Plan Hərəkətli kontaktlı kipləşdiricilər


Plan 2. Hərəkətsiz birləşmələr üçün kipləşdiricilər



Yüklə 0,74 Mb.
səhifə3/5
tarix13.04.2023
ölçüsü0,74 Mb.
#97176
1   2   3   4   5
Energetik qurğuların quraşdırılmasında istifadə olunan kipləşdiricilər

Plan 2. Hərəkətsiz birləşmələr üçün kipləşdiricilər
Sökülə bilən hərəkətsiz birləşmələrdə sızmaların qarşısının alınması bir neçə üsulla yerinə yetirilir: – kipləşdirilən səthlərin xarici qüvvələrlə deformasiya ilə; – kipləşdirilən səthlərin qarşılıqlı sürtünməklə bir-birinə uyğunlaşdırma ilə; – kipləşdirilən səthlərinin arasında müxtəlif təbəqələri (rezindən, dəridən, kordondan və s. araqatları) tətbiqi ilə və s. Bu üsulların hansının tətbiqində kipləşdirilən səthlərin arasında bərkidici elementlərin sıxılması ilə kontakt (təmasa) təzyiqi yaradılmalıdır, hansı ki işçi təzyiqdən artıq olmalıdır. Hərəkətsiz birləşmələrin yumşaq yastı və həlqələrlə kipləşdirilməsinin bir neçə növü şəkil 1.13.1-də verilmişdir.

Kipləşdirici elementin ən sadəsi dördbucaq en kəsikli dairəvi həlqə şəkilində olan araqatlardır (şəkil 1.13.1, a). Bunlarda kipləşdirici araqatında tələb olunan sıxılma gərginliyi araqatın qalınlığını a və enini b seçməklə əldə olunur. Kipləşdirici element – araqatlar sıxışdırma zamanı kipləşdirilənlər arasından sıxışdırılıb çıxartması baş verməməsi üçün onları dairəvi qapalı qanovcuqlarda yerləşdirirlər (şəkil 1.13.1, b, d) və bu halda araqatların həcmi qanovcuğun həcmindən 30% artıq olmalıdır. Birləşdirilən hissələri mərkəzləşdirmək və araqatı ifrat sıxılmaqdan qorumaq üçün şəkil 1.13.1, c və d-dəki tipli flanslardan tətbiq olunur.

Bu tipli kipləşdiricilərdə araqatların həcmi qanovcuğun həcmindən 10...15 % kiçik olmalıdır. Kontaktlı kipkəclərin tətbiqində yumşaq kipləşdirici hissələr (rezin, karton, plastik kütlə və s.) ilkin sıxılma təzyiqinin pk və mayenin işçi təzyiqinin po sıxması hesabına birləşmədə bir-birinə bağlanan hissələrə oturmalıdır. Kipkəclərin işi zamanında təmasda olan kipləşdirilən səthlərdə əmələ gələn kontakt gərginliyi işçi təzyiqdən artıq olmalıdır.


burada D – kipləşdirici araqatın hesabı diametri; f – araqatın işçi səthi; k – hermetikliyi təmin edən ehtiyat əmsalı (k ≈ 1,2...1,5). Eyni zamanda aqreqat işləyən zaman kipləşdirici element mühitin təsiri altında bərk sıxılmalıdır, belə ki, kipkəc öz-özünə kipləşdirmə xüsusiyyətinə malik olmalıdır və kontakt gərginliyi olmalıdır: pk ≥ Apo , (1.13.2) harada pk – qapanan (kipləşdirilən) səthlərə təzyiq; A – sabit qiymətdir, hansı ki, vahidə yaxın və ya vahiddən böyük olmalıdır. Məsələn, rezin manjetlər üçün A = 0,99...1,01; üzən həlqəli salniklər (doldurmalar) üçün A = 1,2 və s.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin