Plan: Orfoepiya üzrə işlər


Söz birləşmələri tərtib etmək və bunları cümlələrdə işlət­mək



Yüklə 23,07 Kb.
səhifə5/5
tarix14.10.2022
ölçüsü23,07 Kb.
#65104
1   2   3   4   5
İbtidai siniflərdə ədəbi tələffüz üzrə aparılan işlər

Söz birləşmələri tərtib etmək və bunları cümlələrdə işlət­mək. İkimərhələli icra funksiyası olan belə işlərdə, ilk növbədə, şagirdlərə müxtəlif sözlərdən ismi və feli birləşmələr tərtib etməyi tapşırmaq, sonra isə həmin birləşmələri cümlələrdə işlətmək həvalə olunmalıdır. Şagirdlərdə düzgün ritmik bölgü vərdişlərinin gücləndirilməsi üçün tərtib edilmiş ismi və feli birləşməli cümlələrin şifahi oxusu da təşkil olunmalıdır.
Sadə cümlələrdən mürəkkəb cümlələr tərtib etmək. Məzmun və qrammatik forma baxımından birləşdirilməsi mümkün olan sadə cümlələri mürəkkəb cümlələrə çevirmək, baş cümləyə budaq, budaq cümləyə baş cüm­lə əlavə etməklə mürəkkəb cümlələr düzəltmək, eyni məz­­munlu budaq cümləni müxtəlif baş cümləyə yanaş­dır­maq­la bir cümləni müxtəlif budaq cümlə şəklində işlətməyi tapşırmaq həm elmi biliklərinin də­qiq­ləş­məsinə, həm də şagirdlərdə cümlə qurmaq vərdiş­lərinin inkişaf etdirilməsinə kömək edir.
Mətndən seçilmiş ifadə və sözləri yeni mətndə işlətmək. Şagirdlərə atalar sözləri və məsəllər, aforizmlər, obrazlı ifadələr öyrətdikdən sonra onlardan digər mətnlərdə, yaradıcı yazılarda, öz söyləmlərində istifadə etmək bacarığı formalaşdırmaq da şifahi və yazılı nitq inkişafına orijinal təsir edir.
Müəllimin təqdim etdiyi sxem əsasında cümlələr tərtib etmək. Sintaktik əlaqələrin (idarə, uzlaşma, yanaşma) tədrisində onların hamısı üçün qəbul edilmiş işarələrin işlənməsi qaydala­rı­ şagirdlərə mənimsədilməli, verilmiş cümlələr bu sxemə müvafiq təhlil edilməlidir. Sonrakı mərhələdə isə sxemləri təqdim etməklə yeni, original cümlələr qurmağı tələb etmək olar.
Yüklə 23,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin