MÖVZU 23.MƏKTƏBƏ PSİXOLOJİ XİDMƏTİN FUNKSİYALARI VƏ ƏSAS İSTİQAMƏTLƏRİ
PLAN:
Məktəbə psixoloji xidmətin istiqamətləri
a/ Psixoloji maarifləndirmə
b/ Psixoloji diaqnostika
c/ Psixoloji profilaktika
ç/ Psixoloji korreksiya
d/ Psixoloji konsultasiya
Məktəbə psixoloji xidmətin aspektləri
1a/ Təhsil sistemində praktik psixoloji xidmətin strukturunda psixoloji maarifləndirmə işi özünəməxsus yer tutur. Onun əsas məqsədi təhsil sisteminə daxil olan müxtəlif tipli müəssisələrdə çalışan müəllim və tərbiyəçiləri psixologiya elminin son nailiyyətləri ilə tanış etməkdən, pedaqoq və valideynləri uşaqların inkişafında və davranışında müşahidə edilən vormadan kənara çıxma halları haqqında məlumatlandırmaqdan ibarətdir. Təhsil müəssisəində psixoloji maarifləndirmə işi təhsilləndirici və profilaktik məqsəd daşıyır. Təhsilləndirici maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər sırasında xüsusi hazırlığı olmayaq şəxslərlə termonoloji sahəsə görülən işlər mühüm yer tutur. Maarifləndirmə sahəsində görülən işlərin əsas təşkilat forması qrup şəklində aparılan işlərdir. Bunların sırasında mühazirələr, söhbətlər, diskussiya xarakterli disputlar, seminarlar, treninqlər və s. əsas yer tutur. Qeyd olunan maarifləndirici tədbirlərin həyata keçirilməsinin əsas vasitəsi verbal-kommunikativ vasitələrdir. bu cür təsir formaları monoloji (mühazirə), dialoji (diskusiya) və qrup (disputlar) ünsiyyətinin imkanları nəzərə alınmaqla təşkil olunur.
Praktik psixoloq müəllim, tərbiyəçi və valideynlər arasında müxtəlif formada maarifləndirmə işi aparmaqla onların “Uşaq psixologiyası”, “Ailə psixologiyası”, “Ünsiyyət psixologiyası” və s. kimi konkrek bilik sahələri ilə tanış edir, uşaqların inkişafı, təlim və tərbiyəsi, pedaqoji təsir üsullarının psixoloji xüsusiyyətləri ilə tanış edir, yaranan münaqişələrin həlli yolları haqqında məsləhətlər və tövsiyələr verir.
Valideynlər arasında aparılan maarifləndirmə işində aşağıdakı problem mövzular müzakirə edilir:
uşaqların bağçaya adaptasiyası və məktəbə hazırlanması ilə bağlı məsələlər;
uşaqların cinsi identifikasiyası və psixoseksual inkişafı ilə əlaqədar mövzular
Bir sözlə, maarifləndirmə işinin əsas mahiyyəti insanın psixi inkişafı şərtləri və qanunauyğunluqları, psixologiya elminin müasir vəziyyəti ilə tanışlıqdan ibarətdir.
b/Psixoloji diaqnostika praktik psixologiyanın xüsusi sahəsidir. Psixodiaqnostika inteqrativ elmi-texnoloji fənn olub diferensial psixologiya və test yaradıcılığının riyazi texnologiyası üzrə elmi nəzəriyyəyə istinad edir. Psixodiaqnostika bu yolla konkret praktik məsələlərin həlli üçün psixodiaqnostik metodikalar yaradır və onlardan istifadə edir.Bu medikalarlalarla psixoloji diaqnozun qoyilması sınanılan şəxs haqqında kifayət qədər sürətli və etibarlı şəkildə məlumatların əldə edilməsini təmin edir. Psixodiaqnostikanın əsas məqsədi fərdin psixi və şəxsi inkişafını tam təmin etməkdən ibarətdir.
Psixodiaqnostika təcrübəsində fərdin əldə etdiyi psixi inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün aşağıdakı ümumi vəzifələr həll edilir:
* hər hansı psixi xassə və keyfiyyətin inkişaf səviyyəsinin aşkara çıxarılması;
* müəyyən yaş mərhələsində psixi xassə və keyfiyyətlərin yaranması və onun inkiaşf dinamikasının müəyyənləşdirilməsi;
* fərdin və qrupun bu və ya digər fəaliyyət sahəsində, məsələn, öz xidməti vəzifəsinin icrası üçün onun peşə yararlığının müəyyənləşdirilməsi;
* fərdin və ya qrupun gələcək həyat yolunun seçilməsi, gələcək özünütəhsil üçün tövsiyələrin işlənib hazırlanması.
Psixodiaqnotika üzrə ixtisaslaşmış praktik psixoloqun başlıca vəzifəsi təhsil sistemində uşaqların və yaşlı adamların psixologiyası və davranışını etibarlı diaqnostik müayinə metodları vasitəsi ilə ölçüb qiymətləndirməkdən və buna əsaslanan ixtisalı psixoloji xarakteristikalar və tövsiyələr hazırlamaqdan ibarətdir.
Bu istiqamət üzrə peşəkar praktik xidmət göstərən psixoloji təcrübədə yalnız bu və ya digər psixodiaqnostik metodikaların tətbiqi texnikasını bilməklə kifayətlənə bilməz. O həm də psixodiaqnostik nəzəriyyəyə dərindən bələd olmalı, onun inkişaf mərhələlərini bilməlidir. Praktik psixodiaqnostika üzrə mütəxəssisdən psixoloji müayinə vasitəsi ilə əldə edilən nəticələri elmi cəhətdən təhlil etmək, onların korreksiya imkanlarını müəyyənləşdirmək bacarığı, inteqrsiya-nəticələri standart normalarla müqayisə etmək qabiliyyəti tələb olunur.
c/ Psixoloji profilaktika məsləhət vermə məntəqələri, “inam telefonları” və digər təsisatlar vasitəsi ilə psixi cəhətdən sağlam, lakin ehtiyacı olan adamlara psixoloji yardımın göstərilməsini əhatə edən vahid psixoloji xidmətin ayrılmaz tərkib hissələrindən və ən mühüm istiqamətlərindən biridir. O, təhsil müəssisələrində təhsil alanların, tərbiyə olunanların maneə və çətinliklər haqqında vaxtında xəbərdar edilməsi və onların qarşısının alınması məqsədilə pedaqoji işçilər və valideynlər üçün konkret tövsiyələrin işlənilib hazırlanmasını nəzərdə tutan fəaliyyət sahəsidir.
Müasir psixoloji profilaktikanın əsas vəzifəsi adamlarda istehsalat, təhsil, idman, ailə, biznes və s.kimi sahələrdə, böhranlı vəziyyətlərdə, ekstremal şəraitlərdə zəruri köməyin göstərilməsindən ibarətdir.
Psixoloji profilaktika uşağın inkişafında arzuolunmaz anomaliya və qüsurların irəlicədən qarşısını almağa yönəlmiş qabaqlayıcı tədbirlər sistemidir. Praktik psixoloq psixoprofilaktik işlər vasitəsi ilə müəllim və tərbiyəçilərdə, valideynlərdə və onları əvəz edən şəxslərdə ümumi psixoloji mədəniyyəti formalaşdırır.
Psixoprofilaktik istiqamətdə iş aparan psixoloq aşağıdakı konkret tədbirləri həyata keçirir:
müəllimlər və şagirdlər arasında pedaqoji-psixoloji bilikləri təbliğ edir;
psixologiya üzrə dərnək və ya maraq kursu təşkil edir və ona rəhbərlik edir;
şagirdlərin şəxsiyyətinə mənfi təsir edən zəruri mənbələri aşkara çıxarır, pedaqoji kollektiv üçün onların təcrid edilməsi və ya neytrallaşdırılmasına yönəlmiş tövsiyələr hazırlayır;
qayğıdan kənarda qalmış, qabiliyyəti olan baxımsız uşaqları aşkara çıxarır, onların inkişafı məqsədilə müəllimlər üçün fərdi planlar tərtib edir;
pedaqoji kollektiv üzvlərinin psixoloji cəhətdən yüklənməsinin qarşısını almaq məqsədilə məktəb rəhbərliyinə xəbərdarlıqlar edir, u sahədə müstəqil iş aparırı;
müəllim və tərbiyəçilərlə birlikvə uşaqlar və şagirdlərin təhsil müəsisəsinə adaptasiyası üzrə elmi əcəhətdən əsaslandırılmış proqramlar işləyib hazırlayır və onların həyata keçirilməsində iştirak edir.
Dostları ilə paylaş: |