Mövzu-3 Məktəbəqədər yaş dövründə şəxsiyyətin inkişafı və tərbiyəsi.
Kollektivin tərbiyyəsi yolları.
Məktəb şagird kollektivinin tərbiyyəsi ücün müxtəlif yollardan istifadə edilir: a)kollektiv qarşısında fərəhli məqsədlərin qoyulması; b)məktəbdə tərbiyyəvi ənənələrin formalaşdırılması; c)kollektivdə fəalların rolunun və sayının artırılması; ç)kollektiv üzvləri arasınsa səmimi qarşılıqlı münasibətlərin (yoldaşlıq və dostluğun) yaradılması. Kollektiv tərbiyyəsinin əsas yolu onun qarşısında fərəhli məqsədlarin qoyulmasıdır.Kollektivin özünü möhkəmləndirməsi qanununa əsasən,birgə fəaliyyət məqsədlərinin mövcudluğu nəinki insan qrupunu kollketivə çevirir,həm də onun özünü möhkəmləndirməsini;bu məqsədlərin itirilməsi kollektivin də dağılmasına,onun korperativ qrupa çevriliməsinə səbəb olur. Fərəhli və ictimai-faydalı məqsəd uğrunda mübarizə kollektivi möhkəmləndirir onun həyatına sevinc və gümrahlıq gətirir.A.S.Makarenko kollektiv qarşısında qoyulan fərəhli perspektiv məqsədlərin üç növünü müəyyən etmişdi:yaxın,orta və uzaq perspektivlər.Bu halda yaxın məqsəd əldə edilərkən yenisis irəli sürmək lazımdır.Məsələn,məktəb həyətini təmizləmək-idman kompleksi yaratmaq-daha sonra məktəb daxili və rayon üzrə idman yarışları keçirmək. Kollektivin tərbiyəsində ənənələrin rolu böyükdür.Ənənə dedikdə,dövri olaraq təkrarlanan və hamı tərəfindən qəbul edilən möhkəm qaydalar başa düşülür.Ənənə kollektivi birləşdirir,onun həyatına gümrahlıq,gözəllik verir,onu dağılmaqdan qoruyur.Bu mənada A.S.Makarenko ənənəni “ictimai yapışqan” adlandırıb qeyd edirdi ki,heç nə ənənə qəədər kollektivi möhkəmlədmir.Məktəblərdə ilk zəng,son zəng,məzunların görüşü,hər şagirdin bir ağac əkib on bir il ona qulluq etməsi,hər il idman spartaki adası keçirilməsi və s. kimi ənənələr vardır. Kollektivi inkişaf etdirməyin bir yolu da fəalların rolunun və sayını artırmaqdan ibarətdir. Fəallar kollektivin canlı özəyini təşkil edir,tərbiyəçinin yaxın köməkçisi kimi çıxış edirlər. Onlar kollektivin gündəlik həyatında yaxından iştirak edir,təşəbbüs göstərir verilən ictimai işləri yerinə yetirir,öz yoldaşları üçün nümunə olurlar. Kollektivin tərbiyyəsində şəxsiyyətlər arasında səmimi qarşılıqlı münasibətlərin yaradılması yoldaşlıq və dostluğun möhkəmləndirilməsi mühim şərtdir.Kollektivdə münasibətlər qarşılıqlı rəğbət,hörmət,bərabərlik,yoldaşlıq və dostluqa əsaslanmalıdır.Belə münasibətlər kollektivi birləşdirir,onu mehribanlaşdırır və möhkəmləndirir.Əksinə,şagirdlər arasında qeyri-səmimi münasibətlər,küsülülük,çəkişmə və parçalanma halları kollektivi zəiflədir,onun dağılmasına gətirib çıxarır.Buna görə də kollektivdə işgüzar,humanist,səmimi münasibətlərin yaradılması qeydinə qalmaq,bu məqsədlə birgə maraqlı tədbirlər(əmək,idman yarişları,ekskursiya və gəzintilər,oyun və əyləncələr və s.)keçirmək faydalıdır.