Kollektivin təşkili - bu, hər şeydən əvvəl, pedaqoji prosesin tələblərinə uyğun olaraq müəllimlərin qarşılıqlı münasibətini, onların intizamını qaydaya salmaqdan ibarətdir. Kollektivin təşkilinin bilavasitə obyektiv nəticəsi kollektivdəki sosial rolların persenifikasiyasından (şəxsləndirilməsindən), daha doğrusu müəllimlərin seçilməsi və yerləşdirilməsi, eləcə də onların birgə fəaliyyətinin əlaqələndirilmə- sindən ibarətdir.
Məqsəd yönəlişliyi - bu, pedaqoji kollektivdə mövcud konkret fəaliyyət şəraitində məktəbin idarə olunmasının sosial funksiyasının həyata keçirilməsinə yönəldilmiş məqsədlərin təşəkkülündən ibarətdir. Kollektiv və onun hər bir üzvü tərəfindən qəbul olunmuş məqsəd onların əmək fəaliyyətinin lazım olan istiqamətdə fəallaşdırılması üçün mühüm zəminə çevrilir.