Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


Beşinci göstərici - müəllimin pedaqoji fəaliyyətin vasitələrini tətbiq etmək bacarığıdır



Yüklə 135,86 Kb.
səhifə65/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   61   62   63   64   65   66   67   68   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

Beşinci göstərici - müəllimin pedaqoji fəaliyyətin vasitələrini tətbiq etmək bacarığıdır. Həmin göstərici müəllimin bir sıra bacarıqlarında ifadə olunur: didaktika və xüsusi metodikaların müasir vəziyyətini nəzərə almaqla optimal metodlar və təlim formaları seçə bilmək, dəyişən pedaqoji situasiya şəraitində qərar qəbul edə bilmək, müxtəlif pedaqoji situasiyaları müqayisə edə və ümumiləş- dirə bilmək, minimum vaxt sərf etməklə maksimum nəticəyə nail olmağa imkan verən təlim metodlarını tətbiq edə bilmək, müxtəlif pedaqoji situasiyalarda şagird- lərin psixi inkişafının keyfiyyət dəyişmələrinin təzahürünü maksimum təmin edən bacarıq və vərdişlərin məzmunundan ibarət pedaqoji texnikaya malik olmaq və s.

Altıncı göstərici - müəllimin öz pedaoji fəaliyyətini təhlil edə, qiymətləndirə və təshih edə bilmək bacarığıdır. Həmin göstərici müəllimin bir sıra bacarıqla- rında ifadə olunur: özünün pedaqoji fəaliyyətini öyrənə, qeyd edə bilmək, gündəlik yazmaq , onun nəticələrini tərtib etmək və onun təhlili əsasında çıxış edə bilmək, öz təcrübəsini psixoloji-pedaqoji elmlərin yeni nailiyyətləri ilə müqayisə edə bilmək, konkret şəraiti nəzərə almaqla öz işində qabaqcıl təcrübədən və novator müəllimlərin təcrübəsindən istifadə etməyi bacarmaq, öz pedaqoji fəaliy- yətini planlaşdıra və qiymətləndirə bilmək, "məişət" pedaqoji intuisiyasından öz təcrübəsini şüurlu şəkildə təhlil etməyə, oradan da ustad müəllimlərin bütün pedaqoji situasiyaları bir tam şəklində əhatə etməsindən ibarət olan ali intuisiya tipinə keçə bilmək, pedaqoji məntiqə malik olmaq, öz təcrübəsində şagirdlərin psixi inkişafında pedaqoji təsirlərin məqsədləri, vasitələri və onların nəticələri arasındakı qarşılıqlı əlaqəni görə bilmək və s.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin