tarif qiymətlərinin tətbiqi nəticəsində turların ümumi qiymətlərini 
endirmək mümkün olur. 
Müasir nəqliyyat vasitələrinin sürətli inkişafı və insanların xeyli hissəsinin dünyanın ucqar və ekzotik 
guşələrinə səfər etmək səyləri, qitələrarası əlaqələrin artmasına səbəb olmuşdur. Səyahət və istirahət üçün 
rayonun seçimində ―antipodluq‖ təmayülü güclü surətdə müşahidə edilir. Şimallıların əksəriyyəti cənuba, 
cənublular isə şimala gedirlər; düzənlik ərazilərdə yaşayanlar dağlara, dağlıq ərazilərdə yaşayanlar isə 
düzənlik yerlərə üstünlük verirlər.
İsti dənizlərin sahillərində kurortları olmayan inkişaf etmiş ölkələrdən, kurortların olduğu ölkə və 
bölgələrə turist axınının güclənməsi təmayülü davam edir. Turistlərin eyni bir yerdə qalma müddətinin 
azalması da müşahidə edilir. Bu, səyahətçilərin özlərinin daha çox ölkə və şəhərlərdə olmaq 
təşəbbüslərindən irəli gəlir.

Yüklə 109,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin