Plan Hərəkətli kontaktlı kipləşdiricilər


Plan 3. Hərəkətli kontaktlı kipləşdiricilər



Yüklə 0,74 Mb.
səhifə4/5
tarix13.04.2023
ölçüsü0,74 Mb.
#97176
1   2   3   4   5
Energetik qurğuların quraşdırılmasında istifadə olunan kipləşdiricilər

Plan 3. Hərəkətli kontaktlı kipləşdiricilər
Hərəkətli kontaktlı kipləşdiricilərdə germetiklik aşağıdakı kipləşdirici arakəsmələrlə əldə olunur: – metallı araqatlar; – rezin araqatlar; – doldurma kipkəclər (salniklər); – manjetlər və s. Fırlanma hərəkətində aşağıdakı şərtlər saxlanılmalıdır: kontakt səthində yerli temperatura ty, nazik yağ təbəqəsinin və kipkəcin materialının zədələnməsinin baş verə biləcəyi buraxıla bilən temperaturdan tbur az olmalıdır. Buraxıla bilən temperaturun qiyməti rezin üçün tbur ≈ 150°C (rezinin zədələnməsi şərtindən), polad-tunc cütü üçün tbur ≈ 80...150°C (işçi səthin hamar olmaması şərtindən) qəbul edilir. Silindr, ştok və valların kipləşdirici rezin elementlər yerləşdirilən səthləri pardaqlanmalı və cilalanmalıdır, emal təmizliyi Ra = 0,8...0,4 mkm-dən az və Ra = 0,1 mkm-dən çox olmamalıdır, belə ki, Ra < 0,1 olduqda bu vaxt yapışma və yeyilmə artır. İti gedişli val və porşenlərin kipkəcləri eyni oxluluğa, vurmaya, çəpliyə çox həssas olduğundan bunlara xüsusi diqqət yetirilməlidir. Kipkəclər tozdan qorunmalı, qızmanın yüksək qiymətlərində isə kipləşdiricilərin soyutma sistemi nəzərdə tutulmalıdır.
Həcmi hidravlik intiqalların kipləşdiricilərində elastik həlqələrin tətbiqi geniş yayılmışdır. Bunların en kəsiklərin formaları şəkil 1.13.4-də verilmişdir.

Bu tip kipkəc porşen və ya ştok üzərində açılmış dairəvi qanovcuqlarda yerləşdirilmiş düzbucaqlı en kəsikli rezin həlqədən ibarətdir (şəkil 1.13.5). Həlqənin ilkin sıxılmasını əldə etmək üçün qanovcuğun dərinliyi elə olmalıdır ki, quraşdırmada həlqənin radial hündürlüyünün 10....15%-i radial sıxılmaya sərf olunsun. İstismar müddətində həlqənin həcminin mümkün artımı nəzərə alındığından həlqə taxılan qanovcuğun həcmi həlqənin həcmindən bir qədər çox olmalıdır. Buna görə quraşdırmada yan aralıq 0,2....0,25 mm olmalıdır.
Doldurma tipli kipləşdiricilər (salniklər) (şəkil 1.13.7) nasoslarda, hidravlik silindrlərdə, preslərdə, kranlarda, siyirtmələrdə və bir neçə hidravlik aparatlarda tətbiq olunurlar. Kipləşdirici elementin materialı: kolloidli qrafit, serezin, piy, ftoroplast suspenziya kimi maddələr hopdurulmuş yumşaq (pambıq iplik parça, çətənə lifli kəndir, asbest) doldurmalar və ya sərt (metal, plastmas) doldurmalardır.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin