Plan: Fənnin məqsədi və vəzifələri



Yüklə 109,3 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix16.12.2023
ölçüsü109,3 Kb.
#181499
1   2   3   4   5   6   7   8   9
BTC-movzu1

əngəl törədən amillər
üzərində də dayanmaq lazımdır. İqtisadi böhranlar, inflyasiyalar, 
işsizliyin artması, mal tədavülü şərtlərinin pozulması, təbii və əmək ehtiyatlarından istifadənin düzgün 
planlaşdırılmaması belə amillərdəndir. Turizmin artımı, əhalinin xərclərində struktur irəliləyişlərin 
təzahürüdür və fərdi tələbatın ümumi dinamikasından birbaşa asılıdır. İnflyasiyanın artımı bir sıra hallarda, 
məsələn valyuta dəyişmə kurslarının sərfəli olduğu ölkələrə turist səfələrinin çoxalmasına səbəb olan amil 



ola bilər. Beləliklə, turizm iqtisadi böhranın təsirini, digər iqtisadi əlaqələrə nisbətən daha az hiss edir, 
inflyasiya isə müəyyən qısa dövr ərzində onun inkişafına mane ola bilər.
Coğrafi araşdırma, turizmə müxtəlif yollarla dəstək olur. Bu məkandakı müxtəlif coğrafi yerlərin 
(sahillərin, dağların, tarixi yerlər və s.) turizm baxımından müəyyən edilməsi və dəyərləndirilməsi əsas 
şərtlərdəndir. Bu coğrafı mənbələr sayəsində turizmin inkişaf edə biləcəyi regionlar müəyyən edilir, bunları 
müəyyən edən coğrafi araşdırma turizm tədqiqatlarına təməl qoyur. Turizmin dinamik ünsürü olan çıxış və 
gediş yerləri arasındakı səyahətin həcmi haqqında təxminlər etmək də coğrafı araşdırmanın bir başqa 
mühüm sahəsidir. Robinsona görə (1976) turizm, 
"praktiki coğrafiya"
nın bir sahəsidir və bunun yuxarıda 
sadalanan əlaqələrlə bağlı bir neçə səbəbi vardır. 
1.
Müasir coğrafiyanın tərifi necə verilsə də, xüsusilə müxtəlif hadisələrin yerləşməsi, məkan 
paylanmaları və əsas əlaqələri üzərində dayanır. Turizm də məkan şərtləri ilə son dərəcə əlaqəlidir. Məkan 
fərqlilikləri olmasaydı turizm deyilən hadisə də meydana gəlməyəcəkdi. Məşhur coğrafiyaçı Lean Gottman 
deyib: "Dünya bir basketbol topu kimi dümdüz bir sahəyə sahib olsaydı, coğrafiya deyə bir elm sahəsi 
mövcud olmayacaqdı. " 
2.
Turizm məkandan istifadə edərkən bir-birinə zidd olan iki coğrafi görünüş yaranır ki, bu məsələnin 
tarazlaşdırılmasında coğrafiyanın çox böyük rolu vardır. Belə ki, turizm ərazidən istifadə zamanı həm "yerli 
parklar", "təbii qoruma əraziləri" və s. kimi yollarla sıxlaşmadan qaçır, həm də otellər və s. kimi tikililərlə 
sıxlaşmanı artırır. Müəyyən ərazi üzərində yaranan bu ziddiyyətlərin tarazlaşdırılmasında coğrafi 
araşdırmanın çox böyük rolu vardır. 
3.
Turizmin, inkişaf etdiyi sahələrdəki demoqrafik quruluş üzərində də böyük təsiri vardır. Turizmin 
inkişafı, çox sayda insanın daha əvvəl heç istifadə edilməyən dağlıq sahələr, soyuq regionlar, çöl sahələri və 
s. kimi yerlərə getməsinə səbəb olur. Turizm yolu ilə inkişaf, bu cür regionların daha yaxşı şərtlərə sahib 
regionlarla rəqabət edə bilməyərək əhali azalmasına başladıqları zamanda meydana gəlirsə, bu 
məskunlaşmalar iqtisadi böhrandan və əhali azalmasından azad olmaqdadır. Turizm, sahillərdə yer alan 
balıqçı qəsəbələrinə, dağlardakı mədənçi məskunlaşmalarına da təzədən əhəmiyyət qazandırıb inkişaf etdirir. 
Məskunlaşmaların inkişaf mərhələlərini və səbəblərini izləmək də, demək olar ki, sosial coğrafiyanın əsas 
mövzularından biridir. 
4.
Turizm, gəlir paylanmasındakı məkan fərqliliklərini aradan qaldırmaq imkanına malikdir. Turizm 
ticarət fəaliyyəti olduğundan həm də iqtisadi coğrafiyanın mövzusudur. O məşğuliyyət yaradaraq "çoxaldıcı 
təsirə"
 
malikdir. Misal üçün bir otelin işləməsi üçün bir-biri ilə bağlı bir sıra iş imkanları birlikdə fəaliyyət 
göstərir. ÜTT-nin məlumatına görə 1988 - ci ildə bu sahədə 190 mln. nəfər, 1996-cı ildə 255 mln. nəfər 
məşğul olmuşdur. Nəticədə, turizm sahəsinda çalışanların sayı 400 mln. nəfərdan çoxdur. 
5.
Beynəlxalq ticarətdə və ölkə iqtisadiyyatında istifadə olunan ixracat və idxalat ünsürləri beynəlxalq 
turizmdə başqa sözlərlə ifadə olunur. Çünki turizmdə mövcud məhsul birbaşa olaraq istehlakçıya təqdim 
olunur. 
Dünyanın turizmin daha çox inkişaf etdiyi ölkələrində turistlərin sayı əhalisinin sayından çoxdur. 
Məsələn, Fransa (59 mln. əhali — 84 mln. turist), Honq Konq (6 mln əhali — 26 mln. turist), Avstriya (8 
mln əhali — 28 mln. turist). Hətta dünyanın kiçik ölkələrində, xüsusilə ada ölkələrində turistlərin sayı ölkə 
əhalisinin sayını qat-qat keçməklə, ərazi üçün həyati əhəmiyyət kəsb edir.
6. Beynəlxalq turizmin inkişafı ölkənin yerli mədəniyyətinə müsbət və ya mənfi təsirlər göstərə bilər. 
Bu da sosial coğrafıyanın mövzuları arasındadır. 
İkinci Dünya Müharibəsindən sоnra 

Yüklə 109,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin