Plan: GİRİŞ İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və təsnifatı



Yüklə 1,38 Mb.
səhifə3/23
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#43389
1   2   3   4   5   6   7   8   9   ...   23
Istehsal fondlari

«Binalar». Bu qrupa istehsal prosesinin həyata keçirilməsi üçün zəruri şərait yaradan, müxtəlif maşın və mexanizmləri xarici mühitin təsirlərindən qoruyan, işçilər üçün istehsal meydançası ve-rən və habelə yaşayış və sosial-mədəni xidmət təyinatlı memarlıq-tikinti obyektləri aiddir. İstehsal binalarına isə istehsal və habelə köməkçi və xidmətedici sexlərin binaları daxildir. Həmin qrupa sadalananlardan başqa, laboratoriyalar, qazanxanalar, kompressor stansiyaları yerləşdirilən binalar və həmçinin müəssisə idarəsinin, anbarların binaları və habelə yanğından mühafizə binaları da aid edilir.

«Qurğular». Bu qrupa əmək predmetlərinin (xammal, material, yarımfabrikatlar və s.) emalı ilə bilavasitə əlaqəsi olmayan, lakin istehsal prosesində müəyyən funksiyaları icra etmək üçün şə-rait yaradan mühəndis-tikinti obyektləri aiddirlər. Əsas fondların bu qrupuna suqaldırma və su nasosu stansiyaları, su anbarları, dambalar, bəndlər, təsərrüfatdaxili dəmir yolları, müxtəlif yükləmə-boşaltma qurğuları, estakadalar, su quyuları, asma yollar, körpülər və s. daxildir.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin