Plan Hərəkətli kontaktlı kipləşdiricilər


Plan 1. Energetik qurğuların quraşdırılmasında istifadə olunan kipləşdiricilər



Yüklə 0,74 Mb.
səhifə2/5
tarix13.04.2023
ölçüsü0,74 Mb.
#97176
1   2   3   4   5
Energetik qurğuların quraşdırılmasında istifadə olunan kipləşdiricilər

Plan 1. Energetik qurğuların quraşdırılmasında istifadə olunan kipləşdiricilər
Energetik qurğularının əsas elementlərindən biri kipləşdiricilərdir. Bunlardan Energetik qurğularının maşın və Energetik qurğularının intiqalların etibarlı işi və gələcək inkişaf perspektivləri çox asılıdır. Eyni zamanda kipkəc Energetik qurğularının sistemin zəif bəndlərindən biridir. Adətən kipləşdiricilər sıradan çıxarkən bütün Energetik qurğularının aqreqat işə yararsız hala düşə bilər. Kipləşdiricilərin funksional təyinatı aşağıdakı hadisələrin qarşısını almaqdan ibarətdir: – işçi mayenin işçi boşluqlardan atmosferə axması; – Energetik qurğularının sistemin daxilinə (işçi mayeyə və ya işçi qaza) kənardan maye, hava, qaz və çirklərin daxil olması; – işçi cismin bir işçi kameradan digərinə axması və s.. Kipləşdirici işçi mayenin tam hermetikliyini təmin etməli və ya onun sızmalarını əhəmiyyətli dərəcədə azaltmalıdır. Müxtəlif təzyiqli, eyni işçi mayeli ayrı-ayrı işçi boşluqlarını ayıran kipkəclər üçün kiçik sızmalar buraxıla bilər. Məsələn, işçi silindrlərin, tormozların, nasosların daxili kipkəcləri və s. Kipləşdirici tərtibatlar ümumiyyətlə aşağıdakı əsas hissələrdən ibarətdirlər: – birləşmənin bir-birinə qoşulan hissələrinin işçi elementləri (məsələn, Energetik qurğularının paylayıcının gövdəsi (və ya onun daxilində olan giliz) və zolotnik); – kipləşdirici element (kipləşdirici); – köməkçi hissələr. Kipləşdirici tərtibatında qonşu hissələri ilə təmasda (kontakta) olan və onların arasındakı işçi cisminin (mayenin, qazın) sızmalarının qarşısını alan hissəyə kipləşdirici element deyilir. Kipləşdirici elementin normal iş fəaliyyətini təmin edən hissələrə kipləşdirici tərtibatın köməkçi hissələr deyilir (məsələn, müdafiə, sıxıcı, dayaq həlqələr, yaylar, üstük qaykalar və s.) Kipləşdiricilər aşağıdakı göstəricilərə görə təsnifat olunurlar: – kipləşdirilən birləşmələrin işçi elementlərinin hərəkətliliyin mümkünlüyünə görə: – hərəkətli birləşmələr üçün kipləşdiricilər; – hərəkətsiz birləşmələr üçün kipləşdiricilər. – kipləşdirilən işçi elementlərinin hərəkətinin növünə görə: – irəli-geri hərəkətli birləşmələr üçün kipləşdiricilər (məsələn, ştokun və porşenin kipkəcləri); – fırlanma hərəkətli birləşmələr üçün kipləşdiricilər (məsələn, valların kipkəcləri). – kipləşdirici elementdə (materialında) əmələ gələn elastik gərginliklərin istiqamətinə görə: – aksial tipli; – radial tipli; – kipləşdirici elementin konstruksiyasının formasına görə: – həlqəli; – manjetli; – araqatlı və s.; – kipləşdirici elementin materialına görə: – qeyri-metal kipləşdirici elementli; – metal kipləşdirici elementli; – kipləşdiricilərin işlənmə prinsipinə görə: – hermetikliyin kipləşdirici hissələrinin birləşmə səthlərinə söykənməsi hesabına yaradıldığı – kontaktlı; – birləşmələrdə müəyyən dərəcədə araboşluqların (aralıqların) olduğu – kontaktsız; – işçi təzyiqin qiymətinə görə: – aşağı təzyiqli (dişli və sonsuz vint reduktorlarının yastıqlı bəndləri); – yüksək təzyiqli (Energetik qurğularının nasoslar, Energetik qurğularının mühərriklər); – vakuumla işləyən. Kipləşdiriciləri xarakterizə edən əsas parametrlər aşağıdakılardır : 1. Təyinat göstəriciləri: – Energetik qurğularının sistemdəki işçi maye ilə işləmə qabiliyyəti; – işçi temperatur intervalı; – işçi təzyiqlər diapazonu; – buraxıla bilən nisbi sürətləri: – xətti sürət; – fırlanma tezliyi; – ikiqat gedişlərin sayı. 2. Fiziki-mexaniki göstəriciləri: – hermetikliyinin dərəcəsi; – təmasa (kontakt) təzyiqi; – sıxılmanın qalıq nisbi deformasiyası; – sərtlik; – şərti möhkəmlik. 3. Konstruktiv göstəriciləri: – ölçülərin buraxıla bilən xətaları; – səthlərin hamarlıq dərəcəsi. 4. Etibarlıq göstəriciləri: – uzunömürlük göstəriciləri (resurs, xidmət müddəti və s.) – işçi vəziyyətini saxlama qabiliyyəti. Kipləşdiricilər seçilərkən keçən işçi mühitin (maye, buxar, qaz və onların aqressivlilikləri) xüsusiyyətləri – təzyiq, temperatur, kipkəcin elementlərinin nisbi yerdəyişmə sürəti, sızmanın buraxıla bilən qiyməti, müntəzəm işləmə müddəti nəzərə alınır. Mövcud kipləşdirici qurğulara sürülən tələbatlar aşağıdakılardır: – lazımi hermetikləşdirmə dərəcəsinin təmini; – kipkəcin işinin uzunömürlülüyü; – minimal buraxıla bilən sızmalarda sürtünməyə sərf olunan mümkün qədər az itkilərin təmini; – kipkəclərdə sürtünmə qüvvəsinin təsirindən aqreqatın buraxıla bilən həddə qədər qızması; – sökülüb-yığılma işlərinin rahatlığı; – kipkəc hissələrinin materiallarının temperatur dəyişməsinə davamlılığı; – kipkəc hissələrin materialların işçi mayelərlə uyğunluğu; – kipləşdirici qurğunun qiymətin əlverişli olması və s. Bütünlükdə bu tələbatlar bir-birinə ziddirlər, belə ki, sızmanın azalmasının təmin olunması, adətən sürtünmə qüvvələrinin və yeyilmənin artması, temperaturun yüksəlməsi ilə nəticələnir. Qeyd olunan əsas tələbatların təmin olunması ilə bərabər kipləşdiricilər kimyəvi təsirlərə davamlı, yığcam, ayrı-ayrı hissələrin dəyişdirilməsi üçün yüngül və tez sökülən olmalıdırlar. İşçi mayeyə ətraf mühitdən bərk hissəciklərin, rütubətin və havanın daxil olunmamağı üçün tozluqlardan və çirkyığanlardan istifadə olunur.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin