İkinci qrup göstəricilər səmərəli nəticə verən göstəricilərdir. Buraya beş qrup göstəricini aid edə bilərik. Yeddinci göstərici - müəllimin öz şagirdlərində təlimə yiyələnməyin və öyrənməyə qabilliyin zəruri səviyyəsini təmin edə bilməsidir. Həmin göstərici müəllimin bir sıra bacarıqla rında ifadə olunur:şagirdlərdə dərin və möhkən biliklərin tələb olunan səviyyəsinə, eləcə də hər bir sinif üçün zəruri olan oxuya bilmək bacarığı, kitabla işləmək tərzləri, müstəqil işləmək vərdişlərinin yaranma- sına nail olmaq bacarığı, şagirdin sonrakı təsirləri qəbul etməyə, sonrakı bilikləri, biliklərə yiyələnmənin yeni üsullarını mənimsəməsini, özünütəhsilə cəhd göstər- məyə hazır olmasını təmin etmək bacarığı və s.