Nefelometriya. Kobud dispers sistemlərdən: suspenziya, emulsiya və digər asılqanlardan işıq şüası keçdikdə onun bir hissəsi yan səpələnməyə məruz qalır, digər hissəsi isə asılqandan keçir. Yan səpələnmənin nəticəsi olaraq belə sistemlər bulanıq görünürlər. Asılqan hissəciklərin sayı (qatılığı) nə qədər çox olarsa, keçən şüanın intensivliyi bir o qədər az olar. Səpələnən və ya keçən şüanın intnsivliyinin asılqan hissəciklərinin sayından asılılığına əsaslanan miqdari analiz metodları uyğun olaraq nefelometrik və turbidimetrik metodlar adlanır.
Nefelometrik metod.Analizin nefelometrik metodu asılqan hissəciklər tərəfindən səpələnən işığın intensivliyinin ölçülməsinə əsaslanır. Səpələnən işığın intensivliyinin asılqan hissəciklərin sayından asılılığı Reley tənliyinə tabedir:
(1)
Burada, In və I0 – səpələnən və düşən işığın intensivliyi, n1 və n2 hissəciklərin və mühitin sındırma əmsalı, N – işıqsəpələyən hissəciklərin ümumi sayı, 𝜗 – bir hissəciyin həcmi, λ – düşən işığın dalğa uzunluğu, r – səpələnən işığın qəbulediciyə qədər olan məsafəsi, β – düşən və səpələnən işıq arasındakı bucaqdır.
Analiz şəraitində n1, n2, r və β sabit kəmiyyətlər olduğundan, onların səpələnən işığın intensivliyinə təsirini sabit bir kəmiyyətlə göstərə bilərik. Bu kəmiyyət K ilə işarə etsək yaza bilərik:
(2)
olar. Kobud disers sistemlərin alınmasında lazım olan şəraitin düzgün aparılması şərti daxilində hissəciklərtəxminən eyni ölçülü olurlar. Bununla əlaqədar qatılığı sistemin vahid həcmində hissəcikərin sayı ilə ifadə etmək olar:
(3)
Burada, V – suspenziyanın həcmi, NA – Avoqadro ədədidir.
(3) ifadəsindəki N – in qiymətini (2) formulunda yerinə yazsaq alarıq:
(4)
V, 𝜗 və λ – nın sabitliyi şərtidir.
(5)
və ya
(6)
yaza bilərik. (6) tənliyi göstərir ki, səpələnən işığın intensivliyinin düşən şüanın intensivliyinə olan nisbəti asılqan hissəciklərin qatılıı ilə düz mütənasibdir. Odur ki, In/I0 nisbətinin qatılıqdan asılılığı dərəcələnmiş qrafik adlanan düz xətlə ifadə olunur.
Dərəcələnmiş qrafik metodundan istifadə edərək təyin olunan maddənin qatılığını müəyyən edirlər. nefelometrik ölçmələr adətən nefelometr adlanan cihazlarda aparılır.