9.Emosional-iradi sferasının xüsusiyyətləri. Pedaqoji təsirlərə emosional reaksiyasının xarakteri. Əxlaqi, zehni və estetik hisslərin xüsusiyyətləri. Emosional oyanıqlıq dərəcəsi, emosiyaların cərəyanı və dəyişmə sürəti, emosiyaların xarici ifadəsi. İradi xüsusiyyətləri: məqsədyönlülüyü, müstəqilliyi, təşəbbüskarlığı, qətiliyi, təkidliliyi, özünə sahib olması və s.
10.Qabiliyyətlər. Ümumi və xüsusi qabiliyyətləri; şagirddə aydın müşahidə olunan qabiliyyətlər: musiqi, texniki, riyazi, təşkilatçılıq və s.
11.Temperament. Temperamentin hansı tipinin üstünlük təşkil etməsi: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Həmin tipə mənsub olduğunu göstərən amillər.
12.Xarakter. Şagirdin təlimə münasibətdə ifadə olunan xarakter əlamətləri: səyliliyi, fəallığı, intizamlılığı və s. Məktəbə və sinfə münasibətdə ifadə olunan xarakter əlamətləri. Əməyə münasibətdə ifadə olunan xarakter əlamətləri: əməksevərliyi, vicdanlılığı, işgüzarlılığı. Yoldaşlarına və böyüklərə münasibətdə ifadə olunan xarakter əlamətləri: qayğıkeşlilik, ünsiyyətlilik. Şeylərə münasibətdə ifadə olunan xarakter əlamətləri: səliqəlilik və ya səliqəsizlik, ehtiyatlılıq, ehtiyatsızlıq. Özünə münasibətdə ifadə olunan xarakter əlamətləri: təvazökarlıq, lovğalıq, məğrurluq və s.
13.Təcrübəçi tələbə kollektivin köməyi və fərdi yanaşma yolu ilə şagirdin tərbiyəsində nə kimi işlər görmüşdür? Yerinə yetirilən işin səmərəliliyi.
Dostları ilə paylaş: |