Plan: Giriş Nəzəri hissə



Yüklə 22,96 Kb.
səhifə2/2
tarix10.05.2022
ölçüsü22,96 Kb.
#57238
1   2
referat 6242

Nəzəri Hissə

FH zonasında ilk növbədə yerinə yetirilən işlərin məcmusudur. İnsanların xilas edilməsi və onlara yardım edilməsi; zədələnmə ocaqlarının lokallaşdırılması və yayılmasının qarşısının alınması; ikincili zədələyici amillərin əmələ gəlməsinin qarşısının alınması; maddi və mədəni sərvətlərin xilas edilməsi və mühafizəsi; həyat fəaliyyətinin minimal ehtiyaclarının təmin edilməsi-bu işlərə aiddir.

Qəza-xilasetmə işləri dedikdə – FH baş vermiş zonada insanların, maddi və mədəni sərvətlərin xilas edilməsi, təbii mühitin mühafizəsi, FH lokallaşdırılması, FH zədələyici amillərinin təsirinin qarşısının alınması və ya minimal səviyyəyə qədər azaldılması başa düşülür.

Digər təxirə salınmaz tədbirlər dedikdə—qəza-xilasetmə işlərinin hərtərəfli təmin olunması, FH zərərçəkmiş əhaliyə tibbi yardım və başqa yardımların edilməsi, insanların sağlamlığı və həyatını, əmək qabiliyyətini təmin edən minimal şəraitin yaradılması başa düşülür. Real şəraitdə qəza-xilasetmə və digər təxirə salınmaz tədbirləri bir-birindən ayırmaq çətindir və bu bölgü şərtidir. Qısa olaraq həmin işləri Xİ (xilasetmə işləri) və DTT (digər təxirə salınmaz tədbirlər) Xİ və DTT adətən, gecə-gündüz, hər bir havada fasiləsiz olaraq aparılır. Böyük qəzalar və fəlakətlər zamanı Xİ və DTT işlərinin həcmi böyük olduğu üçün işlər 2-3 növbədə təşkil olunur. Növbələr birbaşa iş yerlərində dəyişdirilir. Bu zaman ağır mühəndis texnikası ərazidən çıxarılmır, yeni gələn növbəyə iş yerində təhvil verilir. FH nəticələri o zaman aradan qaldırılmış hesab olunur ki, insanların həyatına və sağlamlığına təhlükə yaradan amillər aradan qaldırılmış olsun və ya, təsiri minimal səviyyəyə qədər endirilsin.

Xilasetmə və digər təxirəsalınmaz işlərin uğurlu keçirilməsi büsbütün yüksək səviyyədə və mükəmməl aparılmış, fəal, davamlı, vaxtında keçirilmiş və məlumatları dəqiq olan kəşfiyyatdan asılıdır.

Kəşfiyyat əhalinin çıxış nöqtəsi və yerləşdirilmə, eləcə də təxliyə ərazisində, bilavasitə zədələnmə ocaqlarında keçirilir. Kəşfiyyatın vəzifələrinə nüvə partlayışı mərkəzinin (episentrinin), istifadə edilən döyüş sursatının mümkün qüvvəsinin, bina və kommunal-energetika şəbəkələrinin dağılması zonasının sərhədlərinin, müdafiə qurğularının vəziyyətinin, zərərçəkənlərin sayının və xilasetmə işlərinə aid obyektlərə yol və keçidlərin müəyyənləşdirilməsi aiddir. Kəşfiyyat hava, çay (dəniz) və yerüstü həyata keçirilir. Yerüstü kəşfiyyat böyük əhəmiyyətə malikdir. Bu kəşfiyyatın aparılmasında mexanikləşdirilmiş hərbi hissələrin kəşfiyyat bölmələrindən, rayonların mülki müdafiə qərargahlarının, xalq təsərrüfatı obyektlərinin kəşfiyyat qruplarından, xilasetmə dəstələrinin kəşfiyyat manqalarından və xüsusi təyinatlı kəşfiyyat qruplarından istifadə edilir.

Kəşfiyyat bölmələri kəşfiyyat aparma vasitələri, şəxsi müdafiə, rabitə və nəqliyyat vasitələri ilə təchiz olunur.

Nüvə zədələnməsi ocağında əsas diqqət radiasiya, mühəndis, yanğınsöndürmə və tibbi kəşfiyyatın vaxtında aparılmasına yetirilir

Radiasiya kəşfiyyatı Mülki Müdafiə qüvvələrinin irəliləmə marşrutlarında hər hansı bir ərazinin, ətraf mühitin yerli obyektlərinin və su mənbələrinin, eləcə də zədələnmə ocağında radioaktiv zədələnmənin tez bir zamanda üzə çıxarılması və bu zədələnmənin dərəcəsinin müəyyənləşdirilməsi məqsədi ilə aparılır

Mühəndis kəşfiyyatı Mülki Müdafiə dəstələrinin bu ocaqlara hərəkəti yollarını müəyyənləşdirir və imkan dairəsində zərərçəkənlərin təxliyə yollarından istifadə etməsini, qazıntıların xarakterini və görüləcək mühəndis işlərinin həcmini dəqiqləşdirir.

Yanğın kəşfiyyatı yanğın ocaqlarını, alovun həcmi və yayılma yollarını, insanların yerləşməsini və yanğının onlara təhlükə dərəcəsini, yanar və partlayıcı materialların partlama ehtimalını müəyyən edir. Yanğın kəşfiyyatı həmçinin yanğının söndürülməsi üçün lazımi qüvvə və vasitələrin müəyyən edilməsilə məşğul olur.

Tibbi kəşfiyyat zərərçəkənlərin sayını və vəziyyətini, onların xilasetmə işlərinin obyektləri üzrə paylaşdırılmasını dəqiqləşdirir, görüləcək işlərin həcmini, təxliyə yollarının vəziyyətini, zərərçəkənlərin nəqliyyat vasitələrinə yüklənməsindən əvvəl onların yığışması üçün təhlükəsiz yerləri, yararlı olan bina və tikililəri, yerli ehtiyatların, şəhərdə dağıntıya uğramamış müalicə-profilaktik müəssisələrini, zəhərlənməmiş su mənbələrini və sanitar epidemioloji vəziyyəti müəyyən edir.

Yanğın xidmətləri yanğınların lokallaşdırılması və söndürülməsi, yanan və yarıdağılmış binalardan, tüstülənmiş yerlərdən insanların xilas edilməsi ilə məşğul olurlar. Yanan və yarıdağılmış binalardan insanları xilas etmək üçün ilk növbədə salamat qalmış dəhlizlərdən, pilləkənlərdən, pəncərə və digər divar oyuqlarından istifadə edilir. Lazım gəldikdə müvəqqəti enişlər, keçidlər, traplar düzəldilir, divarlarda lazımi ölçüdə oyuqlar açılır. Bu zaman yanğınsöndürmə və mühəndis xidmətlərinin müxtəlif texnikasından geniş istifadə olunmalıdır. Bunlar avtokranlar, avtoqüllələr, söykəmə, ipli, yanğın və digər nərdivanlar, xilasetmə ipləri və s-dir.

Yanğının açıq sahələrini sürətli keçərək insanları yanmalardan qorumaq məqsədi ilə nəmləndirilmiş yorğan, əl-üz dəsmalları və mələfələrdən istifadə etmək lazımdır. Tüstülənmiş yerləri sürünərək və ya əyilmiş vəziyyətdə keçmək lazımdır.

Çətinliklər əsasən uşaq və yaşlı insanları, xüsusilə ağır yaralıları xilas edərkən qarşıya çıxır.

Zədə alanların axtarışı və onların dağıntı altından, dağılmış və yanan binalardan, qazlanmış və tüstülənmiş yerlərdən çıxarılması mürəkkəb xilasetmə işlərinə aiddir. İnsanları tikintilər altından çıxararkən dağıntıları söküb oradan keçidlər açırlar. Lakin bu kimi dar keçidlərdə təkrar çökmələr baş verə bilər ki, bu da əlavə qurbanlara səbəb ola bilər. Zədələnmiş insanları dağıntıların altından çıxararkən köməkçi materiallardan (faner, dəmir təbəqədən, plaşdan, yorğanlardan və s.) istifadə etmək olar.

Dağıntı altında qalmış sığınacaqlardan insanların xilas edilməsi çox mürəkkəb və zəhmət tələb edən bir tədbirdir. Burada xilasedicilərdən müəyyən səriştə və vərdiş, eləcə də xüsusi texniki vasitələr tələb olunur. Xilasetmə işləri müəyyən ardıcıllıqla aparılmalıdır. İnsanlar olan sığınacaq aşkar edildikdə ilk növbədə onlarla əlaqə yaradılır və şərait öyrənilir. Lazım gəldikdə isə bu sığınacaqlara təmiz hava vurulur.

Dağıntı altında qalmış sığınacağın üzə çıxarılması bir neçə üsulla həyata keçirilə bilər. Məsələn, əsas girişin töküntülərdən təmizlənməsi, hər hansı divarın və ya örtüyün birində keçidin açılması və ya divarda dəliyin açılması. Yaddan çıxarmaq olmaz ki, bu işlər görülməzdən əvvəl su, qaz, kanalizasiya və istilik sistemləri əvvəlcədən kəsilməlidir.

İlk tibbi yardım yaranan vəziyyətlə əlaqədar birbaşa sığınacaqda və ya xilas edilənlər bayıra çıxarılandan sonra göstərilə bilər. İlk tibbi yardımın göstərilməsindən sonra ağır vəziyyətdə olan yaralılar təxliyə edilir.

Xilasetmə işlərinin sonunda radioaktiv maddələrlə zədələnənlərin sanitar təmizlənməsi və tikililərin, nəqliyyatın və xüsusi texnikanın dezaktivasiyası aparılır.

Qəza-xilasetmə işlərinə daxildir:

• Hərəkət marşrutu yollarının və iş yerlərinin kəşfiyyatı;

• Hərəkət ediləcək yollarda və iş yerlərində yanğınların söndürülməsi;

• Xilasetmə işlərinin aparılmasına mane ola biləcək mümkün amillərin aradan qaldırılması;

• Zədələnmiş, xarabalığa çevrilmiş, yanan binalardan, su basmış, qaz və tüstü ilə dolmuş, çökmüş otaqlardan zədələnmişlərin axtarışı və tapılıb çıxardılması;

• Zədələnmişlərə ilkin tibbi və həkim yardımının edilməsi və onların tibb müəssisələrinə köçürülməsi;

• Təhlükəli zonalardan əhalinin çıxarılması;

• İnsanların sanitar təmizlənməsi, heyvanların veterinar təmizlənməsi, texnikanın, mühafizə və geyim vasitələrinin dezaktivasiyası, dezinfeksiyası və deqazasiyası, ərazinin və tikililərin, ərzağın, suyun, ərzaq xammalın və yemin zərərsizləşdirilməsi.

Qəza-xilasetmə işləri qısa müddətdə yerinə yetirilməlidir. Ona görə ki, zədələnmişlərə tez bir müddətə yardım edilməlidir, əks halda ikincili zədələyici amillərin (yanğın, partlayış, subasma və s.) təsirindən dağıntılar və itkilər arta bilər.

Qəza-xilasetmə işlərinin aparılmasına şərait yaratmaq, ikincili zədələyici amillərin (yanğın, partlayış, subasma və s.) təsirindən sonrakı dağıntı və itkilərin qarşısını almaq üçün, həm də zərər çəkmiş əhalinin və iqtisadiyyat obyektlərinin fəaliyyətini təmin etmək üçün təxirəsalınmaz tədbirlər yerinə yetirilir. Bura daxildir:

• Dağıntı və zərər çəkmiş zonalarda yolların, keçidlərin salınması;

• Qaz, enerji, su kəməri, kanalizasiya, istilik və texnoloji sistemlərində xilasetmə işlərinin aparılması üçün təhlükəsiz şərait yaratmaq məqsədilə qəzaların lokallaşdırılması;

• Dağılmaq təhlükəsi olan və xilasetmə işlərinin aparılmasına mane olan bina və tikililərin konstruksiyaların bərkidilməsi və uçurulması;

• Xilasetmə işlərinin aparılmasınin təmin edilməsi üçün dağılmış və zədələnmiş komunal-enerji xətlərinin təmiri və bərpa edilməsi;

• Partlamamış döyüş sursatlarının və partlayış təhlükəli predmetlərin aşkar edilməsi, zərərsizləşdirilməsi və məhv edilməsi;

• Zədələyici amillərin mümkün təkrari təsirindən mühafizə məqsədilə zədələnmiş mühafizə qurğularının təmir və bərpa edilməsi;

• Fövqəladə hadisə baş verən ərazidə sanitar təmizləmə işlərinin aparılması;

• Zərərçəkmiş əhalinin həyat təminatının ilk növbədə təmin edilməsi.

Xilasetmə işləri – düşmən hücumunun nəticələrini, habelə təbii fəlakət və qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə aparılan işlərdir.

Xilasetmə işlərinə aiddir:

• iş görüləcək sahələrdə və buraya qələn yollarda radiasiya səviyyələrini, digər vəziyyəti müənyyləşdirmək üçün kəşfiyyət aparmaq;

• xilasetmə işləri aparılacaq yerlərdə yanğını söndürmək və ya məhdudlaşdırmaq; uçqun altında qalmış adamları axtarıb tapmaq, oradan çıxarmaq, habelə yanan, qismən dağılmış binalarda qalmış adamları xilas etmək;

• uçqunlar altında qalıb hava boruları zədələnmiş mühafizə qurğuların içərisinə hava vermək (çıxarlana qədər oradakı adamlar boğulmasınlar deyə) və bu qurğuların üstünü uçqunlardan təmizdəyib adamları xilas etmək; zədələnmiş, yanan, tüstü, qaz bürümüş binalardan, uçqunlar altından adamların tapılıb çıxarılması;

• üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularının açılıb oradan adamların xilas edilməsi;

• süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilməsi;

• zədələnmiş adamlara lazımı tibbi yardım göstərib, müalicə müəssisələrinə aparmaq, əhalinin zədələnmə, dağıntı, yanğın ocaqlarından, təhlükəsiz rayonlara çıxarmaq:

• adamların təhlükəli sahələrdən çıxarılması, lazımi hallarda sanitariya təmizliyindən keçirilməsi.

Nəticə

Yazılanlardan belə nəticəyə gəlmək olar ki, zədələnmə və yoluxma ocaqlarında ilk növbədə yerinə yetirilməli olan tədbir yaranan vəziyyətdən asılı olaraq xilasetmə tədbirləridir. Xilasetmə tədbirləri ilk növbədə yaranan şəraitin xüsusiyyətindən asılı olaraq müxtəlif istiqamətdə dəyişilir. Buna nümunə olaraq yoluxma ocaqlarında məkanı yoluxmaya məruz qoyan səbəbdən asılı olaraq ilk növbədə insanları fərdi mühafizə vasitələri ilə təchiz edib, sonra isə həmin şəraitdə köməksiz qalan insanların təxliyyə və xilasetmə işləri ilə məşğul olmaqdır. Zədələnmə ocaqlarında isə təhlükəli faktordan özünü müdafiə edə bilməyən zərərçəkənləri ilk növbədə təhlükə rayonundan uzaqlaşdırıb sonra isə aidiyyatı üzrə onlara ilkin tibbi və digər yardımların göstərilməsidir. Adamlar zəhərləndikdə sanitariya təmizlənməsi, ərazilər, qurğular, binalar, texniki vasitələr xüsusi təmizləmə keçməlidirlər. Sanitariya təmizlənməsi-adamların bədənini və paltarlarını zəhərlənmələrdən təmizləməkdən ibarətdir. Bu təmizləmə qismən və tam ola bilər.Adamların sanitariya təmizlənməsi şəraitdən asılı olaraq tam və ya qismən aparılır.



Qismən sanitariya təmizlənməsi zədələnmə sahəsində və sahədən çıxarkən hər bir adam tərəfindən müstəqil olaraq apırılır. Qismən sanitar təmizlənməsi bədənin açıq səthlərinə, paltara, ayyaqqabılara və fərdi mühafizə vasitələrinə düşmüş radioaktiv maddələrin və bakterial vasitələrin kənar edilməsindən və zərərsizləşdirilməsindən ibarətdir. Qismən təmizləmə zədələnmə ocaqlarında və yaxud onlardan çıxandan sonra vaxt az olduqda bədənin açıq hissələrini müstəqil təmizləməklə bitir.

Ədəbiyyat:

  1. H.Ocaqov - “Mülki Müdafiə”;

  2. Fövqəladə Hallar Nazirliyinin qəzetləri

  3. H.Ocaqov-“Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi"

  4. İnternet resusrsları – Məqalələr

Yüklə 22,96 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin