Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


MÖVZU 19. MÜƏLLİMİN PEDAQOJİ FƏALİYYƏTİNİN



Yüklə 135,86 Kb.
səhifə61/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   57   58   59   60   61   62   63   64   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

MÖVZU 19. MÜƏLLİMİN PEDAQOJİ FƏALİYYƏTİNİN

SƏMƏRƏLİLİK GÖSTƏRİCİLƏRİ
PLAN:

1. Müəllim peşəsinin keyfiyyətləri

2. Müəllim əməyinin xüsusiyyətləri

3. Müəllim əməyinin səmərəliliyinin göstəricilərinə verilən tələblər

4. Müəllimin pedaqoji fəaliyyətinin səmərəlilik göstəriciləri

5. Müəllim şəxsiyyətinin istiqamətini müəyyən edən amillər


1. Pedaqoji fəaliyyətin müvəffəqiyyətində yüksək keyfiyyətlərə malik olan müəllim şəxsiyyətinin formalaşması mühüm əhəmiyyətə malikdir. Həmin keyfiy- yətlər fəaliyyət prosesində tədricən şagirdlərin şəxsiyyətinin əlamətlərinə çevrilir. Qabaqcıl müəllimlərdə yüksək şüurluluq, əxlaqi keyfiyyətlər, həqiqi inam, ümumi mədəniyyət kimi keyfiyyətlər formalaşır. Pedaqoji qabiliyyətlərlə birlikdə keyfiy- yətlər müəllimə öz fəaliyyətində müvəffəqiyyət qazanmaq imkanı verir.

Müəllimin öz fəaliyyətində müvəffəqiyyət qazanmasında onun əxlaqi və iradi keyfiyyətləri də mühüm yer tutur. Bu keyfiyyətlər möhkəmlənir və müəllimin şəxsiyyətinin daimi əlamətinə çevrilir. Müəllimin iradi qüvvəsinin ən parlaq ifadələrindən biri onun məqsədəyönəlişliyi, daima böyük pedaqoji vəzifələri həll etməyə yönəlməsindən ibarətdir. İradəli müəllim təkcə şagirdin qarşısına tələb qoymaqla kifayətlənmir, eyni zamanda həmin tələbin dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət edir. Müəllim təkidli olmalıdır. Təkidlilik təkcə müəllimin şagirdlərə qarşı tələbkar olması, ona nəzarət etməsi üçün zəruri deyildir. Bu keyfiyyət həm də müəllimin öz pedaqoji fəaliyyətini icra edərkən qarşıya çıxan çətinlik və maneələri aradan qaldırması, fasiləsiz olaraq öz üzərində işləməsi, öz ixtisasını artırması üçün də zəruridir.

Pedaqoji işin müvəffəqiyyəti üçün müəllimdə dözümlülük, hövsələnin olması də zəruridir. Əgər müəllim özünü ələ ala bilmirsə, o sinfi də ələ ala bilməyəcəkdir. Müəllim özünü ələ ala bilməyi, öz hərəkətlərinə nəzarət etməyi bacarmalıdır. Müəllim üçün xarakterik keyfiyyətlərdən onun təvazökarlıq və özünə qarşı tələbkarlığını da qeyd etmək lazımdır. Təcrübəli müəllim nə qədər müvəffəqiyyət qazansa da hələ çox işlər görmək lazım gəldiyini başa düşür.

Rus pedaqoqu K.D.Uşinski təlim və tərbiyə işində müəllimin mövqeyinə müstəsna əhəmiyyət verərək onun geniş və dərin elmi-pedaqoji biliyə, yüksək əxlaqi keyfiyyətlərə, möhkəm iradəyə və xarakterə malik olmasını tələb edirdi. O, tərbiyəçinin tərbiyə etdiyi insanı hərtərəfli bilməsinin, onu dəqiqi öyrənməsinin zəruriliyini, həmin biliklər olmadan tərbiyə işini düzgün təşkil etməyin mümknü olmadığını göstərir. Müəllim şəxsiyyətinin müsbət keyfiyyətlərə malik olması onun pedaqoji fəaliyyəti üçün zəruridir.

A.İ.Gertsen qeyd edirdi ki, şagirdlərə təkcə biliyin biliyi deyil, onun şəxsiyyəti də, ruhi keyfiyyətləri də əsaslı təsir edir. Müəllim şəxsiyyətinin şagirdlərə tərbiyələbdirici təsirini başqa heç bir şey əvəz edə bilməz. Müəllimin şəxsi nümunəsi, onun şəxsiyyəti şagird şəxsiyyətini təşəkkül etdirir, onun inkişafına şərait yaradır. Hətta şagirdlər müəllim şəxsiyyətinin keyfiyyətlərinə görə öz müəllimlərinə oxşamağa çalışırlar, bütün fəaliyyətlərində buna can atırlar. Sevimli müəlliminin şəxsiyyəti onların həyatına işıq saçan mayaka çevrilir. Ona gördə də müəllim şəxsiyyətində elə müsbət keyfiyyətlər formalaşmalıdır ki, onlar şagirdlər üçün əsl nümunə götüləcək obyekt olsun.
2. Müəllim əməyi çətin, mürəkkəb, lakin xeyirxah əməkdir. "İnsan-insan" tipli başqa peşələrdən fərqli olaraq müəllimlik peşəsi özünəməxsus spesifik xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər müəllim əməyinin obyektində, onun məqsəd və vəzifələrində, vasitə və yollarında, nəhayət əməyin nəticəsində özünü göstərir. Müəllim əməyinin obyektini özünün psixi simasına, mənəvi həyat aləminə malik olan insan təşkil edir. Həmin insan sadəcə olaraq obyekt olaraq qalmır, o eyni zamanda pedaqoji fəaliyyətin subyektinə çevrilir, pedaqoji prosesin fəal iştiralçısı olur, daimi dəyişmə və inkişaf prosesi keçirir.Müəllim əməyi özünün məqsəd və vəzifələrinə görə başqa peşə sahiblərinin əməklərindən fərqlənir. Pedaqoji məqsəd və vəzifələr həmiş standart xarakter daşımır. Burada standartlıq mümkün də deyil.

A.S.Makarenkonun dediyi kimi, pedaqoji vəzifələr zaman etibarilə pedaqoji işlərlə möhkəmlənir, ona görə də gözləmədən, dərhal hərəkət etməyi tələb edir.Müəllim əməyinin nəticəsi də özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Müəllim əməyinin nəticəsiyetişdirdikləri şagirdlərlə, onların şəxsiyyət kimi necə formalaşmaları ilə, biliklərə yiyələnmək və tərbiyəlilik səviyyələri ilə müəyyən edilir. Onun əsas nəticəsi birinci növbədə şagirdin psixi simasında baş verən keyfiyyət dəyişmələrində, həm də təkcə indiki anda baş verən dəyişmələrində deyil, onun yaxın inkişaf zonasına doğru hərəkətini təmin edəcək səmərəli cəhətlərin olmasında özünü göstərir.

Müəllim əməyinin nəticəsini müəyyənləşdirməkdə şagirdlərin sonrakı yaş dövründə yerinə yetirəcəkləri işə, pedaqoji sistemin sonrakı mərhələsinə keçməyə necə hazırlanmaları da əsas götürülür. Müəllim əməyinə pedaqoji fəaliyyət, peda -qoji ünsiyyət, pedaqoji məqsəd, pedaqoji situasiya, pedaqoji fəaliyyət priyomları, şəxsiyyəti aid etmək olar.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin