Plan: GİRİŞ İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və təsnifatı


Əsas fondların qalıq dəyərinə görə qiymətləndirilməsində



Yüklə 1,38 Mb.
səhifə16/23
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#43389
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
Istehsal fondlari

Əsas fondların qalıq dəyərinə görə qiymətləndirilməsində məqsəd onun istehsal prosesi zamanı hələ məhsul üzərinə keçirmədiyi dəyərin həcmini, başqa sözlə, həmin məqam üçün faktiki dəyərini müəyyən etməkdir. Qalıq dəyəri əsas fondun ilkin və həm də bərpa dəyərinə görə hesablana bilər.

Əsas fondların göstərilən metodlardan hər biri ilə qiymətləndirilməsi müəyyən praktiki əhə-miyyətə malikdir. İlkin dəyər ilə qiymətləndirmə əsas fondların yaradılmasına çəkilən xərclərin ölçüsünü müəyyənləşdirmək üçündür və amortizasiya ayırmalarının kəmiyyətini müəyyən etməyin əsasıdır. Köhnəlmə nəzərə alınmaqla ilkin dəyər ilə qiymətləndirmə əsas fondların köhnəlmə dərə-cəsini bilməyə və hələ məhsulun üzərinə keçirilməyən dəyərin kəmiyyətini müəyyən etməyə imkan verir. Bərpa dəyəri ilə qiymətləndirmə əsas fondların həcm dinamikasını və müasir şəraitdə onların təkrar istehsalının dəyərini səciyyələndirir. Nəhayət, köhnəlmə nəzərə alınmaqla bərpa dəyəri ilə qiymətləndirmə mövcud əsas fondların faktiki dəyərini müəyyənləşdirmək, habelə ayrı-ayrı müəssisələrin əsas fondlarının həcmlərini müqayisə etmək üçün çox əhəmiyyətli bir göstəricidir.

İstehsal əsas fondlarının ilkin dəyəri ilə qalıq dəyəri arasındakı fərq onun köhnəlmə məbləğini – istehsal olunmuş məhsul üzərinə keçirmiş olduğu dəyər kütləsini müəyyən edir. Bu fərqin, daha doğru-su, köhnəlmə məbləğinin istehsal əsas fondlarının tam ilkin dəyərinə nisbəti isə əsas fondun köhnəlmə əmsalını (dərəcəsini) müəyyən edir.

Əsas fondların təkrar istehsal prosesi istehsal fəaliyyətinin və onun səmərəliliyinin əsasını təşkil edir. Onların hərəkəti təsərrüfata rəhbərliyin bütün səviyyələrində tənzimlənir və bu prosesə nə-zarət olunur.




Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin