14.Pedaqoji nəticələr. Gələcəkdə həmin şagirdlə hansı tərbiyəvi işlər aparmaq lazımdır? (müəllimlər, sinif rəhbəri, valideynlər, sinif və məktəb kollek- tivi, eləcə də şagirdin özü tərəfindən).
Sinif kollektivinin psixoloji xarakteristikasına gəldikdə, o da özündə aşağı- dakı göstəriciləri əks etdirməlidir.
I. Məktəbin bir kollektiv kimi xarakteristikası.
II. Sinif kollektivinin strukturu.
III. Sinif kollektivinin ayrı-ayrı fəaliyyət növlərində iştirakının xarak- teristikası.
IV. Sinfin davranışı və məqsədləri.
V. Şəxsiyətlərarası münasibətlər, kollektivdəki mikroklimat.
VI. Sinif fəalları və liderlərinin xarakteristikası.
VII. Sinif kollektivinə təsir edən amillər.
VIII. Sinfi bir kollektiv kimi xarakterizə edən ümumi nəticə, gələcəkdə aparılacaq iş barədə təklif və məsləhətlər. Sinif kollektivini aşağıdakı təxmini sxem üzrə öyrənmək və ona psixoloji-pedaqoji xarakteristika tərtib etmək olar
2. Sinif kollektivinin öyrənilməsi və ona psixoloji-pedaqoji xarakteristika tərtib etmək üçün təxmini sxem: