Əsas fondların ilkin dəyəri dedikdə, onların istehsalı (yaxud inşası), əldə edilməsi (alınması və gətirilməsi), habelə quraşdırılması ilə əlaqədar olan xərclərin məcmusu nəzərdə tutulur. Müəssisənin əsas fondlarının uçotu onların ilkin dəyəri ilə aparılır. Qiymətləndirmənin bu növündən amortizasiya ayırmalarının hesablanması, istehsal əsas fondlarına əmlak vergisinin təyin edilməsi üçün istifadə olunur. Buna həm də əsas fondların balans dəyəri deyilir. Müxtəlif dövrlər üçün avadanlığın qiy-məti və tikintinin dəyəri dəyişdiyinə görə, bu qiymətləndirmə metodu əsas fondların dəyişmə dinamikası barədə dəqiq müqayisə edilə biləcək məlumat almağa imkan vermir. Bu çatışmazlığı aradan qaldırmaq üçün bərpa dəyəri adlanan dəyərdən istifadə olunur.