Plan: Siyasi rejim anlayışı



Yüklə 23,54 Kb.
səhifə2/5
tarix09.05.2022
ölçüsü23,54 Kb.
#56829
növüDərs
1   2   3   4   5
M Ö V Z U 7 Siyasi rejimlər (1)

1.Siyasi rejim anlayışı. Siyasi rejim idarəetmə metodları və üsullarının məcmusu olub, dövlət sistemində müəyyənedici rola malikdir.

Siyasi rejimelə bir vasitə və metoddur ki, mövcud hakimiyyət onun vasitəsilə ölkədə hökmranlığı və cəmiyyətdə idarəetməni təşkil edir. O, həm də məcmu halında siyasi sistemin mahiyyətini ifadə edir. Siyasi nəzəriyyələrdə siyasi rejimlərin mahiyyəti və fərqləndiyirici cəhətləri müxtəlif mövqedən araşdırılır. Məsələn, marksizm siyasi rejimlərin müqayisəli təhlilini istehsal sistemilə əlaqələndirir. Müasir Avropa politoloqları isə siyasi rejimlər arasındakı fərqləri ilk növbədə tarixi inkişafın və mədəniyyət sferasındakı tərəqqinin nəticəsi ilə izah edirlər. Belə bir cəhəti qeyd etmək lazımdır ki, ictimai inkişafın bu və ya digər mərhələsində siyasi rejimlərin təsnifatı həmin mərhələnin konkret reallığı ilə şərtlənir. Yəni siyasi rejim sırf təmiz formada mövcud olmur.

Siyasi rejimlərin ilk təsnifatını Herodot b.e.ə. 5 əsrdə vermişdir. Aristotel 3 düzgün və ona uyğun 3 düzgün olmayan siyasi rejimləri fərqləndirmiş (monarxiya, aristokratiya, politiya – tiraniya, oliqprxiya, demokratiya), daha sonra orta əsrlərdə bu təsəvvürlər daha da zənginləşmişdi. Belə ki, Aristoteldən fərqli olaraq fransız maarifçisi Şarl Monteske respublikanı da siyasi rejimlər kimi əsaslandırmağa səy göstərmişdi. Fransız politoloqu M.Dyüverje isə siyasi rejimlrədəki fərqləri tarix və mədəni inkişafın nəticəsi kimi göstərimiş və onun istehsal sistemi ilə birbaşa əlaqəsini etiraf etmişdir. Onu qeyd etmək lazımdır ki, hər bir tarixi dövrdə siyasi rejimlərin təsnifatı həmin dövrün reallıqlarına əsaslanır. Yəni hakimiyyətin kimin əlində olması və hansı metodlarla idarə olunması, siyasi hakimiyyət orqanlarında seçkilərin keçirilməsi üsulları, hansı siyasi partiyalara üstünlyüyn verilməsi, müxalifətin mövcudluğuna yol verilib-verilməməsi, insan hüquqlarının nə dərəcədə müdafiə edilməsi və s. mövcud rejimləri bir-birindən ayırmağa imkan verır. Siyasi rejimləri fərqləndirmək üçün əvvəlcə idarəetmə formaları nəzərdən keçirilməlidir. Siyasi elmə dair ədəbiyyatlarda siyasi rejimlərin təsnifatı üçün bir sıra əlamətlər başlıca meyar kimi əsas götürülür ki, bunlara uyğun olaraq da siyasi regimləri bir-birindən fərqləndirmək mümkün olur.


  1. Haikimiyyətin sosial bazasına görə:

Avtokratiya – bir nəfərin hakimiyyəti


Yüklə 23,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin