3. Əsas fondlardan istifadə göstəriciləri
İstehsal firması və ya müəssisənin iqtisadi inkişafına və onun maddi-texniki bazasının möh-kəmləndirilməsinə əsas fondların yalnız geniş təkrar istehsalı ilə deyil, həm də mövcud əsas fondlardan istifadə səmərəliliyini yüksəltməklə nail olmaq mümkündür. İstehsal əsas fondların-dan istifadə edilməsinin səmərəliliyi bir sıra göstəricilərlə xarakterizə olunur. Bu göstəricilər ümumiləşdirici (iqtisadi) və xüsusi (texniki və texniki-iqtisadi) göstəricilərə bölünür.
Firmaların istehsal əsas fondlarından istifadəni səciyyələndirən iqtisadi (ümumiləşdirici) göstəriciləri bir çox texniki-təşkilati və iqtisadi amillərdən asılıdır və əsas fondlardan istifadənin son nəticəsini xarakterizə edir. Buraya fondverimi və fondtutumu göstəriciləri aid olunur.
Firma üzrə fondverimi həcm göstəricilərindən birinin – əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondlarının orta illik dəyərinə nisbəti kimi müəyyən edilir və bu, əsas fondların bir manatına düşən məhsul buraxılışını özündə əks etdirir. Fondverimi nə qədər yüksək olarsa, əsas fondlardan bir o qədər yaxşı istifadə olunar. Fondverimi (Fv) göstəricisi aşağıdakı düsturla hesablanır:
F(v) = V/F(əs)
Burada, V – il ərzində istehsal edilən məhsulun dəyəri, manatla;
Fəs – istehsal əsas fondlarının orta illik dəyəri, manatla.
Dostları ilə paylaş: |