«İstehsal ləvazimatları». Bu qrupa istehsal əməliyyatlarının icrasını asanlaşdıran istehsal təyinatlı əşyalar – iş masaları, stendlər, piştaxtalar və habelə fəhlələrin əmək təhlükəsizliyini tə-min edən başqa vasitələr, məsələn, dəzgahların aralarına çəkilən çəpərlər aiddir. Bundan əlavə, həmin qrupa duru və dənəvər maddə və materialların qorunması üçün istifadə olunan çəllək və baklar, şkaflar və habelə inventarlar daxil edilir.
«Təsərrüfat inventarları».Bu qrupa dəftərxana mebeli (stollar, şkaflar, divanlar), yazı makinaları, odadavamlı şkaflar, xalçalar, yanğından mühafizə əşyaları və s. aiddir.