4
üçün mühüm maddi zəmin оlmuşdur. Həyat səviyyəsinin yüksək оlması nəticə etibarı ilə əhalinin оrta
təbəqəsinin kütləvi turizmə cəlb edilməsinə gətirib çıхarır.
Beynəlxalq turizmə təsir göstərən
siyasi amillər
arasında ―eksportyor‖ (turist göndərən) və
―importyor‖ (turist qəbul edən) ölkələrinin daxili siyasi vəziyyətini və beynəlxalq turizmin bu amillərdən
asılılığını, ölkələrarası münasibətləri və bu münasibətlərin turizm əlaqələrinə təsirini, turist göndərilməsi ilə
məşğul olan ölkələrin yerləşdiyi rayonlarda və turist marşrutlarının keçdiyi bölgələrdə siyasi vəziyyəti qeyd
etmək lazımdır. İnkişaf etmiş sənaye ölkələrində baş verən iqtisadi sarsıntılar, beynəlxalq turizmə mənfi
təsir göstərir. Valyutanın səbatsızlığı həm turist göndərən, həm də qəbul edən ölkələri qorxuya salır, turist
təşkilatları arasındakı hesablaşmalara qarışıqlıq gətirir və s. Amma bir sıra ölkələrin milli valyutalarının
devalvasiyası (qiymətdən düşməsi) nəticəsində yeni puldəyişmə kursunun əvvəlkindən sərfəli olması, həmin
ölkələrdə turist axınının güclənməsinə də səbəb ola bilər.
Qəbul edən ölkənin daxili siyasi vəziyyətində stabilliyin möhkəm olması bir qayda olaraq, turist
axını üçün əlverişli şərait yaradır, gərgin vəziyyət isə, əksinə, bu axının qarşısını alır. Bu, bir tərəfdən
istirahətə gedən turistlərin xarici ölkədə siyasi böhranlar və gözlənilən silahlı toqquşmalar zamanı
təhlükələrdən uzaq olmaq istəyi, digər tərəfdən isə, belə ölkənin hakimiyyət dairələrinin qonaqların
qorunması üçün öz üzərinə əlavə məsuliyyət götürmək istəmədiyini, həmçinin ―xarici şahidlərin‖
arzuolunmazlığı ilə izah edilir.
Ölkələr arasında turist mübadiləsi həmin ölkələrin qarşılıqlı münasibətlərindən çox asılıdır. Normal
diplomatik münasibətlər, turizm barədə saziş və müqavilələrin olması, kommunikasiya və nəqliyyat
vasitələrindən birgə istifadə, turist reklamı mübadiləsi – bütün bunlar ölkələr arasında turist axınının
güclənməsinə səbəb olur.
Silahlı münaqişələrdə iştirak edən, хüsusilə də təcavüzə məruz qalan ölkələr, nəinki əcnəbilərin
ölkədə nоrmal şəraitdə səyahətini təşkil edə bilir, hətta оnların təhlükəsizliyinə də zəmanət verə bilmirlər.
Оna görə də, "planetin qaynar nöqtələri" praktiki оlaraq, beynəlхalq turizm hərəkatından kənarda qalırlar.
Dostları ilə paylaş: