Plan: Orfoepiya üzrə işlər


Cümlə qurmaq vərdişlərinin inkişafı üzrə aparılan işlər



Yüklə 23,07 Kb.
səhifə4/5
tarix14.10.2022
ölçüsü23,07 Kb.
#65104
1   2   3   4   5
İbtidai siniflərdə ədəbi tələffüz üzrə aparılan işlər

Cümlə qurmaq vərdişlərinin inkişafı üzrə aparılan işlər. Nitq vərdişlərinin inkişafı üzrə aparılan işlərin digər istiqamət­­rinə nisbətən, məktəblərimizdə cümlə qurmaq vər­diş­lərinin inkişafı üzrə işlərin vəziyyəti lazım olan səviyyədə sayıla bilər. Həm şifahi, həm yazılı nitq vərdişlərinin inkişafında mühüm rol oynayan bu vərdişlərin yaranması, formalaşması üçün müəllimlər rəngarəng yol və vasitələrdən istifadə edirlər.
Suallar və cavablarla iş. Bu iş növündən istifadə etməyən Azərbaycan dili dərsi təsəvvür etmək çətindir. Suallara cavab həm konkret mövzuya aid dəqiq bilik, həm də cümlə qurmaq bacarığı tələb edir. Şagirdlərin özünün sualvermə prosesinə cəlb olunması isə sual cümlələrini aydın, qrammatik formaya müvafiq və müəyyən üslubi çalarda qurmağa kömək edir. Cümlə üzvlərinə düzgün sintaktik sual vermək, cavabların elmi dəqiqliyinə diqqət ayırmaq və üslubi məqamlardan yerində istifadə etmək bacarığı formalaşdırmaq dil dərslərinin ən faydalı elementlərindəndir.
Buraxılmış sözləri yerinə qoymaqla cümlələri tamamla­maq. Nitq hissələrini, cümlə üzvlərini tədris edərkən şagirdləri belə xarakterli çalışmalar üzərində iş­lət­mək çox faydalıdır. Məsələn, bir ismi müxtəlif cüm­lələrdə müxtəlif hallarda, bir feli müx­təlif cümlələrdə müxtəlif zamanlarda işlətmək tapşırığı vermək belə çalışmalardandır. Müxtəsər cümləni bütöv ge­niş cümlə ilə əvəz etdirmək, pərakəndə verilmiş sözlərdən fikri ifadə edən cümlələr düzəltdirmək də bu tip çalışmalara aiddir və bu xarakterli işlərin düzgün qurulması cümlə qurmaq vərdişlərinin inkişaf etdirilməsinə müsbət təsir edir.

Yüklə 23,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin