6. «Sair maşın və avadanlıqlar» yarımqrupuna avtomat telefon stansiyalarının avadanlığı, yanğınsöndürən maşınlar, soyuducular, televizorlar və s. aiddir. Bu yarımqrupa yuxarıda göstəril-miş yarımqruplara daxil olmayan və müəyyən texniki funksiyaları yerinə yetirən maşın və mexanizmlər daxildir.
«Nəqliyyat vasitələri».Bu qrupa elektrik, istilik və buxarla işləyən dartıcılar, vaqonlar, avtomobillər, elektrik arabaları, magistral neft-qaz kəmərləri və s. aiddir.
«Alətlər». Alətlər qrupuna əmək predmetlərini emal edən müxtəlif növ elektrik drelləri, kon-duktorlar (yönəldicilər), kəsici-tutucular və s. aiddir. Ümumiyyətlə, bu qrupa xidmət müddəti azı bir il olan alətlər daxil edilir.