F(v)= V/F(əs) Ə(m)= V/İ F(s)= F(əs)/ İ
Burada, Əm – əmək məhsudarlığı;
Fs – əməyin fondla silahlılığı;
İ – fəhlələrin sayı;
V – məhsulun həcmi.
Gətirilən düsturlardan görünür ki, hər 3 göstəricini biri-birilə bağlayan, onlar arasında əlaqə yaradan istehsal amili daha doğrusu bu amilin kəmiyyəti dayanır: fondverimi ilə (Fv) əmək məhsuldarlığı (Əm) üçün ortaq məhsulun həcmi, əmək məhsuldarlığı (Əm) ilə fondsilahlılığı (Fs) arasında işçilərin sayı və, nəhayət, fondverimi ilə (Fv) fondsilahlılığı (Fs) arasında isə əsas fondların dəyəridir.
Əgər əmək məhsuldarlığı fəaliyyətin nəticəsidirsə, səmərəsidirsə, əməyin fondla silahlılığı nəticənin əlaqədar olduğu xərcdir; onların müqayisəsi isə səmərəlilikdir.
Deməli, yuxarıda qeyd edildiyi kimi, fondveriminin artması əmək məhsuldarlığı ilə əməyin fondla silahlılığının nisbətindən asılıdır: əmək məhsuldarlılığının əməyin fondla silahlılığına nisbətən üstünlüklə artması əsas fondlardan istifadə səviyyəsini (fondverimini) yüksəldir.
İstehsal əsas fondlarından, daha doğrusu, onun aktiv hissəsi olan istehsal avadanlıqlarından istifadə edilməsinin səmərəliliyini xarakterizə edən xüsusi (texniki) göstəricilər müxtəlif amillərdən, məsələn, vaxtdan, gücdən (vaxt vahidinə), təzələnmə dərəcəsindən və s. asılı olaraq əsas fondlardan istifadə səviyyəsini xarakterizə edir.
Avadanlığın ekstensiv yüklənməsi əmsalı (Kekst) ondan vaxta görə istifadə səviyyəsini xarakterizə edir və eynitipli avadanlığın hər bir qrupu üzrə aşağıdakı düsturla müəyyən olunur:
K(ekst)= F(f.v)/ F(n)
Burada, Ff⋅v – avadanlığın faktiki iş vaxtı, saatla;
Fn – avadanlıqdan mümkün istifadə vaxtıdır (rejim, plan və ya həqiqi vaxt fondu), saatla.
Avadanlıqdan vaxta görə (ekstensiv) istifadənin digər mühüm göstəricilərindən biri də növbəlilik əmsalıdır. Avadanlığın işinin faktiki növbəlililk əmsalı gün (sutka) ərzində müəssisənin, sexin avadanlıqları tərəfindən işlənmiş dəzgah-növbələrin sayının qurulmış avadanlıqların sayına nisbəti kimi müəyyən edilir:
K(növ)= ( h1+h2+h3)/S(ü)
Burada, h1,h2,h3 – I, II, III növbələrdə faktiki işlənmiş dəzgah-növbələrin sayı;
Sü – müəssisədə, sexdə qurulmuş avadanlıqların ümumi miqdarıdır.
Növbəlilik əmsalı avadanlıqlardan gücə görə istifadə səviyyəsi haqqında təsəvvür yarada bilmir. Bütün növbə boyu işləyən avadanlığın texniki gücündən necə istifadə edilməsini növbəlilik əmsalı ilə öyrənmək mümkün deyil, çünki həmin göstərici avadanlığın yalnız vaxtından istifadəni xarakterizə edir. Belə bir çatışmamazlığa baxmayaraq, növbəlilik əmsalının vaxtaşırı hesablanması və təhlili avadanlıqlardan vaxta görə istifadə prosesini idarə etmək üçün çox vacibdir.
Maşın və avadanlığın güclərinə və məhsuldarlığına görə istifadə səviyyəsi intensiv istifadə əmsalı (Kint) adlanan xüsusi (texniki) göstərici ilə xarakterizə olunur ki, bu da aşağıdakı düsturla hesablanır:
K(int)= t(vn)/ t(f)
Burada, tvn – məhsul (iş) vahidi üçün texniki cəhətdən əsaslandırılımş vaxt norması;
tf – məhsul (iş) vahidinin hazırlanması üçün faktiki sərf olunmuş vaxtdır.
Dostları ilə paylaş: |