Plan: İnsan şəxsiyyətinin sosial mahiyyəti haqqında. Şəxsiyyətin formalaşmasında irsiyyətin mövqeyi 2


Uşaq kollektivinin təşkili və tərbiyyəsi



Yüklə 26,66 Kb.
səhifə4/5
tarix30.04.2022
ölçüsü26,66 Kb.
#56716
1   2   3   4   5
Mövzu-3 Məktəbəqədər yaş dövründə şəxsiyyətin inkişafı və tərbiyəsi.

Uşaq kollektivinin təşkili və tərbiyyəsi . Kollektiv düzgün təşkil edildikdə sosial tərbiyyə işində təsirli vsitə ola bilər.Kollektivin təşkili müəyyən şərtlərlə bağlıdır.Həmin şərtlər sırasında aşağıdakıları qeyd etmək olar:
---səlahiyyətlərin,ictimai vəzifələrin düzgün bölünməsi;

--mümkün qədər daha çox şagirdin ictimai vəzifələrə cəlb edilməsi;

--uzunmüddətli vəzifələrin vaxtaşırı dəyişdirilməsi;

--vəzifəyə secilmiş şəxslərin vaxtaşırı olaraq kollektiv qarşısında hesabat vermələri;

--kollektivin təşkilində demokratik prinsiplərin əsas götürülməsi.Bu prinsiplərə demokratiya(kollektivin həyatında və idarə olunmasında hamının seçkili orqanlar vasitəsi ilə iştirakının təmin olunması),aşkarlıq(işlərin gizli və qapalı yox,aşkarlıq şəraitində icrası),plüralizm(fikir müxtəlifliyinə azadfikirliyə şərait yaradılması),coxluğun rəyinin əsas götürülməsi və azlığın rəyinə hörmət edilməsi və s. Prinsilər daxildir.Həmin prinsiplər əsasında sağlam,demokratik kollektiv yaratmaq və onu tərbiyyənin təsirli subyektinə çevirmək olar. Kollektivin təşkili uzun sürən prosesdir;bunu qısa müddətdə nail olmaq çətindir.Kollektivin inkişafı kortəbii yox,idarə olunan prosesdir.Buna gğrə də onun inkişaf mərhələlərini bilmək və bu inkişafı düzgün istiqamətləndimək lazımdır. Kollektivin inkişaf mərhələləri.Kollektivin inkişafının göstəricisi kimi onun üzvlərinin fəalllq dərəcəsi (1) və tələblərin verilməsi (2)-xarici tələbələrin daxili tələbələrə keçməsi prosesi əsas götürülür.Bu baxımdan kollektivin inkişafında 4 mərhələ ayrd edilir.1 ci mərhələ kollektivin təşkili mərhələsi adlanır.Burada əsas təşkilatçı kimi müəllim-tərbiyyəçi mıxıç edir:o,şagirdlərin arzu və maraqlarını nəzərə alaraq birgə maraqlı işlər təşkil edir,ardıcıl tələblər verir.Müəllim eyni zamanda uşaqlar içərisində özünə tərəfdarlar seçir onları təşkilatçılıq işinə cəlb edir. İkinci mərhələ kollektiv pzəyin təşkili mərhələsi adlanır.Fəallar müəllim-tərbiyəçinin dayağı kimi çıxış edirlər:onun tələblərini müdafiə edir və kollektivin həyatında fəallıq göstərirlər.

Ücüncü mərhələ özünü idarəyə keçid mərhələsi adlanır.Bu mərhələdə kollektivin əksər üzvləri onun həyatında fəal iştirak edir,yoldaşlarına tələblər verirlər.Kollektivin seçkili orqanları əsas təşkilatçı kimi çıxış edir.Bu mərhələdə kollektivin ictimai rəyi formalaşır və əsas tərbiyəedici,tənzimedici amilə cevrilir.Məhz bu pillədə ayrı-ayrı şagirdlərin xoşagəlməz hərəkətlərini kollektivin müzakirəsinə çıxarmaq və onlara səmərəli kollektiv təsiri təşkil etmək mümkündür.



Dördüncü mərhələ kollektivin yetkinlik mərhələsi adlanır.Bu mərhələdə kollektivin bütün üzvləri onun həyatında fəal iştirak edir,hərə özünə tələb verir.Beləliklə,tərbiyə özünü tərbiyə ilə qovuşur. Kollektivin təşəkkülü və formalaşmasının göstərilən mərhələləri onun inkişaf dinamikasını ifadə edir:kollektiv pedaqoji rəhbərlikdən tədricən özünü idarə və özünü tənzimləmə sisteminə çevrilir və mühüm tərbiyyə vasitəsi kimi çıxış edir. Kollekti təşkil edib formalaşdırmaqla yanaşı,onun tərbiyyəsi qeydinə də qalmaq lazımdır.Əks halda,böyük zəhmətlə yaradılan kollektiv inkişaf etməz,zəifləyib dağıla bilər.


Yüklə 26,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin