MÖVZU 18. PEDAQOJİ FƏALİYYƏT ZAMANI MÜƏLLİMİN QARŞILAŞDIĞI ÇƏTİNLİKLƏR
PLAN:
1. Ünsiyyət zamanı müəllimin qarşılaşdığı çətinliklər
2. Psixoloji çətinliyin tipləri və onların aradan qaldırılması formaları
1. Müəllimin pedaqoji fəaliyyəti və pedaqoji ünsiyyəti həmişə rəvan, maneəsiz getmir. Müəllim bu prosesdə bir sıra psixoloji çətinliklərə rast gəlir ki, onları nəzərə almadan və aradan qaldırmadan pedaqoji fəaliyyətin müvəffəqiy- yətindən danışmaq mümkün deyildir. Müəllimin pedaqoji fəaliyyəti yerinə yetirərkən qarşılaşdığı çətinlikləri müxtəlif göstəricilərə əsasən tiplərə ayırmaq mümkündür. Buraya çətinliyi doğuran səbəbin obyektiv və ya subyektiv olmasını, çətinliyin dərk olunma dərəcəsini, pedaqoji təsirin təşkili xüsusiyyətini, özününəzarət və özünütənzimi və s. aid etmək olar. Çətinliyi doğuran səbəbin obyektivlik dərəcəsindən asılı olaraq obyektiv və subyektiv çətinlik, dərk olunma dərəcəsinə görə dərk olunan və dərk olunmayan çətinlik özünü göstərir.
Pedaqoji təsirin təşkili xüsusiyyətindən asılı olaraq aşağıdakı kimi psixoloji çətinliklər müşahidə olunur: yeni proqramla işləyə bilməmək, şagirdi öyrənə bilməmək, ayrı-ayrı psixi funksiyaların səviyyəsini qiymətləndirə bilməmək, şagirdi yaranma və inkişaf prosesində olan tam bir şəxsiyyət kimi görə bilməmək, şagirdləri mənimsəməyə, fənnə, xarici görkəmə, daha az əqli keyfiyyətə və şəxsi keyfiyyətə görə qiymətləndirmək, şagirdlərin əqli xüsusiyyətlərini və şəxsiyyətini psixoloji cəhətdən öyrənmək üsullarına yiyələnməmək və s. (A.K.Markova).
Özününəzarət və özünütənzimləmə ilə bağlı olaraq öz qüsurlarını görməkdə, ona nəzarət etməkdə çətinliklər meydana çıxır. Təcrübə göstərir ki, müəllim, xüsusilə təzəcə fəaliyyətə başlayan müəllim heç də həmişə qarşıya kommunikativ pedaqoji məqsəd qoyub onu dərk etmir, daha doğrusu, qarşıya qoyduğu məqsəd sistemində ünsiyyəti təsəvvürünə gətirə bilmir, şagirdlərin şəxsiyyətini öyrənməyi bacarmır, stereotip qiymətləndirmədən istifadə edir və buna müvafiq olaraq bütün siniflərdə yaş fərqindən asılı olmayaraq monoton ünsiyyətə gətirib çıxaran eyni cür qarşılıqlı təsir vasitəsindən istifadə edir, heç də həmişə ayrı-ayrı şagirdlərlə ünsiyyətdəki çətinliyi təsəvvür edə bilmir, sinfi ələ almaqda çətinlik çəkir, şagirdin sinifdə və ailədə nə kimi qeyri-formal rolu yerinə yetirdiyini bilmir, düzgün olmayan, mövcud şəraitlə uyğun gəlməyən pedaqoji rəhbərlik üslubunu tətbiq edir və s.
Ümumiyyətlə müəllimin öz fəaliyyətində qarşılaşdığı prinsipial psixoloji çətinlikləri ümumiləşdirmiş olsaq onların aşağıdakılardan ibarət olduğunu söyləyə bilərik: müəllim şagirdi bütövlükdə öz inkişaf perspektivində qavraya bilmir, öz əməyini pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və şəxsiyyətlə vəhdətdə olan bir tam kimi görə bilmir, onları “müəllimşagird” sistemi çərçivəsinə keçirə və qiymətlən- dirə bilmir. Müəllim üçün daha geniş yayılmış və xarakterik çətinlik şagirdlərin psixi vəziyyətini və özünün pedaqoji fəaliyyət və ünsiyyəti səviyyəsinin diaqnostikasını verə bilməməkdən ibarətdir. Ümumiyyətlə götürdükdə müəllimin psixoloji çətinlikləri, onun müəyyən pedaqoji şəraitdə həyata keçirdiyi fəaliyyət zamanı təzahür edən gərginlik vəziyyəti ilə müəyyən edilir.
2. Psixoloji ədəbiyyatda çətinliyin yaranma səbəbinin xarakteri ilə bağlı üç ümumi tipi müəyyənləşdirilmişdir:
Dostları ilə paylaş: |