Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


MÖVZU 16. PEDAQOJİ ÜNSİYYƏT VƏ ONUN SOSİAL-PSİXOLOJİ MEXANİZMLƏRİ HAQQINDA



Yüklə 135,86 Kb.
səhifə40/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   36   37   38   39   40   41   42   43   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

MÖVZU 16. PEDAQOJİ ÜNSİYYƏT VƏ ONUN SOSİAL-PSİXOLOJİ MEXANİZMLƏRİ HAQQINDA

PLAN:



1. Pedaqoji ünsiyyətin psixoloji səciyyəsi

2. Pedaqoji ünsiyyətin məqsəd və vəzifələri

3. İdarəetmə ilə bağlı rəhbərlik üslubları

4. Müəllimin şagirdlərlə ünsiyyət üslubu

5. Pedaqoji ünsiyyətdə davranış modelləri
1. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstəriri və bir-birini qavrayır və anlayırlar. Bir sözlə, ünsiyyətə girirlər.Ünsiyyət olmadan insanların birgə fəaliyyətinin həyata keçməsi mümkün deyildir. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Hər bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlaşma baş verməz.

Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından irəli gələn təmasın çoxplanlı inkişaf prosesdir. Bu cür birgə fəaliyyət prosesində insanlar fikir, informasiya mübadiləsi aparmalı olur, bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini anlayır, başa düşürlər.Ünsiyyət insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirə deyilir. Ünsiyyət iki və ya daha çox adam arasında baş verir. Bu proses dərk edilmiş olur.

Ünsiyyət insanlar arasında informasiya mübadiləsi olmaqla bərabər, qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir. ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma və vasitələri vardır.Ünsiyyət fəaliyyətin xüsusi növüdür. Ünsiyyət prosesində insanlar arasında fikir, rəy, təcrübə və hisslər mübadiləsi gedir. İnsanlar öz bilik və təsəvvürlərini başqalarına aşılayır. Ünsiyyət prosesində insanlar nəinki müxtəlif mühit haqqında məlumat əldə edir, həm də adət və vərdişlərə yiyələnirlər ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir.Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları mütəhərrik edir. Ünsiyyət şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir.

Şəxsiyyətin təşəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhsuludur. Odur ki, insanın özünü dərk etməsi, öz məninə nəzər salması, özünü başqaları ilə müqayisə edərək qiymətləndirməsi yalnız ünsiyyət prosesində baş verir.

2. Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində həyata keçirdiyi peşə ünsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait yaradılmasına yönəlmiş olur, kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa imkan ve- rir. Pedaqoji ünsiyyət ünsiyyətin bütün xüsusiyyətlərini özündə əks etdirir. Ona görə də birinci növbədə həmin cəhətləri nəzərdən keçirək.

Psixoloji ədəbiyyatda ünsiyyətin bir-birilə sıx bağlı olan üç cəhəti qeyd edilir. Bu cəhətlərin hər biri pedaqoji ünsiyyətə də aiddir. Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun aşağıdakı növlərini ayırmaq mümkündür: informasiya mübadiləsi, başqa adamın davranışını tənzim etmək, şəxsiyyət- lərarası anlama.

Tərəf müqabilliyin xarakterinə və müəllimin ünsiyyətdəki mövqeyinə görə də pedaqoji ünsiyyətin növlərini müəyyənləşdirmək mümkündür. Adətən, şagirdlərlə və müəllimlərlə valideynlərlə ünsiyyət zamanı müəllim qiymətləndirən rolunda, direktorla, dərs hissə müdiri ilə, metodistlə, inspektorla pedaqoji ünsiyyət zamanı isə qiymətləndirilən rolunda çıxış edir və buna müvafiq olaraq ünsiyyət vasitəsi də dəyişilir. Pedaqoji ünsiyyəti öz məzmununa və müəllimin şagirdə müraciət tərzinə görə də növlərə ayırmaq mümkündür.

Bunlara təşkiledici, qiymətləndirici, intizam yaradan pedaqoji ünsiyyət növlərini aid etmək olar. Pedaqoji ünsiyyətin hansı növündən istifadə edilməsindən asılı olmayaraq müəllimin şagird kollektivi ilə məhsuldar ünsiyyət prosesi təşkil olunmadan pedaqoji fəaliyyətin didaktik və tərbiyəvi vəzifələrini lazımi şəkildə həyata keçirmək mümkün deyildir.Pedaqoji ünsiyyətin məzmununa gəldikdə, bunu ünsiyyət prosesində müəllim və şagirdin bir-birilə informasiya mübadiləsi təşkil edir. Ünsiyyətin məzmunu təlim prosesində müəllimin qarşıya qoyduğu məqsədlə müəyyən edilir. Ünsiyyət vahid məqsədə yönəlmədən, vahid məqsəd güdmədən səmərəli nəticə verməyəcəkdir.

Pedaqoji ünsiyyətin səmərəliliyi onun motivlərindən də asılıdır. Motivin düzgünlüyü və dərk edilmiş xarakter daşıması pedaqoji ünsiyyətin gedişini şərtləndirir. Nəhayət, pedaqoji ünsiyyət müvafiq normalar çərçivəsində getməlidir. Müəyyən normaların gözlənilməməsi bir növ pedaqoji ünsiyyətin səmərəliliyini itirir və ünsiyyət istənilən nəticəni vermir.

Kommunikativ məsələni həll etməyə yönəldilmiş bu cür davamlı keyfiyyətlər fərdi ünsiyyət üslubu adlanır. Ünsiyyətin məqsədi insanın nəyin naminə fəallıq göstərməsi ilə bağlıdır. Düməli, ünsiyyətin məqsədi insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin məqsədi geniş və çoxsahəlidir.



Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin